Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu ilə Xaçmazın Çarxı kəndində vida mərasimi keçirilir. SİA-nın məlumatına görə, vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edir. Vida mərasimindən sonra şəhid Usta Cəlilli kəndin qəbristanlığında dəfn olunacaq. Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin…
Daha çoxCategory: Qarabağ
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhid hərbçi Məzahir Kərimov Xalıq oğludur. Onun nəşinin qalıqları iyulun 18-i saat 13.00-da Xaçmaz rayonu Usta Cəlili kənd qəbiristanlığında dəfn olunacaq.
Daha çoxXarici diplomatlar Ağdamdakı tikinti-quruculuq işləri ilə tanış olublar
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdam şəhərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib. Nümayəndə heyəti əvvəlcə Ağdam Muğam Mərkəzi ilə tanış olub. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub və…
Daha çoxXankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır. Bu barədə SİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.…
Daha çoxI Qarabağ müharibəsinin daha beş itkin-şəhidi dəfn olunacaq
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhid dəfn olunacaq. SİA xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin-şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğludur. Qeyd edək ki, Y.Məmmədovun nəşinin qalıqları saat 12.00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, M.Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, M.Məmmədov saat 12.00-da Şərur şəhəri Şəhidlər xiyabanında, A.Abbasov saat 15.00-da…
Daha çoxBelarusun Baş naziri Ağdamın Sarıcalı kəndində bərpa işlərinin gedişi ilə tanış olub
Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycanın Ağdam rayonunun Sarıcalı kəndində olub. SİA-nın məlumatına görə, A.Turçin bu kənddə işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi ilə şəxsən tanış ola bilib. Birinci mərhələdə Ağdam rayonunun Sarıcalı kəndinə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.
Daha çoxBelarusun Baş naziri Ağdam Sənaye Parkında olub
Belarusun Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkını ziyarət edib. SİA-nın məlumatına görə, Belarus hökumətinin başçısı parkın fəaliyyəti və rezidentləri ilə tanış olub. Hazırda 27 sahibkarlıq subyekti parkın rezidenti, daha 5-i isə qeyri-rezidentidir. Parkda həyata keçirilən layihələrə investisiya qoyuluşu 148 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bu da 2100-dən çox iş yerinin yaradılmasına imkan verəcək. İnvestorlar tərəfindən artıq 66 milyon ABŞ dolları sərmayə qoyulub, 649 iş yeri yaradılıb. Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 10-dan çox yeni müəssisənin tikintisi həyata keçirilir. Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan…
Daha çoxİtaliyalı parlamentarilər Ağdam, Şuşa və Xankəndiyə səfər edib
İtaliya Parlamentinin İtaliya-Azərbaycan üzrə dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam, Şuşa və Xankəndiyə səfər edib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, italiyalı parlamentarilər əvvəlcə Ağdam şəhərindəki İmarət kompleksi ilə tanış olublar. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə digər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu…
Daha çoxQarabağda qəbristanlıqlar üçün torpaq AYRILIB
Azad edilən ərazilər üzrə qəbiristanlıqlara ayrılan torpaq sahələrinin həcmi açıqlanıb. SİA Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2022-2026-cı illər ərzində müvafiq ərazilər üzrə şəhərlərdə və qəsəbələrdə qəbiristanlıqların tikintisi nəzərdə tutulub. Hesabata əsasən, bu istiqamətdə aidiyyəti qurumlar müvafiq işlərin icrasını davam etdirir. Bildirilib ki, işğaldan azad olunmuş ərazilər üzrə qəbiristanlıqlara Ağdam şəhərində 25,11 ha, Füzuli şəhərində 26 ha, Şuşa şəhərində 5,5 ha torpaq sahəsi ayrılıb və qeyd olunan şəhərlərin Baş Planında təsbit olunub. Zəngilan şəhərində 3,9 ha, Cəbrayıl şəhərində 3,5 ha, Qubadlı şəhərində 3,42 ha, Laçın…
Daha çox“Boz iqtisadiyyat”ın leqallaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “boz iqtisadiyyat”ın leqallaşdırılması və iqtisadiyyatda şəffaflığın təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edib. SİA xəbər verir ki, bunu DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən “Vergi və Mühasibatlıq Zirvəsi”ndə deyib. Onun sözlərinə görə, son illərdə həyata keçirilən islahatlar iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun şəffaflaşmasına və inkişafına ciddi töhfə verib: “Bu gün iqtisadi inkişafa töhfə verməyin ən vacib şərtlərindən biri fiskal dayanıqlığın təmin edilməsi, biznes subyektlərinin şəffaf fəaliyyətinin təşviq edilməsi və vergi siyasəti vasitəsilə məşğulluğun artırılmasıdır. Hədəfimiz sahibkarlıq…
Daha çox