Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından istifadə imkanlarını müzakirə ediblər

Azərbaycan, Qazaxıstan və Gürcüstan “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun (TBNM – Orta Dəhliz) potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər. Bu barədə SİA “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir. Bildirilib ki, bu gün “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Bakıda keçirilən tədbirləri çərçivəsində ADY-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında üçtərəfli görüş olub. Görüşdə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin…

Daha çox

Azərbaycan Serbiya ilə investisiya qoyuluşlarında əməkdaşlığı müzakirə edib

Azərbaycan və Serbiya arasında investisiya qoyuluşlarında əməkdaşlıq müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Serbiyanın iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya və sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük”, – deyə o qeyd edib.

Daha çox

Bakıda TBNM-in iclası çərçivəsində sənədlər imzalanıb

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyasının Bakıda keçirilən 22-ci iclasının protokolu imzalanıb. SİA xəbər verir ki, protokola səkkiz məsələ daxil edilib. İclasda həmçinin “Qazaxıstan Dəmir Yolu” SC (KTJ) şirkətlər qrupu ilə “PTC Holding” arasında anlaşma və qarşılıqlı dəstək haqqında memorandum imzalanıb.

Daha çox

550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

Ötən il İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 550 mikro, kiçik və orta biznes subyekti yararlanıb. SİA KOBİA-ya istinadən xəbər verir ki, 60-a yaxın KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (4-ü yerli və 7-si xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə 10 “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala, Xaçmaz, Göyçay və Zəngilanda…

Daha çox

Qazaxıstan Azərbaycana vaqon dəstəyi göstərəcək

Qazaxıstan Dəmir Yolları şirkəti “Azərbaycan Dəmir Yolları” QSC-yə vaqon dəstəyi göstərəcək. SİA xəbər verir ki, bunu Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağı zamanı Assosianın baş katibi Qaydar Abdikerimov deyib. “Bugünkü iclasda icra hakimiyyəti orqanının təşkilati məsələləri, TBNM (Orta Dəhliz – red.) marşrutu üzrə vaqonlar fondunun formalaşdırılması , o cümlədən “Qazaxıstan Temir Yolu” Milli Şirkətinin Azərbaycan və Gürcüstan Dəmir Yollarına vaqon dəstəyinin göstərilməsi məsələlərinə baxılacaq”, – Qaydar Abdikerimov deyib. Onun sözlərinə görə, TBNM Çərçivəsində 3 332 min. ton yük daşınıb.

Daha çox

“Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir

Bu gündən “Azerbaijan Ground Service” MMC “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edir. SİA bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir. Məlumata görə, məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək. Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq. Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər. İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən…

Daha çox

Siqaretin bahalaşması nələrə səbəb olacaq?

“Sosial layihə olaraq siqaretin və alkaqollu içkilərin bahalaşmasının tərəfdarıyam. Yəni bu bahalaşma ilə həm əhalinin bir qismi siqaretdən istifadə kimi pis vərdişlərdən çəkinə bilərlər, digərlər tərəfdən isə uşaqların istifadəsini də məhdudlaşdıra bilir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Amma məsələ burasındadır ki, siqaret, alkaqollu içkilər təklif edən şəxslər üçün bu önənli deyil. Əgər bu belə omasaydı bu kimi sahibkarlar bir gecədə siqaretin qiymətini 2- 3 manat bahalaşdıra bilərdilər. Amma bu siqaret sənayesinin zərərinə ola bilərdi, çünki bunun nəticəsində 20-30% insan siqareti…

Daha çox

Sabahdan “KOB bazar” satış yarmarkası başlayır

Mikro və kiçik sahibkarlıq subyektlərinin məhsullarının satışına dəstək olmaq, eləcə də istehlakçıları birbaşa kənd təsərrüfatı və qida məhsullarının istehsalçıları ilə əlaqələndirmək məqsədilə martın 5-dən etibarən “KOB bazar” satış yarmarkasına start verilir. Bu barədə SİA İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Bildirilib ki, yarmarka Bakının Binəqədi rayonunda Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində yerləşir. Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək. Yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçiriləcək.…

Daha çox