“Ermənistan Avropa İttifaqı və ABŞ ilə ötən il aprelin 5-də bağladıqları sazişə əsasən Avropa İttifaqından maliyyələşməni indiki halda silahlanmaya xərcləməyə davam edir. Digər bir hisəsini də maliyyə vəsaiti ilə bağlı Avropa İttifaqına daxil olan mülkələr Fransanın moderatorluğunda Ermənistanı silahlandırırlar. Eyni zamanda Avropa İttifaqının mülki missiyasının adı altında binokul diplomatiyasını həyata keçirən kəşfiyyat qurumları da, Azərbaycan bölmələrinin vəziyyəti yerləri, silahlı qüvvələrimizin hərbi yerləri və tərkibi haqqında məlumatlatı toplayıb, Ermənistanın Baş Qərargahına və Brüsselə ötürməkdə davam edirlər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib. Onun sözlərinə görə, hər bir halda…
Daha çoxCategory: Siyasət
Prezident İlham Əliyev ÜST-ün Baş direktorunu qəbul edib
Prezident İlham Əliyev martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib. SİA xəbər verir ki, Tedros Adhanom Qebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini deyib. Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd edib. Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirərək, rəhbərlik etdiyi qurumun Azərbaycanla birlikdə müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrin önəminə…
Daha çoxXII Qlobal Bakı Forumu işə başlayıb
çıxışı -Xanımlar və cənablar! Sabahınız xeyir, Bakıya xoş gəlmisiniz. Mən bütün qonaqlarımızı illik Qlobal Bakı Forumunda salamlayıram. Əvvəlcə, mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir. Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib. Mən dünən İdarə Heyətinin üzvləri ilə görüşdüm. Bu gün söyləmək istərdim ki, biz Mərkəzin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri – xanım Vayra…
Daha çoxSumqayıt deputatları Peşə məktəbində oldular
Bu gün Milli Məclisə Sumqayıt şəhərindən seçilən deputatlar Mehriban Vəliyeva və Tahir Mirkişili İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində oldular. İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini Aqil Əzizov və Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov deputatlara Peşə Təhsil Mərkəzinin fəaliyyəti və gələcək planlar haqqında ətraflı məlumat verdilər. Daha sonra qonaqları məktəbin tədris prosesi, maddi-texniki bazası, təlim laboratoriyaları, innovativ imkanları ilə tanış etdilər. Agentliyin sədr müavini Aqil Əzizov qeyd etdi ki,peşə təhsilinin inkişafında innovativ yanaşmaların əhəmiyyəti olduqca böyükdür: “Bu təhsil ocağı ölkəmiz üçün yüksək ixtisaslı kadrlar yetişdirilməsinə…
Daha çoxAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb. SİA xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk…
Daha çox“Qlobal Bakı Forumunda bu il aparılan müzakirələr olduqca maraqlıdır”
Qlobal Bakı Forumu tolerantlıq və qarşılıqlı anlaşmaya əsaslanan müzakirələr aparmaq üçün unikal platformadır. SİA-nın məlumatına görə, bu barədə müsahibəsində XII Qlobal Bakı Forumunun iştirakçısı – Monteneqronun sabiq müdafiə naziri Militsa Peyanovic-Durişiç deyib. “Gördüyünüz kimi, burada müxtəlif ölkələrdən gələn, müxtəlif vəzifələri tutan və dünyadakı çağırışları necə həll etmək üçün müxtəlif təkliflərlə çıxış edən insanlar bir araya gəliblər. Bu isə bizə maneəsiz danışmaq, aramızda olan fərqləri anlamaq imkan yaradır. Hazırda beynəlxalq aləmdə baş verən proseslər dünya düzənini risk altına salır və Forumun iştirakçılarını narahat edir. Zənnimcə, bu il aparılan müzakirələr olduqca maraqlıdır.…
Daha çox“Elmlə bağlı əməkdaşlıq sülh və iqtisadi artım imkanları yarada bilər”
“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bombalarla əlaqəsi yoxdur, bu təşkilat sülh naminə nüvə enerjisi istifadəsini təmin edir. Burada isə elm və texnologiya mühüm rol oynayır. Düşünürəm ki, alimlərin və siyasətçilərin bir masada oturması düzgün olardı”. SİA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” adlı panel iclasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun müavini, Nüvə Elmləri və Tətbiqləri Departamentinin rəhbəri Nəcat Moxtar deyib. O, BMT-nin əsasən beynəlxalq münaqişələrlə məşğul olduğunu qeyd edərək, ekoloji problemlərin daha mühüm sayılmasının vacibliyini…
Daha çoxQlobal istiləşmə və kataklizmlər fonunda TƏHLÜKƏLİ GÖZLƏNTİLƏR
Qlobal istiləşmə və onun ağır nəticələri ilə bağlı yetərincə həyəcan təbili çalınıb və dünya ictimaiyyəti bununla bağlı bəşəriyyəti nələrin gözlədiyi haqqında kifayət qədər məlumatlıdır. Məhz qlobal istiləşmə səbəbindən daimi donuşluğun əriməsi halında virusların oyanacağı ilə bağlı xəbərdarlıq da edilib. Son zamanlar qlobal istiləşmə qorxusu barədə qeyd olunanların fonunda həm də daimi donuşluğun açılması daha bir fəlakətdən xəbər verir və haqlı olaraq da dünya ictimaiyyətini düşündürür. Əslində, elmə də məlumdur ki, əgər daimi donuşluq ərisə, havaya təxminən 500 giqaton karbon buraxılacaq. Bu isə o deməkdir ki, planetin ekosisteminə güclü zərbə olacaq…
Daha çox“Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir”
Fevralda süni intellektlə (AI) bağlı təhlükəsizlik sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, yeni texnologiyanın imkanlarının artan konsentrasiyası geosiyasi ziddiyyətləri dərinləşdirmək riski daşıyır. Hesab edirəm ki, bu, bizim üçün bir siqnaldır: bu, insan əməlidir, yoxsa süni zəka? SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Gələcək üçün BMT Paktı: Yeni qlobal konsensusun yaradılması” adlı panel iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş direktorunun müavini Tomas Lamanauskas bildirib. “Biz təmiz enerji həllərini də önə çəkməliyik, çünki süni intellektlə bağlı məlumat mərkəzləri…
Daha çoxForumda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib. O, ABŞ-ın ÜST-dən çıxmasını itki olaraq qiymətləndirərək deyib: “Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir.…
Daha çox