Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 13-də davam etdirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan…
Daha çoxCategory: Siyasət
Milli Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri
TƏHLİL Məlum olan gerçəklik ondan ibarətdir ki, ötən əsrin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini qazansa da, onu qoruyub, saxlamağı bacarmadı. Çünki, o zaman cəmiyyətdə birlik mövcud deyildi. İkincisi, hakimiyyət iddiasında olan insanların sayı kifayət qədər çox idi, Nəzərə almaq lazımdır ki, 23 aylıq AXC hakimiyyəti dövründə 5 dəfə hökumət dəyişikliyi baş vermişdir. Məhz bu cür boşluqlardan istifadə edən Rusiya çətinlik çəkmədən Azərbaycanı işğal edib, dövlətçiliyinə son qoydu. Allahımıza min dəfələrlə şükürlər olsun ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan yenidən müstəqil dövlətçiliyini bərpa etmək imkanını qazandı. Təəssüf ki, yenə də ötən əsrin…
Daha çox“Qurtuluşdan başlayan mərhələ hələ də davam edir”
“Qurtuluşdan başlayan mərhələ hələ də davam edir. 1993-cü ilin 15 iyun tarixindən etibarən Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Bu gün ölkəmizdə dərin hörmət və minnətdarlıqla xatırlanan həmin tarix, yalnız siyasi yox, həm də ictimai, iqtisadi və hərbi baxımdan müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasına yol açdı. Bu dövr əvvəlki mərhələdən həm kəmiyyət, həm də keyfiyyət baxımından prinsipial şəkildə fərqlənir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, əgər 1993-cü ilə qədər olan dövrü mərkəzləşmiş dövlətsizliyin, sistemsizlik və modelsizliyin, hərbi struktursuzluğun, xaosun və siyasi qeyri-sabitliyin hökm…
Daha çox“Dövlətin diqqəti və dəstəyi – xalq üçün əminlik, sabaha olan inam deməkdir”
Azərbaycan Prezidentinin imzaladığı yeni fərmanla sosial müavinətlər, təqaüdlər və fəxri adlara görə verilən aylıq ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bu addım ölkədə sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının rifahını yaxşılaşdırmaq və onların həyat keyfiyyətini artırmaq məqsədi daşıyır. Söhbət əlilliyi olan şəxslərdən, şəhid ailələrindən, çoxuşaqlı analardan, aztəminatlı ailələrdən, tələbələrdən və müxtəlif kateqoriyalı təqaüdçülərdən gedir. Fərmanda diqqət çəkən məqamlardan biri də fəxri adlara görə ödənilən məbləğlərin artırılmasıdır. Bu, həm sosial yönümlü siyasətin davamı, həm də mədəniyyət, incəsənət, elm və səhiyyə sahələrində çalışan şəxslərin əməyinə verilən dəyərin göstəricisidir. Bütün bu dəyişikliklər 2025-ci il iyulun…
Daha çoxQaçqınkom sədri BMT ilə işləyən jurnalistlərlə görüşüb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT Baş Qərargahında akkreditə olunmuş və BMT Müxbirlər Assosiasiyasına üzv jurnalistlər– Vüsalə Abbasova, Stefano Vakkara, Cordan Dakamseh ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Komitədən məlumat verilib. Qeyd edilib ki, jurnalistlərə Azərbaycand qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Ermənistanın deportasiya və işğal siyasətinin tarixi kökləri, bu siyasətin nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi və soydaşlarımızın vaxtilə üzləşdikləri məhrumiyyətlər geniş şəkildə izah olunub. Bildirilib ki, münaqişənin ilk illərində…
Daha çoxLaçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Daha çox“Xalqımız xoşbəxtdir ki, Ümummilli Lider kimi dahi bir şəxsiyyəti oldu”
“Bir gündən sonra 15 iyun Milli Qurtuluş Gününü qeyd edəcəyik. Bu tarix xalqımızın və müstəqil dövlətimizin taleyinin böyük bəlalardan xilas olunduğu unudulmaz bir gündür. Xalqımız xoşbəxtdir ki, dövlətin çətin günündə müraciət edə bilən və inanaraq öz taleyini etibar edə bilən Ümummilli Lider Heydər Əliyev kimi dahi bir şəxsiyyəti oldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, Heydər Əliyev kimi böyük Liderimiz olmasaydı ikinci dəfə müstəqilliyinə qovuşmuş dövlətimizi və xalqımızı nələr gözlədiyini təsəvvür etmək heç də çətin deyildi: “Çünki, bizim əkəriyyətimiz o təlatümlü günlərin, tarixin…
Daha çox“Şuşa Bəyannaməsi Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır”
“Azərbaycan və Türkiyə eyni dilə, eyni soykökə, eyni dinə, eyni tarixə və eyni mədəniyyətə malik iki qardaş, iki dost, iki müttəfiq dövlətlərdir. Azərbaycan-Türkiyə əlaqələri əsrlər boyu sınaqlardan keçərək bərkimiş və bü günki səviyyəsinə çatmış, bənzəri olmayan əlaqələrdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə bu dost və qardaşlığın yeni tarixi mərhələyə qədəm qoyduğunu bütün dünyaya bildirən bir mesaj idi: “Heç şübhəsiz ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan…
Daha çoxHikmət Hacıyev Çexiya Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru Yaroslav Zajiçek (Jaroslav Zajíček) ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisinin həm də Çexiya xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşü olub.
Daha çox“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir”
“15 iyun 1993-cü il – Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan və xalqımız tərəfindən heç zaman unudulmaz bir gündür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Kimitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xüsusilə vurğulayıb ki, bu gün ölkəmizin və xalqımızın müqəddəratının həll olunduğu və taleyimizin üzümüzə güldüyü bir gündür. “Azərbaycan parçalanmadan, vətəndaş müharibəsindən, qardaş qırğınından, torpaqlarımızı daha geniş həcmdə işğaldan, ölkəni xaosdan, özbaşınalıqdan qurtaran bu günün dəyərini xalqımız verir və Qurtuluş günümüzlə qürur duyuruq. Çünki həmin gün xalqın təkidi və tələbi ilə Ulu…
Daha çox