Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə işgüzar səfərdədir

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib. SİA xəbər verir ki, Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.

Daha çox

Görüşün Fransanın iştirakı olmadan keçirilməsi Makronu qıcıqlandırır

Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycanı dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə dünyaya səs salan, Vaşinqton administrasiyasından belə təqdir toplayan, III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya Dövlətinin yaradılmasını bir başlanğıc olaraq qiymətləndirmişdir. Bunlardan qıcıqlanan E.Makron Azərbaycana qarşı “qətnamə oyununa” start vermək qərarına gəlib. İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr…

Daha çox

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir: “Bəzən ölkələr kağız üzərində sülh sazişi imzalayır, amma real sülh olmur. Cənubi Qafqazda isə əksinədir – real sülh mövcuddur. Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bəzi mübahisəli məqamlar qalıb – bu da tamamilə normaldır. Bunun üçün də…

Daha çox

Azərbaycan Rusiya və Ukrayna arasında danışıqlar üçün meydança təqdim etməyə hazırdır

Azərbaycan Bakıda Rusiya-Ukrayna danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. O vurğulayıb ki, Bakı özünü regionun diplomatik paytaxtı kimi təsdiqləyib və mühüm beynəlxalq danışıqlara ev sahibliyi edir. “Əgər dostlarımız və tərəfdaşlarımız (Rusiya və Ukrayna – red.) Bakıda görüşmək istəsələr, biz onları qəbul etməyə çox şad olarıq. Bakı artıq bütün Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail…

Daha çox

ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik

Azərbaycan ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Minsk Qrupu 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdi və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədi: “Biz, həmçinin ATƏT-in Minsk Qrupunun tarix səhnəsindən silinməsini istəyirik. Onlar 30 il ərzində uğursuz diplomatik fəaliyyət göstərdilər və münaqişənin həlli üçün heç bir real perspektiv təklif etmədilər. Hazırda ərazi üzərində real sülh mövcuddur”. H.Hacıyev əlavə edib…

Daha çox

Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır

Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir. SİA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində əsaslı dəyişikliklər baş verməyib, lakin son aylarda ikitərəfli gündəlikdə müəyyən anlaşılmazlıq və gərginliyin artması hiss olunur. “Belə hadisələr qonşu ölkələr arasında da baş verə bilər. Hər şey Azərbaycan cəmiyyətini dərindən sarsıdan təyyarə qəzası (AZAL təyyarəsi – red.) ilə başladı. Qəza Rusiyanın…

Daha çox

Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkili üzrə seminar keçirilib

Azərbaycan Ordusunun birlik və birləşmələrinin əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəislərinin baş köməkçiləri ilə qoşun xidmətinin təşkili üzrə seminar keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, nazirliyin Hərbi Polis İdarəsində keçirilən seminarda 2024-2025-ci illərin yay və qış tədris dövrlərində Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissələrdə qoşun xidmətinin vəziyyəti və hərbi intizam təhlil olunub. Həmçinin müdafiə nazirinin, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmr və direktivlərinə əməl olunması, qoşun xidmətinin təşkili üzrə sənədlərin işlənib hazırlanması, daxili xidmət, qarnizon və qarovul xidmətinin, eləcə də…

Daha çox

Prezidentin köməkçisi Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, o, Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir. “Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir. Biz isə öz üzərimizə düşəni edirik: Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq”, – o vurğulayıb.

Daha çox