Qlobal hadisələrin neftin qiytmətinə olan təsirləri AÇIQLANDI

“Neft beynəlxalq əmtəə bazarlarında ticarət olunan əsas əmtəələrdən biridir və əlbəttə ki, bu əmtəənin qiyməti bir sıra amillərdən asılı olaraq tez-tez dəyişir. Neftə olan cari tələbat və neftin dünya bazarında təklif həcmləri neftin qiymətinə təsir edən əsas faktorlardan biri olsa da, tələb təklifə dair gözləntilər də qara qızılın qiymətinə ciddi təsir göstərir. İri həcmdə neft hasilat edən ölkələrdə siyasi gərginlik və müharibələr neftin gələcək hasilat həcmlərinin azalması gözləntilərini artırır və bu da neft bazarlarında adətən neftin qiymətinin artmasına səbəb olur”. Bu sözləri iqtisadçı ekspert Elçin Məmmədov SİA-ya açıqlamasında deyib. Onun…

Daha çox

Böyük Britaniya səfirliyi və AMB bank sektorunda karbon uçotu üzrə təlim keçir

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədəki banklar üçün “Partnership for Carbon Accounting Financials” (PCAF) və karbon uçotu üzrə Britaniya Standartlar İnstitutunun (BSI) proqramı çərçivəsində treninq təşkil edib. Bu barədə SİA-ya Britaniyanın diplomatik nümayəndəliyindən məlumat verilib. Qeyd olunub ki, təşəbbüs maliyyə sektorunda karbon emissiyalarının idarə edilməsi ilə bağlı məlumatlılığın artırılmasına və bu sahədə ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə yönəlib. Dörd gün davam edəcək tədbir karbon emissiyalarının uçotu strategiyasının hazırlanmasında bank sektorunun potensialının artırılmasına həsr olunub. Söhbət beynəlxalq standartlardan istifadə edilərək maliyyələşdirilən emissiyalardan gedir. Maliyyələşdirilmiş emissiyalar – karbon…

Daha çox

Azərbaycanda psixoloji yardım üçün yeni dövlət standartları hazırlanacaq

Azərbaycanda psixoloji yardım xidmətlərinin keyfiyyətinin artırılması və tənzimlənməsi məqsədilə yeni dövlət standartları hazırlanacaq. SİA Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr İnstitutun nümayəndə heyətinin də iştirak etdiyi Psixi Sağlamlıq Forumunda müzakirə aparılıb. Forum Ombudsman Aparatı, TƏBİB və İctimai Dəstək və İnkişaf üzrə Dövlət Orqanının (İDDO) Psixi Sağlamlıq Proqramının əməkdaşlığı çərçivəsində təşkil olunub. Tədbir çərçivəsində “Psixoloji yardım” üzrə Texniki Komitənin (AZSTAND/TK49) yaradılması və ixtisaslı kadr potensialının gücləndirilməsi məqsədilə yeni dövlət standartlarının hazırlanması barədə geniş fikir mübadiləsi…

Daha çox

“Köhnə şəbəkəmizdə hələ də itkilər mövcuddur”

“Azəriqaz” İstehsalat Birliyi olaraq 100 minə yaxın qeyri-əhalinin də olduğu 2 milyon 600 minə yaxın abonent xidmət göstəririk. Şəbəkə infrastrukturu və itkilərin azaldılması məqsədilə yeni standartlara uyğun yeniləmələr ediləcək. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda keçirilən bugünkü ictimai müzakirəsində çıxışı zamanı bildirib. O qeyd edib ki, “Azəriqaz” inhisarçıdır, ona görə də fəaliyyəti Nazirlər Kabineti tərəfindən müəyyən edilən tənzimləmələrə uyğun…

Daha çox

Azərbaycan turizm mövsümünə necə hazırlaşır?

“İlin ilk 3 ayı yanvar, fevral, mart ayları keçid aylarıdır. Bu keçid ayları əsasən zəif sezon hesab olunur”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Cabir Dövlətzadə deyib. Onun sözlərinə görə, ortada mart ayı var ki, həmin ayda Ramazanla Novruz bayramlarının üst-üstə düşməsi mart ayında ciddi bir inkişaf olmayacağını göstərir: “Çünki əsasən dini turizmlə əlaqədar bizə gələn müştərilərin sayısı azalır. Onlar daha çox öz ölkələrində qalaraq ibadətlərini icra edirlər. Daha çox isə həmin turistlər ölkəmizə aprel ayında üz tuturlar. Yəni ilk 3 ay, giriş ayları zəif sezon kimi dəyərləndirmək olar.…

Daha çox

SOCAR növbəti 5-10 ildə dekarbonizasiya ilə bağlı hədəfləri açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2030-cu ilə qədər bütün əməliyyat sahələrində məşəldə rutin yandırmanı sıfıra endirməyi hədəfləyir. SİA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib. O qeyd edib ki, beynəlxalq praktikada sənayedə dekarbonizasiya üçün doqquzəsas mərhələ mövcuddur: “SOCAR növbəti 5-10 ildə əsasən 5 alətə fokuslanacaq. Dövlət Neft Şirkəti enerji effektivliyinin artırılması istiqamətində tədbirlər həyata keçirir. Elektrik enerjisində “yaşıl mənbələr”dən istifadə olunur, metan qazının havaya atılmasının qarşısı alınır. Dekarbonizasiya həmişə əlavə xərc demək deyil, əksinə, bu prosesdən…

Daha çox

SOCAR emissiyalarının bir hissəsini dronlar və peyklər vasitəsilə ölçməyə başlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq emissiyalarının bir hissəsini dronlar və peyklərin köməyi ilə ölçməyə başlayıb. SİA xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib. Onun sözlərinə görə, xüsusilə dənizdəki neft-qaz platformalarında və uzunməsafəli boru kəmərlərində emissiyaların əl alətləri ilə ölçülməsi effektiv deyil və praktiki baxımdan çətinlik yaradır: “Dronlar və peyk avadanlıqlarından istifadə etməklə bu proses xeyli asanlaşdırılıb və xərclər azaldılıb”.

Daha çox

Birbank Biznes-dən “Hər İşdə Birinci Qadınlar” yarmarkası

Birbank Biznes 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində qadın sahibkarları dəstəkləmək məqsədilə xüsusi təşəbbüs həyata keçirir. 6-7 mart 2025-ci il tarixlərində, saat 11:00-19:00 aralığında Passage-1901 ünvanında baş tutacaq “Hər İşdə Birinci Qadınlar” yarmarkası qadın sahibkarların öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməsi, satış imkanlarını artırması, eləcə də yeni müştəri və tərəfdaşlarla əlaqə qurması üçün unikal platforma rolunu oynayacaq. SİA xəbər verir ki, yarmarka çərçivəsində hər iki gün aktual mövzularda panel müzakirələr də baş tutacaq. Panel sessiyaları qadın sahibkarlığının inkişafı, dövlət və özəl sektor əməkdaşlıqları, eləcə də uğura gedən yolda…

Daha çox

İynə ilə böyüdülmüş broyler yoxsa kənd çolpası?

“Əvvəlcə kənd toyuqlarının vəziyyətinə baxaq. Ayaqlı kənd toyuqları adətən təbii şəraitdə, açıq havada yetişdirilir və daha az sənaye yemi ilə qidalanır. Bu onların ətinin dadını və qida dəyərini (məsələn, daha çox protein və az yağ) artıra bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib. Onun sözlərinə görə, bu toyuqların yetişdirilməsi və satışı prosesində sanitariya şərtlərinə nəzarət zəif ola bilər. “Bazarlarda satılan kənd toyuqları tez-tez baytar yoxlamasındankeçmir, bu da salmonella və ya digər bakterial infeksiyaların riskini artırır. Əgər toyuq düzgün kəsilib, təmizlənməyibsə və ya soyuducuda saxlanmayıbsa, istehlakı sağlamlıq…

Daha çox