ABŞ Dövlət Departamentinin rəsmisi Səngəçal terminalında olub

Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Cəkobs bu gün Səngəçal terminalında olub. O, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində cümə günü keçiriləcək nazirlərin 11-ci toplantısında iştirak edəcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, terminalda Erik Cəkobsu və onu müşaiyyət edən ABŞ rəsmilərini bp-nin vitse-prezidenti Kolin Allan, Səngəçal terminalının istehsalat üzrə meneceri Eldəniz Məmmədov və bp-nin hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimli qarşılayıblar. Səngəçal terminalı ilə tanışlıq Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən Xəzər Enerji Mərkəzindən başladı. Qivami Rəhimli Azərbaycanın neft sənayesinin…

Daha çox

Azərbaycan “Innovation 2025” konfransında təmsil olunub

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təmsil olunub. SİA-nın məlumatına görə, mərkəzdən bildirilib ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?” adlı panel sessiyada spiker qismində çıxış edərək, Azərbaycanın süni intellekt sahəsindəki irəliləyişlərini, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4SİM-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Panelin digər spikerləri sırasında Kanadanın Əmək və Sosial İnkişaf Nazirliyinin Data üzrə baş direktoru İma Okonni, Böyük Britaniyanın Vorvik polis idarəsinin Data, texnologiya…

Daha çox

AZAL ixrac gəlirini 90 % artırıb

Bu ilin yanvar-fevral aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 1,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında qeyd edilir. Bu, 2024-cü ilin ilk iki ayı ilə müqayisədə 900 min ABŞ dolları və ya 90 % çoxdur. Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında AZAL-ın ixrac gəlirləri 1 milyon ABŞ dolları təşkil edir. Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,6 % artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Daha çox

Azərbaycan nominal ÜDM həcminə görə MDB-də beşinci yeri tutub

Ötən ilin yekunlarına görə, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) nominal həcminə görə MDB ölkələri arasında beşinci yeri tutub. SİA MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanın nominal ÜDM-i 74,315 milyard ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4,1 % artım deməkdir. Azərbaycan MDB ölkələri arasında nominal ÜDM həcminə görə Ermənistan, Qırğızıstan, Tacikistan və Moldovanı qabaqlayır. Ötən il MDB-də nominal ÜDM göstəricisinə görə ilk beşliyə Rusiya – 2,16 milyard ABŞ dolları (+4,1 %), Qazaxıstan – 288,112 milyardABŞ dolları (+4,8 %), Özbəkistan – 114,9…

Daha çox

Asiya İnfrastruktur İnvestisiya Bankı Bakı metrosuna kredit verməyə hazırlaşır

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) “Bakı Metropoliteni” QSC-yə kredit ayırmağı nəzərdə tutur. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, metronun genişləndirilməsi istiqamətində tədbirlər planının icrasına başlanılır. Layihələrin birinci mərhələsi çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının inşasının tamamlanması xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərin icrasına texniki yardım ayrılması və dəstək verilməsi məqsədilə AİİB-in kredit ayırması nəzərdə tutulub. Ayrılacaq vəsaitin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə…

Daha çox

“Euronews” Azərbaycan iqtisadiyyatına töhfə verən təşəbbüslərdən reportaj edib

“Euronews” Azərbaycanda həyata keçirilən investisiya layihələri və ölkənin qeyri-neft sektorunun inkişafı barədə video yayımlayıb. SİA “Euronews”a istinadən xəbər verir ki, videoda İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tərəfdaşlarla birgə həyata keçirdiyi müxtəlif layihələrə diqqət çəkilib. Qeyd olunub ki, yaşıl enerji, əczaçılıq, qida və digər sənaye sahələri üzrə yaradılmış müəssisələr istehsalı lokallaşdırmaqla yanaşı, ölkədə texnologiya transferini sürətləndirir. Daha ətraflı: https://www.euronews.com/business/2025/03/20/how-azerbaijan-investment-company-balances-growth-innovation-foreign-investment

Daha çox

“Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” dəyişib

Nazirlər Kabineti Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” yenilənib. Bundan sonra atmosfer havasına zərərli maddələrin atılmasına və tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəniş normativlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, su obyektlərinə zərərli maddələrin axıdılmasına görə ödəniş normativlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tətbiq edəcək.…

Daha çox

“2025-ci ildə qızıl bir unsiyası tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşıb”

“1 aprel 2025-ci il tarixində qızıl bir unsiya üçün tarixdə ilk dəfə olaraq 3 150 ABŞ dollarını aşmışdır. 2025-ci ildə qızılın qiymətinin 3150-3500 ABŞ dolları arasında ticarət olunması proqnozlaşdırılır, çünki geosiyasi gərginlik və iqtisadi tənəzzül bu qiymət artımını stimullaşdırır. ABŞ-da tətbiq edilən yeni tariflər və Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi, qızılın orta müddətli qiymət artımına səbəb olan əsas faktorlardandır”. Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib. Onun sözlərinə görə, geosiyasi risklərin artması və iqtisadi qeyri-müəyyənliklər yaxın 1-2 il ərzində qızılın tələbini artıracaq və bu da…

Daha çox

Dövlət Su Ehtiyatları Agentliyi yerüstü su obyektlərinə təkbaşına nəzarət edəcək

Nazirlər Kabineti 25 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra yerüstü su obyektləri üzrə nəzarəti yalnız Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) həyata keçirəcək. İndiyə qədər bu işi həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), eləcə də Fövqəladə Hallar Nazirliyi görürdü. Həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək…

Daha çox

Azərbaycanın süni intellekt irəliləyişləri beynəlxalq konfransında təqdim edilib

Azərbaycanın süni intellekt sahəsindəki irəliləyişləri 24-26 mart tarixlərində Londonda keçirilən “Innovation 2025” beynəlxalq konfransında təqdim edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyinin Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) istinadən xəbər verir. 4SİM-in icraçı direktoru Fariz Cəfərov “Süni intellekt məhsuldarlığın artırılmasına necə töhfə verə bilər?” adlı panel sessiyada spiker qismində çıxış edərək, ölkədə pilot olaraq müxtəlif qurumlar tərəfindən icra olunan süni intellekt həlləri və 4SİM-in bu istiqamətdə gördüyü işlər barədə məlumat verib. Panelin digər spikerləri sırasında Kanadanın Əmək və Sosial İnkişaf Nazirliyinin Data üzrə baş direktoru İma Okonni, Böyük Britaniyanın…

Daha çox