58 hərrac keçirilib

2024-cü ildə Maliyyə Nazirliyinin (dövlət) istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, nəticədə 4 790 milyon manatlıq dövlət istiqrazı “Bakı Fond Birjası” QSC-də yerləşdirilib. Bundan başqa, hesabat dövründə tədavüldə olan dövlət istiqrazlarının ümumi dəyəri 47 % artaraq 9 milyard 353 milyon manata çatıb. Ötən il 1, 2 , 3 və 5 illik dövlət istiqrazları emissiya edilib.

Daha çox

2 ayda elektrik enerjisi istehsalı 4 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat olub. Bu barədə SİA Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 178,4 milyon kVt/saat və ya 3,8 % çoxdur. Bu ilin fevral ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 374 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 100,5 milyon kVt/saat və ya 4,4 % çoxdur. Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 4 milyard 686,4 milyon…

Daha çox

“Made in Azerbaijan” təşviq mexanizmlərindən ötən il 88 şirkət yararlanıb

2024-cü il ərzində Azərbaycan ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliğ edilməsi məqsədilə ümumilikdə 59 tədbir (39-u Azərbaycanda, 20-si xaricdə) təşkil edib, habelə 28 beynəlxalq tədbirdə iştirak edib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, təşkil olunmuş və iştirak edilmiş tədbirlər çərçivəsində Azərbaycanın investisiya imkanları barədə potensial investorların məlumatlandırılması, qeyri-neft ixracının stimullaşdırılması, ixrac potensiallı yerli məhsullar barədə xarici tərəfdaşlarla əlaqələr qurulması istiqamətində təqdimatlar edilib, ikitərəfli və çoxtərəfli əsasda görüşlər keçirilib. Ümumilikdə…

Daha çox

“Qanunsuz müdaxilələrə heç bir halda yol verilməməlidir”

“Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün çox iş görülür. Lakin, nəzərə alsaq ki, inkişaf etmiş ölkələrdə sözügedən seqment iqtisadi artımın əsasını təşkil edir ki, bu da kifayət deyil. Ölkədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də mövcuddur. Prezidentin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb və 26 iyun 2018-ci il tarixli Fərmanı ilə onun nizamnaməsi və strukturu təsdiq edilib”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib. Onun sözlərinə görə, Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə…

Daha çox

Azərbaycanın 2 aylıq elektrik enerjisi istehsalı, ixracı və idxalı açıqlanıb

Bu ilin yanvar–fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat, ixracı 301,5 milyon kVt/saat, idxalı isə 19,5 milyon kVt/saat olub. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Məlumata görə, bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Daha çox

Mərkəzi Nəbatat Bağı zərərdən mənfəətə keçib

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı 2023-cü ili 77 min manat mənfəətlə başa vurub. Halbuki, qurum 2022-ci ildən 720 min manat zərərlə çıxmışdı. SİA xəbər verir ki, 2023-cü ildə Mərkəzi Nəbatat Bağının əməliyyat gəlirləri 1 milyon 315 min manat (2022-ci ilə nisbətən 15,8 % az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 19 min manat (10 dəfə az), işçi heyəti üzrə xərcləri 883 min manat (24,1 % az), amortizasiya xərcləri 38 min manat (1,3 % az), digər əməliyyat xərcləri isə 298 min manat (3 dəfə az) təşkil edib. 2024-cü…

Daha çox

Azərbaycan bankları aylıq prudensial hesabatlar hazırlayacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, banklar bu hesabatları aylıq əsasda tərtib edəcək. Hesabаtlardаkı xаrici vаlyutаda olan rəqəmlər hеsаbаt tаriхi üçün AMB-nin müəyyən etdiyi rəsmi məzənnə üzrə manat еkvivаlеnti ilə əks еtdiriləcək. Həmçinin hesabatlar elektron formada tərtib olunacaq, bankın İdarə Heyətinin sədrinin və ya baş maliyyə inzibatçısının gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək hesabat tarixindən sonrakı ayın…

Daha çox

DTX-nın əməkdaşlarının maaşı yeni redaksiyada təsdiqlənib

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib. SİA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Eyni zamanda “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Daha çox

BP Xəzərin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatını planlaşdırır

Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatını planlaşdırır. SİA xəbər verir ki, bu barədə BP-nin kəşfiyyat və hasilat şöbəsinin rəhbəri Qordon Birrell “Reuters” agentliyinə bildirib. “Biz Azərbaycanda hasilatın pay bölgüsü haqqında mövcud sazişlər çərçivəsində “Azəri-Çıraq-Günəşli” (ACG) və “Şahdəniz” yataqlarının bundan sonra da işlənməsindən başlayaraq aşkarlanmış resurslara və kəşfiyyat imkanlarına çıxışa qədər bir sıra maraqlı imkanları həyata keçiririk. Bu, hasilata investisiya qoyuluşu həyata keçirməyimiz üçün çox aktiv sahə olaraq qalır”, – Q.Birrell vurğulayıb. Qeyd etmək lazımdır ki, BP ötən ay elan etdiyi yenilənmiş strategiyası çərçivəsində neft və…

Daha çox