“Qurtuluşdan başlayan mərhələ hələ də davam edir”

“Qurtuluşdan başlayan mərhələ hələ də davam edir. 1993-cü ilin 15 iyun tarixindən etibarən Azərbaycanın müstəqillik tarixində yeni bir səhifə açıldı. Bu gün ölkəmizdə dərin hörmət və minnətdarlıqla xatırlanan həmin tarix, yalnız siyasi yox, həm də ictimai, iqtisadi və hərbi baxımdan müstəqil Azərbaycanın möhkəm təməllər üzərində qurulmasına yol açdı. Bu dövr əvvəlki mərhələdən həm kəmiyyət, həm də keyfiyyət baxımından prinsipial şəkildə fərqlənir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi-şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, əgər 1993-cü ilə qədər olan dövrü mərkəzləşmiş dövlətsizliyin, sistemsizlik və modelsizliyin, hərbi struktursuzluğun, xaosun və siyasi qeyri-sabitliyin hökm…

Daha çox

“Dövlətin diqqəti və dəstəyi – xalq üçün əminlik, sabaha olan inam deməkdir”

Azərbaycan Prezidentinin imzaladığı yeni fərmanla sosial müavinətlər, təqaüdlər və fəxri adlara görə verilən aylıq ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Bu addım ölkədə sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının rifahını yaxşılaşdırmaq və onların həyat keyfiyyətini artırmaq məqsədi daşıyır. Söhbət əlilliyi olan şəxslərdən, şəhid ailələrindən, çoxuşaqlı analardan, aztəminatlı ailələrdən, tələbələrdən və müxtəlif kateqoriyalı təqaüdçülərdən gedir. Fərmanda diqqət çəkən məqamlardan biri də fəxri adlara görə ödənilən məbləğlərin artırılmasıdır. Bu, həm sosial yönümlü siyasətin davamı, həm də mədəniyyət, incəsənət, elm və səhiyyə sahələrində çalışan şəxslərin əməyinə verilən dəyərin göstəricisidir. Bütün bu dəyişikliklər 2025-ci il iyulun…

Daha çox

Qaçqınkom sədri BMT ilə işləyən jurnalistlərlə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT Baş Qərargahında akkreditə olunmuş və BMT Müxbirlər Assosiasiyasına üzv jurnalistlər– Vüsalə Abbasova, Stefano Vakkara, Cordan Dakamseh ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Komitədən məlumat verilib. Qeyd edilib ki, jurnalistlərə Azərbaycand qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Ermənistanın deportasiya və işğal siyasətinin tarixi kökləri, bu siyasətin nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi və soydaşlarımızın vaxtilə üzləşdikləri məhrumiyyətlər geniş şəkildə izah olunub. Bildirilib ki, münaqişənin ilk illərində…

Daha çox

“Xalqımız xoşbəxtdir ki, Ümummilli Lider kimi dahi bir şəxsiyyəti oldu”

“Bir gündən sonra 15 iyun Milli Qurtuluş Gününü qeyd edəcəyik. Bu tarix xalqımızın və müstəqil dövlətimizin taleyinin böyük bəlalardan xilas olunduğu unudulmaz bir gündür. Xalqımız xoşbəxtdir ki, dövlətin çətin günündə müraciət edə bilən və inanaraq öz taleyini etibar edə bilən Ümummilli Lider Heydər Əliyev kimi dahi bir şəxsiyyəti oldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, Heydər Əliyev kimi böyük Liderimiz olmasaydı ikinci dəfə müstəqilliyinə qovuşmuş dövlətimizi və xalqımızı nələr gözlədiyini təsəvvür etmək heç də çətin deyildi: “Çünki, bizim əkəriyyətimiz o təlatümlü günlərin, tarixin…

Daha çox

“Şuşa Bəyannaməsi Türk Dünyasının inteqrasiyasında mühüm mərhələ sayılır”

“Azərbaycan və Türkiyə eyni dilə, eyni soykökə, eyni dinə, eyni tarixə və eyni mədəniyyətə malik iki qardaş, iki dost, iki müttəfiq dövlətlərdir. Azərbaycan-Türkiyə əlaqələri əsrlər boyu sınaqlardan keçərək bərkimiş və bü günki səviyyəsinə çatmış, bənzəri olmayan əlaqələrdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib. O bildirib ki, Azərbaycan və Türkiyə arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə isə bu dost və qardaşlığın yeni tarixi mərhələyə qədəm qoyduğunu bütün dünyaya bildirən bir mesaj idi: “Heç şübhəsiz ki, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan…

Daha çox

Hikmət Hacıyev Çexiya Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çexiyaya səfəri çərçivəsində bu ölkənin Prezident Administrasiyasının Xarici İşlər Departamentinin direktoru Yaroslav Zajiçek (Jaroslav Zajíček) ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin köməkçisinin həm də Çexiya xarici işlər nazirinin birinci müavini Jiri Kozak ilə görüşü olub.

Daha çox

“Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir”

“15 iyun 1993-cü il – Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan və xalqımız tərəfindən heç zaman unudulmaz bir gündür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Kimitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib. Komitə sədri xüsusilə vurğulayıb ki, bu gün ölkəmizin və xalqımızın müqəddəratının həll olunduğu və taleyimizin üzümüzə güldüyü bir gündür. “Azərbaycan parçalanmadan, vətəndaş müharibəsindən, qardaş qırğınından, torpaqlarımızı daha geniş həcmdə işğaldan, ölkəni xaosdan, özbaşınalıqdan qurtaran bu günün dəyərini xalqımız verir və Qurtuluş günümüzlə qürur duyuruq. Çünki həmin gün xalqın təkidi və tələbi ilə Ulu…

Daha çox

“Azərbaycan Ordusu bu gün peşəkar ordu modeli istiqamətində inkişaf edir”

“Ordunun, ümumilikdə isə Silahlı Qüvvələrin inkişaf səviyyəsi birbaşa olaraq ölkənin iqtisadi potensialı və maliyyə imkanlarından asılıdır. Azərbaycan dövləti bu gün inkişafda olan bir ölkə olaraq iqtisadi potensialını və maliyyə imkanlarını dinamik şəkildə artırmaqdadır. Bu şəraitdə, təbii olaraq, Azərbaycan Ordusunun inkişafı da dövlətin ümumi iqtisadi yüksəlişi ilə paralel şəkildə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və nəzarəti altındadır: “Prezident, Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrin davamlı…

Daha çox

DSX Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. DSX-dən SİA-ya bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışının ölkəmizin taleyində oynadığı mühüm roldan danışıb, bu qayıdışın Azərbaycan dövlətçiliyinin xilası, sabitliyin və inkişafın təminatçısı olduğunu bildiriblər. Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğu vurğulanıb, Ulu Öndərin uzaqgörən siyasəti və milli maraqlara əsaslanan yanaşması nəticəsində Azərbaycanın vətəndaş…

Daha çox