“1985-ci ildən başlayaraq, xüsusilə 1986–1987-ci illərdə Azərbaycanın ictimai-siyasi həyatında dərin sarsıntılar və dönüş nöqtələri baş verdi. Sovet İttifaqının son illərində mərkəzi hakimiyyətin apardığı qeyri-ədalətli siyasət, xüsusilə Azərbaycanın maraqlarını nəzərə almadan verilən qərarlar, xalqın milli qüruruna, haqlarına və gələcəyinə ciddi təhdidlər yaratdı. Bu dövr, Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin başlanğıc nöqtəsi kimi qiymətləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib. Onun sözlərinə görə, o vaxt hələ Azərbaycan müstəqil dövlət deyildi. Lakin SSRİ-nin tərkibində fəaliyyət göstərən Azərbaycan Sovet Sosialist Respublikası xalqımızın dövlətçilik tarixində əhəmiyyətli mərhələlərdən biri…
Daha çoxCategory: Siyasət
Tarixin qurtuluş zirvəsi
Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində ziddiyyətli hadisələrlə, fəlakətli vəziyyətlərlə, ölüm-qalım sınaqları ilə üz-üzə qalıb, lakin heç zaman işıqlı sabaha, böyük Azərbaycan qurmağa olan mübarizəsindən əl çəkməyib. Əksinə, xalqımız üzləşdiyi sınaqlarla daha da mətnləşib, iradəli və qətiyyətli olub. Təəssüf hissi ilə onu vurğulamaq lazımdır ki, bəzən üzləşdiyimiz bəşəri faciələrin başlıca çatışmayan məqamı xalqın önündə getməyi və haqq mübarizəsində qalibiyyət yaşatmağı bacaran liderinin olmaması olub. Məhz lider problemi səbəbində 1918-ci il də qazanılan müstəqilliyin ömrü cəmi 23 ay çəkdi. Xalqımız müstəqilliyini itirsə də, yenidən toparlanmağı və dövlətçiliyini qurmaq mübarizəsini davam etdirməyə nail…
Daha çox“Azərbaycanın güclü ordusu artıq döyüş meydanında da öz sözünü deyib”
“1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılan Əlahiddə Azərbaycan Korpusu ordumuzun təməlini qoymuşdur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib. O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlətimizin başçısı tərəfindən Azərbaycan Korpusunun yenidən yaradılması barədə qərar qəbul olundu və bu proses prioritet istiqamət kimi müəyyən edildi: “Bu addım həm də Azərbaycan ordusunun qədim və güclü hərbi ənənələrə sahib olduğunu bir daha nümayiş etdirdi. Müstəqillikdən sonra Azərbaycan Korpusunun yaradılması milli təhlükəsizliyimizin təmin olunmasında mühüm əhəmiyyət kəsb edirdi və bu sahədə xüsusi xidmətlər göstərildi. Bildiyimiz…
Daha çoxŞahin Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Ş.Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Daha çoxRamil Həsən TÜRKPA-nın yeni Baş katibi seçilib
Bu gün Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən təşkilatın yeni Baş katibi seçilib. SİA xəbər verir ki, onun namizədliyi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova tərəfindən irəli sürülüb. Onun namizədliyi TÜRKPA-ya üzv ölkələrin Parlament Sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təsdiqlənib. Bundan əvvəl TÜRKPA-nın Baş katibi türkiyəli Mehmet Süreyya olub. Qeyd edək ki, Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb.
Daha çox“Azərbaycan dünya birliyində nüfuzlu və etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur”
“Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə yenidən bərpa etdikdən sonra, beynəlxalq aləmdə tanınmaqda ciddi çətinliklərlə üzləşdi. Həmin dövrdə Azərbaycan demək olar ki, dünyada tanınmırdı. Bəzi ölkələr, xüsusilə də bizə yad və soyuq münasibət bəsləyən dövlətlər Azərbaycanın tanınmasına qarşı açıq və gizli maneələr yaradırdılar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, bu prosesdə əsas maneələrdən biri Rusiya idi: “Moskva, keçmiş Sovet respublikalarının, xüsusilə də Azərbaycan kimi strateji önəmə malik ölkələrin müstəqillik qazanmasını və beynəlxalq arenada tanınmasını arzulamırdı. Digər bir qonşu…
Daha çoxPrezident qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Nobel Food İndustry” MMC-nin müxtəlif növ və çeşiddə qəlyanaltı məhsullarının istehsalı zavodunun açılışında iştirak edib. SİA xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Əhməd Gözəl müəssisənin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdilər. “Azərsun Holdinq”ə məxsus “Qafqaz” konserv zavodu və “Shervan” MMC-nin həmtəsisçiliyi ilə istismara verilən bu müəssisədə müxtəlif növ və çeşiddə qəlyanaltı məhsulları – popkorn, çərəz və quru meyvə istehsal olunacaq. Məhsulların yerli istehlakçılara təqdim edilməsi ilə bərabər, müxtəlif ölkələrə ixracı da nəzərdə tutulur. İllik istehsal həcmi 9600 ton…
Daha çoxİlham Əliyev Qətər əmirinə məktub göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri Təmim bin Həməd Al Taniyə məktub göndərib. SİA xəbər verir ki, bu barədə Qətərin dövlət informasiya agentliyi məlumat yayıb. Məktubu Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov bu ölkənin xarici işlər üzrə dövlət naziri Sultan bin Səəd əl-Mureyxiyə təqdim edib. Məlumata görə, Prezident İlham Əliyevin məktubu ikitərəfli münasibətlər, onların dəstəklənməsi və inkişafı yolları ilə bağlı məsələləri əhatə edir.
Daha çoxTürk Dövlətləri Təşkilatının 2-ci iclası keçirilir
Bu gün Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası keçirilir. SİA xəbər verir ki, tədbirdə təşkilata üzv ölkələrin rəsmi nümayəndələri iştirak edirlər.
Daha çoxVilayət Eyvazov DİN-də qəbulla bağlı növbəti sıra baxışı keçirib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 12-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasən, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 138 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə…
Daha çox