Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: “Tacqoyma Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin bugünkü səviyyəsi məmnunluq doğurur. Mədəniyyətlər və dinlər arasında ahəngdar münasibətlərin təşviqinə, humanizm ideallarının təntənəsinə yönəlmiş əməkdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir və daha da möhkəmlənir. Müqəddəs Taxt-Tac ilə əməkdaşlığımızın inkişafına, səmimi dialoqumuzun genişlənməsinə Sizin verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm. Nümunəvi dözümlülük mühitinin və multikulturalizm ənənələrinin hökm sürdüyü Azərbaycanın dünyada insanlar…
Daha çoxCategory: Siyasət
Biz Cənubi Qafqazda sülh qurmalıyıq
Xocalı soyqırımında 613 insan – 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, – deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
Daha çoxGörürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir
Biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. Dövlət başçısı vurğulayıb ki, bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. “Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Biz görürük ki, bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun…
Daha çoxXII Qlobal Bakı Forumunun açılış mərasimi başlayıb
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxPrezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edir
2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxMilli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, hökumət hesabat verəcək
Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb. SİA xəbər verir ki, yığıncağın gündəliyinə yalnız bir məsələ daxil edilib. Belə ki, iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə ediləcək.
Daha çoxSahibə Qafarova Şimali Makedoniya Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın xəbərinə görə, spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, iki ölkə arasında siyasi əlaqələrin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır. Spiker bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə güclü təkan verəcəyinə inamını ifadə edib. Bildirilib ki, bu səfər Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi ilə üst-üstə düşür. Ötən illər ərzində Azərbaycan və Şimali Makedoniya dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanaraq…
Daha çox“Ermənistan üçün yaxşı olmayacaq”
“Avropa ittifaqının Ermənistanı silahlandırması ilə bağlı məlumat yayılmaqdadır”. Bunu SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, bu ittifaq özü Ermənistana maliyyə vəsaitini ayıracağı ilə bağlı fikirlər səsləndirir: “Amma Avropa İttifaqı daxilində bəzi dövlətlər var ki, onlar Ermənistana silahlandırmağa daha çox üstünlük verirlər. Hesab edirəm ki, Avropa ittifaqının ən çox su fondu vasitəsilə Ermənistanı silahlandırması ilə bağlı məlumat var. Amma burada daha çox diqqət yetirsək görəcəyik ki, Avropa İttifaqında əsas lokomotiv ölkələrə Fransanın Ermənistanı silahlandırması ilə bağlı məlumatlar yayılmaqdadır. Eyni zamanda orada Yunanıstanın bu sahədə aktiv olduğunu deyə bilərik.…
Daha çoxQorxu fonunda HAKİMİYYƏT UĞRUNDA MÜBARİZƏ
Fransa prezidenti mahiyyət etibarı ilə qlobal transformasiya prosesində ancaq rəhbərlik etdiyi ölkənin “yerini” və “rolunu” qoruyub saxlamağa çalışır. Makronun məqsədi həm də özünü qorumaqdır. Çünki öz postunu itirmək kimi bir qorxusu var. Elə məhz həmin qorxu fonunda da hakimiyyət uğrunda mübarizə aparır və bütün səyləri ancaq buna görədir. Emmanuel Makron üçün ən vacib məsələ indi məhz “öz çulunu sudan çıxarmaq” məsələsidir Bəli, Makronu narahat edən əsas və ən başlıca məsələ, ilk növbədə, öz hakimiyyətidir. Özü də yaxşı bilir ki, onun prezidentlik müddəti artıq başa çatır və indi də öz hakimiyyəti…
Daha çox“Novruz millətimizin milli-mənəvi ruhunu özündə ehtiva edir”
“Milli bayramımız olan bahar ətirli Novruz millətimizin minilliklər boyu topladığı ən zəngin milli-mənəvi dəyərlərini, folklorunu özündə ehtiva edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis Sədrinin müavini Musa Qasımlı deyib. O bildirib ki, saflıq, bərabərlik, birlik bayramı olan Novruz ölkəmizin hər yerində, xaricdə yaşayan azərbaycanlıların ailələrində və qardaş Türk dünyasında geniş şəkildə bayram edilir: “Son illərdə biz Novruz bayramını tamamilə fərqli əhval-ruhiyyədə keçiririk. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində İçəri şəhərdə Qoşa Qala qapısında Novruz tonqalı qalanarkən çıxış edərkən Ulu Öndər deyərdi ki, biz ölkəmizin ərazisini işğalçılardan azad, hüdudlarını bərpa edəcəyik.…
Daha çox