Azərbaycanda 17 dövlət qurumu Maliyyə Manitorinq Xidmətinin Şübhəli Əməliyyatların Monitorinqi Sisteminə (ŞƏMS) qoşulub. SİA xəbər verir ki, bunu Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadə Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Maliyyə nəzarəti – dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusunda konfransda bildirib. “Bu sistem həm özəl, həm də dövlət sektorundan gələn məlumatları emal edəcək, süni intellektə əsaslanacaq. ŞƏMS layihəsinin icrası uzun müddətdir ki, davam edir və yekunlaşma mərhələsindədir. O imkan verəcək ki, çox qısa müddətdə maliyyə əməliyyatlarını daha effektiv monitorinq edək, müxtəlif şəxslərin maliyyə profilini…
Daha çoxCategory: İqtisadiyyat
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-dən çox artıb
Bu il martın 1-nə Azərbaycanda 1 611 030 vergi ödəyicisi olub ki, bu da ötən il martın 1-nə nisbətən 5,2 % çoxdur. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, vergi ödəyicilərinin 87 %-i fiziki, 13-ü isə hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,8 %, hüquqi şəxslərin sayı isə 7,5 % artıb. İl ərzində kommersiya qurumlarının sayı isə 8,2 % artaraq 192 945 olub. Təkcə bu ilin yanvar-fevral aylarında 2.632 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da…
Daha çoxŞahin Bağırov Beyləqanda vətəndaşları qəbul edəcək
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. SİA komitəyə istinadən xəbər verir ki, qəbul martın 17-də saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) keçiriləcək. Qəbul zamanı Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.
Daha çoxAzərbaycanda 16 sığorta agentinin lisenziyasının qüvvəsi dayandırılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) 2 hüquqi və 14 fiziki şəxsə verilmiş sığorta agenti lisenziyasının qüvvəsinin 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Bu barədə SİA-ya qurumdan bildirilib. Məlumata görə, sözügedən qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi nəzərə alınaraq bu gün qəbul olunub. Lisenziyasının qüvvəsi müvəqqəti dayandırılmış sığorta vasitəçiləri aşağıdakılardır:
Daha çoxİqtisadiyyat nazirinin birinci müavininin vətəndaşlarla görüşü təxirə salınıb
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin martın 14-də Gəncədə keçirilməsi nəzərdə tutulan vətəndaş görüşünün vaxtı dəyişdirilib. Nazirlikdən SİA-ya bildirilib ki, görüşün keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Daha çoxAzərbaycan neftinin qiyməti 74 dolları keçib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,1 ABŞ dolları və ya 1,51% artaraq 74,02 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 72,92 ABŞ dolları təşkil edib.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Martın 12-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.20% – 41,350.93 bəndədək azalıb, S&P 500 indeksi 0.49% – 5,599.30 bəndədək, Nasdaq indeksi isə 1.22% – 17,648.45 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 12-də FTSE 100 indeksi 0.53% – 8,540.97 bəndədək, Fransanın CAC-40 indeksi 0.59% – 7,988.96 bəndədək, Almaniyanın DAX indeksi 1.56% – 22,676.41 bəndədək artıb.
Daha çoxƏmtəə bazarlarında qızılın qiyməti 2 950 dolları ötüb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,19% artaraq 2 952,5 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,07% azalaraq 33,72 ABŞ dollarına bərabər olub.
Daha çox“Azsığorta”nın rəhbərliyində dəyişiklik olub
“Azsığorta” ASC-nin rəhbərliyində dəyişiklik olub. SİA bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, sığorta şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev DŞ-nin müstəqil üzvü təyin edilib. Direktorlar Şurasının sədri vəzifəsinə isə hazırda hər hansı təyinat olmayıb. Qeyd edək ki, bundan əvvəl bu ilin yanvar ayında Abid Mamedov “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvlüyündən ayrılıb. Bununla da, “Azsığorta”nın Direktorlar Şurasının üzvlərinin sayı ikiyə enib. Sığorta şirkətinin Direktorlar Şurasının digər üzvü isə Elnur Qurbanovdur. Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır.
Daha çoxAzərbaycanda dəmir yolu ilə sərnişindaşımalar 12% artıb
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin yanvar-fevral aylarında 1,4 milyondan çox sərnişin daşıyıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisini 12% üstələyir. ADY-dən SİA-ya verilən məlumata görə, hesabat dövründə qatarla səfər edən xarici turistlərin sayı 38% artaraq 3763 olub.
Daha çox