2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır. Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan. Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;
Daha çoxCategory: Siyasət
Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşına çevrilib
Azərbaycanın ikitərəfli əməkdaşlığa verdiyi önəm bugünkü reallıqlarda özünü aydın şəkildə nümayiş etdirir. Qarşılıqlı səfərlərin uğurla davam etdiyi indiki vaxtda Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri geniş müzakirə edilir, iki ölkənin münasibətlərinin tarixinə nəzər salınaraq qarşıdakı dövrün hədəfləri diqqətə çatdırılır. Azərbaycan ilə Çin arasındakı diplomatik münasibətlər 1992-ci ilin aprelində qurulub. Bu illər ərzində əlaqələr güclənərək, müxtəlif sahələrdə müştərək əməkdaşlıq təşəbbüsləri irəliləyib. 1992-ci ilin avqustunda Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi açılıb və 1993-cü ilin sentyabrında isə Azərbaycan Milli Məclisi Pekində səfirliyin açılması haqqında qərar qəbul edib. Azərbaycan-Çin münasibətlərinin inkişafı Ulu…
Daha çoxAzərbaycan və İran əlaqələrin inkişafına çalışır
İran Prezidentinin Azərbaycana səfəri əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında deyib. Dövlət başçısı vurğulayıb ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır: “Bu gün imzalanan sənədlər onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq. Məramımız, məqsədimiz birdir, yəni İran-Azərbaycan əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır və bunun üçün də aidiyyəti üzrə göstərişlər bu gün verildi. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayır, bu gün möhkəm təməl üzərində əlaqələrimiz inkişaf edir”, – dövlət…
Daha çoxQlobal güclər yeni qlobal konsensusa doğru
Ukrayna, Tayvan və Suriya yerinə Qrenlandiya və Fələstin? ABŞ Rusiya, Çin və Türkiyə ilə yeni qlobal konsensusa doğru irəliləyir. Tramp artıq Krımı Rusiyaya, Tayvanı Çinə, Suriyanı Türkiyəyə verib və bunun müqabilində Kanada, Panama kanalı və Qrenlandiyanı alacağını gözləyir. Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı, 15 iyul 2016-cı il çevriliş cəhdinin yatırılmasından sonra Türkiyənin Liviya, Qarabağ və Suriyadakı hərəkətləri, Çinin “Kəmər və Yol” təşəbbüsü, Cənubi Çin dənizində hərbi güclənməsi, Hind regionunda tarazlığı sarsıdan və “Belə” strategiyası kimi hadisələr ABŞ-ın qlobal povestini ciddi şəkildə sarsıtdı. Tayvan. Birləşmiş Ştatlar bu sarsıntılara cavab verməyə çalışdı,…
Daha çoxİran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək
İran Prezidenti yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcək. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb. “Yaxın gələcəkdə qardaşımın yenidən qonağı olacağam. Burada mən özümü yad hiss etmirəm. Hazırda İranda baş verən partlayışa görə çox qala bilmirəm”, – o əlavə edib.
Daha çox“Prezidentin vurğuladığı mövqelər əhəmiyyətli bir yol xəritəsi kimi qəbul edilməlidir”
“Çin ilə Azərbaycan ənənəvi dostluğu daha da inkişaf etdirmək, strateji qarşılıqlı etimadı möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı yüksək səviyyəyə çatdırmaq, miqyasını artırmaq niyyətindədirlər. Çinin Azərbaycanla təmiz enerji, rəqəmsal texnologiyalar və rəqəmsal iqtisadiyyat sektorunda əməkdaşlığı dərinləşdirməyə hazırdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində ölkələrimiz arasında münaibətlərin yüksək səviyyədə olduğunu bildirib: “Prezident qeyd edib ki, biz Heydər Əliyevin yolunu davam etdiririk. Azərbaycanın xarici siyasətində Çin xüsusi yeri var. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan…
Daha çoxİran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında çox böyük rol oynayacaq
İran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında çox böyük rol oynayacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında danışıb. Dövlət başçısı İranda baş verən partlayışa da diqqət çəkərək qonşu ölkəyə bir daha başsağlığı verib: “Allah xalqlarımızı bu bəlalardan qorusun və həmişə bölgəmizdə sülh olsun”.
Daha çoxDonald Trampın 100-cü gününə
Bu həftə Donald Trampın prezidentliyinin 100 günüdür. Aprelin 27-də Ağ Ev rəhbəri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və Moskvaya qarşı əlavə sanksiyaların tətbiqini istisna etməyib. Bu arada Kreml Ukrayna ətrafında sülh yolu ilə nizamlanma üzrə məsləhətləşmələrin davam etdiyini təsdiqləyib. Bununla belə, danışıqlar yalnız diskret formatda aparılmalıdır. Hələlik nailiyyətlər azdır, lakin nikbinlik üçün hələ də əsas var. Donald Tramp və Vladimir Zelenski Vatikandakı Müqəddəs Pyotr Bazilikasının əzəmətli interyeri fonunda stullarda oturaraq qısa görüş keçiriblər. Onlar 15 dəqiqə tərcüməçisiz üzbəüz ünsiyyət qurublar. Dünya diplomatiyasında olduqca qeyri-adi bir hal. Ukrayna prezidenti söhbəti…
Daha çoxMəsud Pezeşkian Azərbaycan Prezidentinə təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə İran-Azərbaycan münasibətləri və regionla bağlı uzaqgörən baxışlarına görə təşəkkür edib. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuat konfransında danışıb. Onun sözlərinə görə, iki ölkə çox sayda ortaq maraqlara malikdir: “Biz əlaqələrimizi daha da inkişaf etdirməyə səy göstərəcəyik. Çünki iki ölkənin əlaqələrindən inkişaf üçün istifadə edə bilərik”.
Daha çoxŞimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək
Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla birgə mətbuat konfransında danışıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu layihə üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirir.
Daha çox