Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 12-də davam etdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal…
Daha çoxCategory: Siyasət
Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib…
Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib. L. Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”, – deyə o…
Daha çoxAzərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır
Azərbaycan İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Jordan News Agency” nəşrinə bildirib. H.Hacıyevin sözlərinə görə, iki ölkə arasında möhkəm, çoxillik və həqiqətən qardaş münasibətləri formalaşıb. O, Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah arasında davamlı dialoqu xüsusi qeyd edərək, liderlər arasındakı əlaqələri “ikitərəfli əməkdaşlığın təməl daşı” adlandırıb. Prezidentinin köməkçisi İordaniya vəliəhd şahzadəsi Əl-Hüseyn bin Abdullanın keçən il Bakıya səfərinin və onun BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu…
Daha çox“Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır”
“Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. O bildirib ki, hazırda keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür: “”Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar. Qarabağın dirçəldilməsi…
Daha çoxOmbudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər
Ombudsmanın nümayəndələri Suriyadan repatriasiya olunmuş şəxslərlə görüşüblər
Daha çox“Azərbaycanın 5000 illik dövlətçilik tarixi fasiləsiz şəkildə davam edib”
“Azərbaycanın 5000 illik dövlətçilik tarixi var və bu tarix, demək olar ki, fasiləsiz şəkildə davam edib. Müxtəlif dövrlərdə dövlətçiliyimiz ağır sınaqlara məruz qalıb — xarici işğallar, müstəqilliyin itirilməsi və yenidən bərpası ilə müşayiət olunub. Xüsusilə XIX əsrin əvvəllərində başlayan Rusiya imperiyasının Cənubi Qafqaza ekspansiyası Azərbaycanın da dövlətçiliyinə böyük təzyiqlər göstərdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Onun sözlərinə görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaranaraq müstəqilliyini elan etdi: “Lakin bu da uzun çəkmədi və ölkə yenidən bolşevik Rusiyasının işğalına məruz qalaraq SSRİ-nin tərkibinə daxil…
Daha çoxŞuşanın İƏT-in turizm paytaxtı elan edilməsi ilə bağlı tədbirlər planı hazırlanacaq
Prezident İlham Əliyev “Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. SİA xəbər verir ki, 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaq. Sərəncama əsasən, Nazirlər Kabinetinə…
Daha çoxAzərbaycan yalnız siyasi sabitliyini deyil, həm də coğrafi bütövlüyünü təmin etdi
“Qurtuluş Günü — 1993-cü il iyunun 15-i — Azərbaycan tarixində təkcə bir siyasi dönüş nöqtəsi deyil, eyni zamanda müstəqil dövlətçiliyin yeni mərhələsinin başlanğıcıdır. Bu tarixdən etibarən Azərbaycanın inkişaf tarixində keyfiyyətcə yeni bir səhifə açıldı. 1991-ci ildə bərpa olunmuş müstəqillik ilk mərhələdə məzmunsuz və strukturlaşmamış bir müstəqillik idi. Dövlət idarəçiliyi zəif idi, iqtisadi sistem dağınıq, sosial-siyasi sabitlik isə pozulmuş vəziyyətdə idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, lakin 1993-cü ilin iyununda baş vermiş tarixi dönüşlə — Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə — bu…
Daha çoxPrezident Böyük Britaniyanın Baş nazirinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu ünvanlayıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı məktubda qeyd edib: “Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Daha çoxAzərbaycanın taleyini dəyişən zəfər tarixi
12 iyun 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatında 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Azərbaycanın taleyini dəyişən zəfər tarixi” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir YAP Ağstafa rayon təşkilatının inzibati binasında davam etdirilib. İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid…
Daha çox