Azərbaycanın İsraildəki Səfirliyi vətəndaşlara müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə səfirliyin rəsmi “X” hesabında yazılıb. “Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur”,-məlumatda qeyd olunub. Müraciətdə Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli qurumları tərəfindən verilən təhlükəsizlik təlimatlarına tam uyğun şəkildə davranmaları və mümkün qədər sığınacaqlara yaxın ərazilərdə olmaları xahiş olunub: “Təhlükə ilə bağlı operativ məlumatların…
Daha çoxCategory: Siyasət
“Türk dövlətləri daha bir əməkdaşlığa addım atdılar”
“Türk dövlətləri daha bir əməkdaşlığa addım atdılar”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Aydın Mirzəzadə deyib. O, eyni zamanda hər kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib: “Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Bütün dünyada Azərbaycanın beynəlxalq nüfuzu var. Həm də dünən Prezidentin sosial müavinətlərlə bağlı imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Ona görə, deputat kimi cənab Prezidentə təşəkkür etmək istəyirəm. Bu, müstəqilliyimizin, getdiyidimiz yolun müsbət nəticələridir”.
Daha çoxİsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda tərəflər mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik yollarla həll etməyə çağırılıb: “Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir”.
Daha çoxMilli Məclis sazişi ratifikasiya edib
Milli Məclis “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”i təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq, bir oxunuşda qəbul edilib.
Daha çoxDiplomatik pasport əldə edəcək subyektlərin dairəsinin genişləndirilməsi qəbul edilib
Milli Məclis diplomatik pasport əldə edə biləcək subyektlərin dairəsinin genişləndirilməsini son oxunuşda qəbul edib. SİA xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Layihəyə əsasən, 2024-cü il mayın 31-də “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilib və Azərbaycan Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifələri inzibati vəzifələrin birinci təsnifatına aid edilib. Bununla da, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə “Pasportlar haqqında” təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və…
Daha çox“15 İyun 1993 – Qurtuluş tariximizin imzası” adlı tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 iyun – Milli Qurtuluş günü”nə həsr olunmuş “15 İyun 1993 – Qurtuluş tariximizin imzası” adlı tədbir keçirilib. SİA xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil…
Daha çoxXİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət edib
Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb. SİA xəbər verir ki, qurumun bəyanatında bildirilib. Qeyd olunub ki, İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş…
Daha çoxBu gün Milli Məclisin plenar iclası keçirilir
Bu gün Milli Məclisin plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər bunlardır: 1. “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”,…
Daha çoxDövlətçilik ənənələrinin bərpası və siyasi transformasiya mərhələsi
Azərbaycan Respublikasının müstəqillik tarixində bir çox dönüş nöqtələri mövcuddur ki, onların sırasında 15 İyun 1993-cü il xüsusi önəm daşıyır. Bu tarix yalnız bir siyasi liderin hakimiyyətə qayıdışı ilə deyil, bütövlükdə dövlətin siyasi dağılmadan, vətəndaş qarşıdurmasından və institusional böhrandan xilas olması ilə assosiasiya olunur. 15 İyun – Milli Qurtuluş Günü həm də Azərbaycan xalqının öz dövlətçiliyinə sahib çıxmasının, milli iradənin formalaşmasının və dövlət institutlarının bərpasının simvolu kimi qəbul edilir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan Respublikası formal olaraq müstəqilliyini bərpa etsə də, ölkə keçid dövrünün klassik təzahürlərini yaşamağa başladı. Bu…
Daha çoxMilli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Milli Məclis 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. SİA xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 13-də keçirilən iclasında çıxış edib. Deputatlar təklifi alqışlarla dəstəkləyib.
Daha çox