Sahibkarlar 600-dən çox investisiya təşviqi sənədi alıb

Bu il yanvarın 1-nə qədər Azərbaycanda 500 sahibkara 603 investisiya təşviqi sənədi təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,2 milyard manatdan çox investisiyanın yatırılacağı, 43,3 mindən çox iş yerinin açılacağı nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 13 %-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87 %-i isə regionların payına düşüb. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 62,3 %-i sənaye, 34,2%-i kənd təsərrüfatı, 1,8%-i logistika, 1,7%-i isə turizm sahələrində icra olunacaq layihələri…

Daha çox

15 milyard manatlıq investisiya qiymətli kağızları dövlət qeydiyyatına alınıb

2024-cü ildə Azərbaycanda 15 milyard 114,4 milyon manat məbləğində investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatı həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 42 % və yaxud 4 milyard 475,8 milyon manat çoxdur. Dövlət qeydiyyatının 2 milyard 329,8 milyon manatı və yaxud 15,4 %-i 101 korporativ istiqraz buraxılışının, 1 milyard 576,6 milyon manatı və yaxud 10,4 %-i 78 səhm buraxılışının, 2 milyard 708 milyon manatı və yaxud 17,9 %-i Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının,…

Daha çox

Riskli vergi ödəyicilərinin sayı kəskin azalıb

2024-cü idə Azərbaycanda riskli vergi ödəyiciləri siyahısına daxil edilmə halları 2023-cü illə müqayisədə 62 % azalaraq 2,4 minə düşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Bundan başqa, sənədə əsasən, ötən il 145,9 min vergi ödəyicisinin alış olmadan 263 min sayda 1 milyard 123,4 milyon manat məbləğində elektron qaimə-faktura təqdim etdiyi aşkar edilib. Əvvəlki il bunu etmiş vergi ödəyicilərinin sayı 187,7 min olub, 333,3 min sayda 1 milyard 330,5 milyon manat məbləğində elektron qaimə-faktura təqdim olunub. Nəticədə bu əməliyyatlarda vergi ödəyicisi üzrə 22…

Daha çox

10 işəgötürən 105 min manat cərimələnib

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ötən il tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 30 səyyar yoxlama tədbiri həyata keçirib və 12 yoxlama tədbirində pozuntu halı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd olunub ki, monitorinqlər zamanı 1 002 nəfər işçi yoxlanılıb, 57-nin əmək və ya xidməti (mülki) müqaviləsi olmadan çalışdığı aşkarlanıb. Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 5,6% olub. Yoxlanılmış işçilərin 110 hüquqi və fiziki şəxsi təmsil etdiyi…

Daha çox

Publik hüquqi şəxslərlə bağlı qaydalar təkmilləşdiriləcək

Azərbaycanda publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Xatırladaq ki, publik hüquqi şəxslərin yaradılması və fəaliyət göstərməsi “Publik hüquqi şəxslər haqqında” qanuna, eləcə də Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prezidentin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Əsasnaməsi”nə uyğun təmin edilir. Bununla yanaşı, publik hüquqi şəxslərin bütövlükdə, eləcə də onların maliyə-təsərrüfatı fəaliyyəti qüvvədə olan qanunvericilik aktlarına və hüquqi şəxslərin nizamnamələrinə…

Daha çox

58 hərrac keçirilib

2024-cü ildə Maliyyə Nazirliyinin (dövlət) istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, nəticədə 4 790 milyon manatlıq dövlət istiqrazı “Bakı Fond Birjası” QSC-də yerləşdirilib. Bundan başqa, hesabat dövründə tədavüldə olan dövlət istiqrazlarının ümumi dəyəri 47 % artaraq 9 milyard 353 milyon manata çatıb. Ötən il 1, 2 , 3 və 5 illik dövlət istiqrazları emissiya edilib.

Daha çox

2 ayda elektrik enerjisi istehsalı 4 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat olub. Bu barədə SİA Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 178,4 milyon kVt/saat və ya 3,8 % çoxdur. Bu ilin fevral ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 374 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 100,5 milyon kVt/saat və ya 4,4 % çoxdur. Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 4 milyard 686,4 milyon…

Daha çox

“Made in Azerbaijan” təşviq mexanizmlərindən ötən il 88 şirkət yararlanıb

2024-cü il ərzində Azərbaycan ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliğ edilməsi məqsədilə ümumilikdə 59 tədbir (39-u Azərbaycanda, 20-si xaricdə) təşkil edib, habelə 28 beynəlxalq tədbirdə iştirak edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, təşkil olunmuş və iştirak edilmiş tədbirlər çərçivəsində Azərbaycanın investisiya imkanları barədə potensial investorların məlumatlandırılması, qeyri-neft ixracının stimullaşdırılması, ixrac potensiallı yerli məhsullar barədə xarici tərəfdaşlarla əlaqələr qurulması istiqamətində təqdimatlar edilib, ikitərəfli və çoxtərəfli əsasda görüşlər keçirilib. Ümumilikdə…

Daha çox

“Qanunsuz müdaxilələrə heç bir halda yol verilməməlidir”

“Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün çox iş görülür. Lakin, nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə sözügedən seqment iqtisadi artımın əsasını təşkil edir ki, bu da kifayət deyil. Ölkədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də mövcuddur. Prezidentin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb və 26 iyun 2018-ci il tarixli Fərmanı ilə onun nizamnaməsi və strukturu təsdiq edilib”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. Onun sözlərinə görə, Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə…

Daha çox