Bir sıra generalların vəzifədə olması üçün yaş senzinin ləğvi ilə bağlı qanuna dəyişiklik qüvvəyə minib

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın son yaş həddinin ləğv edilməsi haqqında qanuna dəyişiklik qüvvəyə minib. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub. Dəyişikliyə əsasən, ordu generalı ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanının və Azərbaycanın Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən…

Daha çox

Tramp Amerika üçün Qorbaçova çevrilir…

“Nə qədər etiraf etməsə də, Donald Tramp ABŞ-ı uçurumun dibinə qədər gətirib çıxarıb. İlk prezidentlik günlərindəki gurultulu bəyanat və hədələr, bir çox dünya liderlərini azarlayan hərəkətləri artıq onun köməyinə gəlmir. Onun Ağ Evə köçər-köçməz özünü dünya ağası kimi aparması artıq fiaskoya uğramış bir keçmiş kimi xatırlanır. Dünyadakı müharibələri bir neçə həftəyə bitirə biləcəyi barədəki “falçılığı” yaxşı xatırlanır. Artıq onun Vladimir Putinlə ittifaqı da keçici həvəs kimi başa çatıb. İndi sırada onun siyasətinə etiraz edən amerikalılar var. Xüsusilə D.Trampın miqrantlar əleyhinə amansız siyasəti, Meksika və Kanadaya qarşı qəbuledilməz sərt addımları, açıq…

Daha çox

“Hadisələrin hər ikisi dövlətçiliyin əsas sütunlarından biri kimi qiymətləndirilməlidir”

“Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin məhz iyun ayının 15-də, Şuşa şəhərində imzalanmasının özünün xüsusi əhəmiyyəti var. Çünki 15 iyun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan dövlətinin təməlləri atıldı və bu yol bizi Şuşanın azad olunmasına, torpaqlarımızın işğaldan azad edilməsinə qədər gətirib çıxardı”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, əgər 15 iyun – Qurtuluş Günü olmasaydı, biz bu gün Şuşaya qayıda bilməzdik. Və əgər Ulu Öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” siyasi tezisi olmasaydı, biz bu gün…

Daha çox

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırıb

İsrail və İran arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda İsraildə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur: “Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi [email protected] +972 54…

Daha çox

Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun Xankəndi şəhərində növbəti iclası keçirilir. SİA xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd, Ağdərə Xocalı, rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edirlər.

Daha çox

Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 12-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı, Səbail Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti və Milli Qurtuluş Gününə dair videoçarx nümayiş etdirilib. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxışında Milli Qurtuluş Gününün Azərbaycan üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. O bildirib ki, həmin gün…

Daha çox

Azərbaycanın İsraildəki Səfirliyi vətəndaşlara müraciət edib

Azərbaycanın İsraildəki Səfirliyi vətəndaşlara müraciət edərək onları təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. SİA xəbər verir ki, bu barədə səfirliyin rəsmi “X” hesabında yazılıb. “Mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq İsraildə yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarına təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələri, ayıq-sayıq olmaları və həyəcan siqnalı zamanı ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyən etmələri tövsiyə olunur”,-məlumatda qeyd olunub. Müraciətdə Azərbaycan vətəndaşlarından İsrailin yerli səlahiyyətli qurumları tərəfindən verilən təhlükəsizlik təlimatlarına tam uyğun şəkildə davranmaları və mümkün qədər sığınacaqlara yaxın ərazilərdə olmaları xahiş olunub: “Təhlükə ilə bağlı operativ məlumatların…

Daha çox

“Türk dövlətləri daha bir əməkdaşlığa addım atdılar”

“Türk dövlətləri daha bir əməkdaşlığa addım atdılar”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Aydın Mirzəzadə deyib. O, eyni zamanda hər kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib: “Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi. Bütün dünyada Azərbaycanın beynəlxalq nüfuzu var. Həm də dünən Prezidentin sosial müavinətlərlə bağlı imzaladığı sərəncam mühüm əhəmiyyətə malikdir. Ona görə, deputat kimi cənab Prezidentə təşəkkür etmək istəyirəm. Bu, müstəqilliyimizin, getdiyidimiz yolun müsbət nəticələridir”.

Daha çox

İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq

Azərbaycan İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda tərəflər mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dialoq və diplomatik yollarla həll etməyə çağırılıb: “Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq. Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir”.

Daha çox

Milli Məclis sazişi ratifikasiya edib

Milli Məclis “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”i təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə olunub. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq, bir oxunuşda qəbul edilib.

Daha çox