Milli Məclis diplomatik pasport əldə edə biləcək subyektlərin dairəsinin genişləndirilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Layihəyə əsasən, 2024-cü il mayın 31-də “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib və Azərbaycan Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifələri inzibati vəzifələrin birinci təsnifatına aid edilib. Bununla da, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə “Pasportlar haqqında” təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və…
Daha çoxCategory: Siyasət
“15 İyun 1993 – Qurtuluş tariximizin imzası” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş “15 İyun 1993 – Qurtuluş tariximizin imzası” adlı tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil…
Daha çoxXİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət edib
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb. SİA xəbər verir ki, qurumun bəyanatında bildirilib. Qeyd olunub ki, İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş…
Daha çoxBu gün Milli Məclisin plenar iclası keçirilir
Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”,…
Daha çoxDövlətçilik ənənələrinin bərpası və siyasi transformasiya mərhələsi
Azərbaycan Respublikasının müstəqillik tarixində bir çox dönüş nöqtələri mövcuddur ki, onların sırasında 15 İyun 1993-cü il xüsusi önəm daşıyır. Bu tarix yalnız bir siyasi liderin hakimiyyətə qayıdışı ilə deyil, bütövlükdə dövlətin siyasi dağılmadan, vətəndaş qarşıdurmasından və institusional böhrandan xilas olması ilə assosiasiya olunur. 15 İyun – Milli Qurtuluş Günü həm də Azərbaycan xalqının öz dövlətçiliyinə sahib çıxmasının, milli iradənin formalaşmasının və dövlət institutlarının bərpasının simvolu kimi qəbul edilir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan Respublikası formal olaraq müstəqilliyini bərpa etsə də, ölkə keçid dövrünün klassik təzahürlərini yaşamağa başladı. Bu…
Daha çoxMilli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Milli Məclis 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 13-də keçirilən iclasında çıxış edib. Deputatlar təklifi alqışlarla dəstəkləyib.
Daha çoxİlham Əliyev konqres iştirakçılarını təbrik edib
Prezident İlham Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin iştirakçılarına təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, məktubu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Daha çoxŞuşa Bəyannaməsi: sarsılmaz qardaşlıq nümunəsi
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbə nəticəsində, otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuşdur. Bu misilsiz zəfər, xalqımızın qəhrəmanlıq salnaməsində silinməz izlər buraxaraq, milli tariximizə qızıl hərflərlə yazılmışdır. Eyni zamanda, bu qələbə, Azərbaycanla qardaş Türkiyə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olmuşdur. SİA xəbər verir ki, Vətən müharibəsindəki uğurumuzun arxasında duran əsas dayaqlardan biri də Türkiyə Respublikasının verdiyi prinsipial və sarsılmaz dəstəkdir. Müharibənin ilk…
Daha çoxMilli Məclis yenidən toplaşır – Gündəlikdə 12 məsələ var
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. SİA xəbər verir ki, gündəliyə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması…
Daha çoxTÜRKPA-nın yeni Baş katibinin adı açıqlanıb
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Astanada keçirilən iclasında azərbaycanlı deputat Ramil Həsən qurumun Baş katibi seçilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Məhəmməd Alpər Xəyali TÜRKPA Baş katibinin müavini seçilib. Xatırladaq ki, Astanada TÜRKPA Assambleya Şurasının iclası, həmçinin “Türk əsri: Parlament diplomatiyasının rolu” mövzusunda 14-cü plenar iclas keçirilib. Onun yekunlarına görə, TÜRKPA-ya sədrlik Azərbaycandan Qazaxıstana keçib və Astana Bəyannaməsi qəbul edilib. TÜRKPA-nın növbəti, 15-ci iclası Qırğızıstanda keçiriləcək.
Daha çox