Vətənlə qoşa çəkilir adın

Qarabağ müharibəsinə ölkəmizin hər yerindən oğullar yollandı. Onlarla naxçıvanlı vətənpərvər hərbçi gənc də Vətən torpaqlarını işğaldan azad edənlərdəndir. Naxçıvan da Qarabağ uğrunda onlarla övladını şəhid verdi. 44 gün davam edən II Qarabağ Müharibəsi zamanı iki ay Naxçıvan tamamilə blokada şəraitində yaşamaq məcburiyyətində qaldı. İki ay bu torpağın Azərbaycanla, paytaxt Bakı ilə heç bir əlaqəsi olmadı. 44 gündə isə naxçıvanlıların tək ümidi olan təyyarələr yalnız Naxçıvana şəhid gətirəndə göründü göy üzündə. Naxçıvan şəhid övladlarına qollarını açanda, onları bağrına basanda göründü təyyarələr. Bu təyyarələr əsrlərə qəhrəmanlıq tarixini yazan Naxçıvan şəhərinə, igidlər oylağı…

Daha çox

Şəhidləri necə yaşadırıq?..

Kimdir şəhid? Həyatını Vətən, torpaq uğrunda qurban verən vətəndaş. Gəncliyindən, ömründən, arzularından keçən Vətən övladı. Qorxmaz, sinəsini irəliyə verməyə cəsarəti olan, ölümün gözünün içinə dik baxa bilən cəsur igid, ərdir, şəhid. Şəhidliyi ilə ölməyən, daim məxsus olduğu ölkənin səmalarında dolaşan, hər kəsdən ucada dayanan ucalıqdər şəhid. Bir an belə unudulmayan, yaddan çıxmayan, hər zaman böyük qürurla anılan, haqqında dastanlar yaradılmalı, kitablar yazılmalı, filmlər, tamaşalar çəkilməli olan Vətən oğlu, qızıdır, şəhid. Biz Azərbaycan xalqı olaraq az şəhid görməmişik. Elə ötən bir qərinəlik dövrə nəzər salsaq, görərik ki, çoxsaylı şəhidimiz olub. Qarabağın…

Daha çox

İlahi, insan da özünü bu hala salar?

Molla Nəsrəddin: -Ay bala, bu nədir, bu qadınların hamısı niyə bir-birinə oxşayır? Bunların dodağı-başı niyə bu gündədir? Adam qorxur… -Ay Molla əmi, dəbdir də. Elə ki, burunların kiçildilməsi, dodaqların şişirdilməsi dəb halını aldı, eyni həkimə və kosmetoloqa müraciət edən qadınlar da bir-birinə bənzəməyə başladılar. Çünki bir həkimin, bir kosmetoloqun bacardığı iş onlarla qadının üzündə təzahür edir. – Bismillahir-rəhmanir-rəhim. Nə danışırsan, burunların kiçildilməsi, dodaqların şişirdilməsi nə deməkdir, bu nəyə lazımdır? – Belədir də, ay Molla əmi, biri görür burnu böyükdür, çirkin görünür, gedir həkimə, kiçiltmək istəyir. Həkim də pulunu alır, burnunu…

Daha çox

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib

Oktyabrın 4-də COP29 QHT Koalisiyasının hibrit formada növbəti “zoom” görüşü keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə koalisiyanın sıralarının hər gün genişləndiyi, artıq dünyanın 71 ölkəsindən 335 QHT-nin bu tərkibdə yer aldığı bildirilib. Koalisiyadakı 108 QHT, eyni zamanda, UNFCCC tərəfindən Müşahidəçi statusla Həmfikir Qrupların (Constituency) üzvləridirlər. Hibrit görüş zamanı Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir daha dünya dövlətlərini Azərbaycanın COP29 naminə Birgə Atəşkəs Çağırışına qoşulmağa çağırıb. Görüşdə COP29 zamanı birgə əməkdaşlıq imkanları müzakirə olunub, ətraf mühit, gender məsələləri…

Daha çox

Füzuli daha müasir formada inşa edilir

“2020-ci ildə 44 günlük Vətən müharibəsində şərəfli günlərdən birinin də şahidinə çevrildik. Torpaqlarımız və o cümlədən tarixi abidələrimiz öz sahiblərinə qayitdı. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 27 il Ermənistan silahlı birləşmələrinin nəzarəti altında qalan, vaxtilə dünyanın etnoqraflarını heyrətdə qoymuş Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrı, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki-peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65…

Daha çox

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər. SİA xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan yenidənqurma və tikinti işləri ilə tanış olublar. Bundan başqa, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər xiyabanını ziyarət ediblər. Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş etdirilib. Qeyd edək ki, Gürcüstandan Azərbaycana gələn səyyahların azad edilmiş ərazilərə səfəri oktyabrın 22-də başa çatacaq.

Daha çox

Müharibədə həlak olan jurnalistlərə həsr olunan videoçarx hazırlanıb

Birinci və İkinci Qarabağ müharibələrində həlak olan jurnalistlərə həsr olunan “Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb. SİA-nın məlumatına görə, çarxda həlak olan media mənsublarının tam siyahısı öz əksini tapıb. Layihəni “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi icra edib. Qeyd edilib ki, indiyə qədər heç bir media resursunda, KİV materialında siyahı bütünlükdə olmayıb. Birliyin sədri, tanınmış telejurnalist, Baku TV-nin məsul redaktoru Günel Gözəlovanın sözlərinə görə, “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi olaraq bu sahədə bir ilkə imza atıblar. Videoçarxda 16 nəfər media mənsubunun adı yer alıb. Süjet xətti monoloq janrında çəkilən…

Daha çox

Səyyahlardan ibarət növbəti qrup Qarabağ və Şərqi Zəngəzura gəlib

33 beynəlxalq səyyahdan ibarət daha bir qrupun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. SİA xəbər verir ki, səfər “Piki Reels” klubu tərəfindən təşkil olunub. Qrupa klubun rəhbəri İv Buvi rəhbərlik edir. Bu səfərdə 12 ölkədən – ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Hollandiya və s. ölkələrdən turistlər iştirak edir. Onların səfəri üç gün davam edəcək. Qonaqlar əvvəlcə Füzuliyə, daha sonra isə Xocavənd və Şuşaya səfər edəcəklər. Səfər planına Xocalı və Ağdama səfər də daxildir və sabah onlar Laçın və Kəlbəcərə gedəcəklər. Sonuncu gün turistlər Cəbrayıl, Qubadlı və Zəngilana səfər…

Daha çox

Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib

33 beynəlxalq səyyahdan ibarət qrup Ağdamın görməli yerlərini ziyarət edib. SİA xəbər verir ki, turistlər işğal dövründə Ermənistanın şəhərdə törətdiyi dağıntılar, eləcə də hazırda aparılan tikinti-bərpa işləri ilə tanış olublar. Qonaqlar bərpa edilmiş Ağdam məscidində, Çörək muzeyi, Dram Teatrının xarabalıqlarında və Şəhidlər Xiyabanında olublar. Ekskursiya zamanı səyyahlara şəhərin işğaldan əvvəlki tarixi fotoşəkilləri təqdim olunub. Qeyd edək ki, “Piki Reels” səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən – ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Niderland və digər ölkələrdən bir qrup turist Qarabağ və Şərqi Zəngəzura gəlib.

Daha çox

Səyyah qrupunun Qarabağa səfəri davam edir

33 beynəlxalq səyyahdan ibarət qrup Qarabağ və Şərqi Zəngəzurla tanış olmağa davam edir. SİA xəbər verir ki, İv Buvinin rəhbərlik etdiyi “Piki Reels” səyyah klubunun növbəti səfəri Cəbrayıl şəhərinə olub. Burada qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən Azərbaycan memarlığının qədim abidəsi olan Xudafərin körpüsünü ziyarət ediblər. Xarici qonaqlara körpünün tarixi və Böyük İpək Yolundakı mühüm rolu barədə məlumat verilib. Qeyd edək ki, “Piki Reels” səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail və Niderlanddan bir qrup səyyah Qarabağ və Şərqi…

Daha çox