Bakıda iki gün davam edən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının yekununda Kommunike qəbul olunub. SİA xəbər verir ki, sənəddə nəzərdə tutulan məsələlər TDT ölkələrinin fəaliyyət istiqamətində davamlı istifadə olunacaq.
Daha çoxCategory: Siyasət
“SSAL-2” şirkətinin rəhbərliyi mətbuatın 150 illiyi ilə bağlı “Səs”çiləri təbrik edib
Bu gün “SSAL-2” MMC şirkətinin əməkdaşları Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə SƏS Media Qrupunun ofisində olublar. SİA xəbər verir ki, redaksiyada təşkil olunan görüşdə SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, “SSAL-2” MMC-nin təsisçisi və direktoru Mirsədi Seyidov, şirkətin nümayəndələri və media qrupun əməkdaşları iştirak ediblər. SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bildirib ki, Azərbaycan mediası 150 il yaşayıb, mübarizə aparıb və bu gün dünyanın ən layiqli, ən yaxşı nümunələrindəndir. Mətbuatımızın keçdiyi keçməkeşli, ağır, rəngarəng yola nəzər salan baş redaktor müqayisələr apararaq…
Daha çoxAzərbaycan XİN Rusiyanı təbrik edib
Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Rusiya Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə məlumat XİN-in “X” hesabında yerləşdirilib. “Rusiya Federasiyasını Rusiya Günü münasibətilə səmimi qəlbdən təbrik edirik” – deyə, paylaşımda bildirilib.
Daha çoxAzərbaycan XİN Hindistana başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, bu barədə Nazirliyin rəsmi “X” hesabında yazılıb. “Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralılara qarşıdakı günlərdə güc və şəfa diləyirik”. Xatırladaq ki, Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı “Air India” aviaşirkətinə məxsus “Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğrayıb, hadisə nəticəsində 133 nəfər həlak olub.
Daha çoxTürk Dövlətləri Təşkilatının məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb
Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası başa çatıb. SİA xəbər verir ki, iclas çərçivəsində Gənc Ailə Forumunun açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, ailə anlayışı türk coğrafiyasında sədaqət və fədakarlığın simvoludur. Onun sözlərinə görə, Qarabağ Zəfərindən sonra 2615 ailə,…
Daha çox15 İyun-Azərbaycanın xilası və Zəfər tarixinin təməli
Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri olan 15 iyun – Milli Qurtuluş Günü, xalqımızın dövlətçiliyinin xilası və müstəqilliyimizin möhkəmlənməsində əvəzsiz rol oynamışdır. Bu gün, yalnız təqvimdəki sadə bir tarix deyil, eyni zamanda milli yaddaşımızın, azadlıq iradəmizin və dövlətçilik ənənəmizin yenidən dirçəliş günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideyaları ilə gələcəyin aydın mənzərəsini təqdim edən şəxsiyyət…
Daha çoxViktor Orban Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli canab Prezident. İcazə verin, Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırım. Ölkələrimiz arasında əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu, bizim daim genişlənən iqtisadi, siyasi əlaqələrimizdə özünü göstərir. Mən Azərbaycanın Macarıstanın inkişaf etmiş strateji tərəfdaşı olmasından və enerji resurslarının Avropaya tədarükünü artıraraq ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verməsindən məmnunam. Cənab Prezident, Siz son görüşümüzdə bildirdiniz ki, Azərbaycan gələcəkdə bizi lazımi miqdarda təbii qazla təchiz…
Daha çoxUkraynanın və Cənubi Koreyanın Azərbaycandakı səfirləri əməkdaşlığı müzakirə ediblər
Ukraynanın Bakıdakı səfiri Yuri Qusev Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu ilə Kiyev və Seul arasında ikitərəfli əməkdaşlığı müzakirə edib. SİA xəbər verir ki, bu barədə Y.Qusev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Biz dəstəyin genişləndirilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə etdik”, – o bildirib. Y.Qusev həmçinin həmkarına Cənubi Koreyanın Azərbaycandakı səfiri kimi uğurlar arzulayıb.
Daha çoxUğursuz müqayisə və yekun
Rusiyanın başlatdığı müharibə Ukrayna ərazilərinin işğalı ilə davam etməkdədir. Beynəlxalq münasibətlər sistemində baş verən çatlardan istifadə edən Moskva Kiyevə öz şərtlərini diqtə etməyə çalışır. Qanunsuz olaraq ələ keçirdiyi ərazilərin de-yure ona məxsus olduğunu bəzi ölkələrin təsdiq etməsi üçün onlara təzyiqlərini artırıb. Əgər əvvəllər SSRİ-nin ləğvinin qanunsuz olduğunu ara-sıra səsləndirirdisə, bu gün Moskva açıq tekstlə sovetlər birliyinin bərpa olunmasının vacibliyini qeyd edir, postsovet ölkələrini seçim qarşısında qoymağa çalışır. Həm də bunu müxtəlif bəhanələrlə edir, o cümlədən keçmiş “qardaş respublikalar”a fərqli yanaşmalarla nəticə əldə etmək istəyir. “Nüvə müharibəsi Ukrayna münaqişəsinin sülh bağlamadan…
Daha çoxTokayev TDT dövlət başçılarının qeyri-rəsmi görüşünün Qazaxıstanda keçirilməsini təklif edib
Prezident Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının növbəti qeyri-rəsmi görüşünün Qazaxıstanda keçirilməsini təklif edib. SİA-nın “Akorda”ya istinadən veridiyi məlumata görə, bu barədə Qazaxıstan Prezidenti TürkPA-ya üzv ölkələrin parlament sədrlərinin görüşündə bildirib. “Macarıstanda TDT dövlət başçılarının bu yaxınlardakı qeyri-rəsmi görüşü məhsuldar olub. Qazaxıstan bu müsbət tendensiyanın davam etdirilməsində maraqlıdır. Bu baxımdan mən növbəti zirvə toplantısının Qazaxıstanda keçirilməsini təklif etdim”, – K.Tokayev vurğulayıb. O bildirib ki, ölkə Parlament Assambleyasının təşəbbüslərini dəstəkləyir və türk inteqrasiyasına öz töhfəsini verməyə hazırdır: “Qazaxıstan Türk Dövlətləri Təşkilatının təsisçilərindən biridir. Biz hesab edirik ki, bu qurum…
Daha çox