Bakıda Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Albaniyanın Prezidenti Bayram Beqay ilə görüşüb. SİA xəbər verir ki, ilk növbədə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə İlham Əliyevə təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğuladı. Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini dedi və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxundu, Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə etdi. Azərbaycan Prezidenti təbriklərə görə…

Daha çox

“Suriyada Azərbaycan səfirliyi fəaliyyətə başlayıb”

“Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən öz sonra öz fəaliyyətini bərpa etdi”. SİA xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda qeyd edib. Nazir bildirib ki, bir zaman Suriyada Azərbaycan səfirliyi mövcud idi və daha sonra keçmiş Əsəd rejimi tərəfindən Azərbaycana qarşı aparılan qeyri-dost addımları bizim səfirliyimizin fəaliyyətini dayandırmışdır: “Biz yeni reallıqları nəzərə alaraq dərhal yeni hakimiyyətlə ünsiyyət qurduq. Azərbaycanın nümayəndə heyəti Suriyaya səfər etdi, orada görüşlər keçirdi. Bizim təmaslarımız davam edir. Artıq ilk humanitar yardım ölkəmiz tərəfindən Suriyaya göndərilib”.

Daha çox

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb. SİA xəbər verir ki, Prezident İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərini və səfər çərçivəsində Jelka Tsviyanoviç ilə keçirdiyi görüşü, aparılmış müzakirələri məmnunluqla xatırladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XII Qlobal Bakı Forumuna dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri bu Forumun yüksək səviyyədə təşkil olunduğunu, tədbir çərçivəsində qlobal gündəliyə aid mühüm məsələlərin müzakirə edildiyini vurğuladı. Jelka Tsviyanoviç COP29 zamanı Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladı,…

Daha çox

Açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib

Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. SİA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib. “Azərbaycanın növbəti gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir”, – C.Bayramov deyib.

Daha çox

Nazir yaxın zamanlarda suriyalı həmkarı ilə telefonla danışacağını açıqlayıb

Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində deyib. Nazir bildirib ki, Suriyadakı Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa edib: “Daha sonra Əsəd rejiminin qeyri-dost addımları nəticəsində dayandırıldı. Ancaq rejim devrildikdən sonra iki ölkə arasında münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq bu ölkəyə ilk humanitar yardımı da göstərmişik”. C.Bayramov vurğulayıb ki, Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək. XİN başçısı həmçinin son Azərbaycan vətəndaşı ölkəyə qaytarılanadək…

Daha çox

“Yülərlə azərbaycanlı ölkəyə gətirilib”

“Yaxın zamanlarda bizim Suriyanın xarici işlər naziri ilə telefon danışığımız nəzərdə tutulub”. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında qeyd edib. O bildirib ki, bu danışıq nəticəsində bir sıra məsələləri müzakirə edəcəyik: “Biz Suriyanın suverenliyinin, ərazi bütövlüyünün və onun inkişafını dəstəkləyirik. İkitərəfli əsaslarla beynəlxalq münasibətlərdə Suriyanın beynəlxalq münasibətlərinin tam hüquqlu aktora çevrilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Suriyada, İraqda və digər münaqişə ərazilərində çətin vəziyyətə düşmüş Azərbayca Respublikası vətəndaşları və ailə üzvləri var: “Bununla əlaqədar olaraq cənab Prezident İlham Əliyevin tapşırığına əsasən qurumlararası daim fəaliyyət göstərən…

Daha çox

“Sülh sazişi layihəsi başa çatmaqdadır”

“Sülh sazişinin layihəsi ilə bağlı danışıqlar prosesi yekunlaşır”. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib. O bildirib ki, biz daha öncədə açıqlamamızda bildirmişdik ki, sülh sazişində iki açıq maddə qalmışdır: “Ermənistan tərəfi də bu maddələrlə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri qəbul etdiyini telekanallar vasitəsi ilə diqqətə çatdırıb. Mətn üzrə də işlər yekunlaşdırılır. Azərbaycan tərəfinin də gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi ilə bağlı dəyişikliklər etsinlər. Bu sazişin imzalanması üçün vacibdir”.

Daha çox

Qlobal güclər arasında parçalanmanın dərinləşməsi çoxqütblülüyü zəiflədir

Beynəlxalq münasibətlər sistemi başqa bir mərhələdən keçir. SİA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov martın 13-də XII Qlobal Bakı Forumunda çıxışında deyib. Nazir qeyd edib ki, hazırda əsas qlobal güclər arasında parçalanma dərinləşir. “Bunun nəticəsində çoxqütblülük zəifləyir. Bu gün beynəlxlq təsisatların məhz bu prosesə təsiri vacibdir. Onların buna səy göstərdiyini görürük. Rusiya, ABŞ, Çin və digər güclərin hər birinin öz gündəliyi var. Əslində, çoxqütblülük qlobal səviyyədə güclərin dəyişməsi, tarazlığın yenidən təyin edilməsidir”.

Daha çox

Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib. Dövlət başçısı bildirib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.

Daha çox