Azərbaycanın Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli sərəncamına uyğun olaraq, ölkə ərazisində rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı icra edilməkdədir. Bu gündən Bakı Teleqüllə Kompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən “SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eyni markalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+…
Daha çoxCategory: İqtisadiyyat
Mərkəzi Aran və ətraf ərazilərdə rəqəmsal radio yayımının tətbiqinə başlanılıb
Bakı Teleqüllə Kompleksində 2019-cu ildən rəqəmsal radio yayımını həyata keçirən “SYES” markalı 1000 Vt-lıq DAB+ standartlı radioötürücü eyni markalı, daha güclü və müasir 3000 Vt-lıq DAB+ standartlı radioötürücü ilə əvəz olunub. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Teleradio İstehsalat Birliyindən (İB) bildirilib. Məlumata görə, tədbirlər Planının icrası çərçivəsində Ağsu rayonu ərazisində yerləşən Gülüstan Radio-Televiziya Yayım Stansiyasında “SYES” markalı 3000 Vt-lıq DAB+ standartlı radioötürücü anten-fider sistemi ilə birlikdə quraşdırılmaqla rəqəmsal radio yayımı şəbəkəsi genişləndirilib. Beləliklə, Mərkəzi Aran bölgəsində, Ağsu, Şamaxı və İsmayıllı rayonlarında, eləcə də ətraf ərazilərdə 223,936…
Daha çox“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın hədəfləri açıqlanıb
Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsi sahəsində 10 hədəfə nail olunacaq. SİA xəbər verir ki, bunlar aşağıdakılardır: – Beynəlxalq standartların və tövsiyə olunan təcrübənin həyata keçirilməsinin təmin edilməsi; – mülki aviasiyada xidmətin səmərəliliyini və keyfiyyətini artırmaqla yanaşı, hava gəmiləri parkının, hava gəmisi heyətinin, sərnişinlərin, yükün, baqajın, poçt və bort ehtiyatlarının hərəkətini sadələşdirmək məqsədilə əsassız maneələri və gecikmələri aradan qaldırmaqla proseslərin və prosedurların təkmilləşdirilməsi; – mülki aviasiyada rəsmiyyətin sadələşdirilməsinə dair məsələləri…
Daha çoxAMB uçot dərəcəsini sabit saxlayıb
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb. “Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.”, – deyə AMB bəyan edib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə aprelin 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
Daha çoxAzərbaycanda əmək müqavilələrinin sayı
Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461,1 minvahid artaraq bu il martın 1-nə 1 milyon 862 min 981-ə çatıb. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 435 264 vahid artaraq 975 186olub. “Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir”, – deyə məlumatda qeyd olunub.
Daha çoxASCO-nun “Professor Gül” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Professor Gül” gəmi-bərəsinin tərsanə təmiri yekunlaşıb. SİA ASCO-ya istinadən xəbər verir ki, təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Gəmi üzrə gövdə qaynaq, avtomatika və boru işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub. Bərənin sualtı və suüstü hissəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər görülüb. Gəmidə nasaz vəziyyətdə olan rabitə və elektroradionaviqasiya avadanlıqları da yenilənib. Həmçinin gəmi-bərədə müasir tip “Inmarsat-C” peyk rabitə terminalları, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, qəza radiomayakı, qəza-xilasetmə radiostansiyalar…
Daha çoxƏmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,06% azalaraq 2 919,2 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,33% artaraq 33,26 ABŞ dollarına bərabər olub.
Daha çox“Azəriqaz”ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək. Bu barədə SİA “Azəriqaz”a istinadən xəbər verir. Bildirilib ki, martın 14-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək. İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.
Daha çoxBərdədə 11 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur
Bərdə rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının yenidən qurulması istiqamətində işlərə start verilib. Bu barədə SİA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yolları uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Əsasən yararsız asfalt və çınqıl örtükdən barət yollarda payız və qış aylarında nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində problemlər yaşanırdı. Yenidənqurma işləri bu problemin aradan qaldırılmasına və yol şəraitinin daha müasir standartlara uyğun olmasına hesablanıb. Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yol IV texniki dərəcəyə uyğun…
Daha çoxAzərbaycan nefti bahalaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,11 ABŞ dolları və ya 0,15% artaraq 72,92 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,81 ABŞ dolları təşkil edib.
Daha çox