Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir). Bu qərar ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul…
Daha çoxCategory: İqtisadiyyat
Nyu-York birjasında təbii qazın qiyməti yenidən artıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,4% artaraq 4,314 ABŞ dolları təşkil edib.
Daha çoxƏmtəə bazarlarında qızıl cüzi bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,05% artaraq 2 922 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,63% artaraq 32,59 ABŞ dollarına bərabər olub.
Daha çox“Nefti proqnozlaşdırmaq çətin məsələdir”
“Qlobal problemlər yalnız pandemiya, müharibə yaxud texnoloji dəyişiklər deyil. Eyni zamanda kiçik bir hadisələr, hər hansı siyasətçinin çıxışı, hətta “twitter” adlanan sosial şəbəkələrdə olan qeydlər belə neftin qiymətinin artmasına səbəb olur. Bu kimi hadisələrin hamısına şahid oluruq. Lakin bütün bunlara baxmayaraq bu sahəni tənzimləmək mümkündür. Hətta 1970-ci ildə neft bazarındakı qiymətlər yeddi bacı tərəfindən idarə olunurdu. Bununla yanaşı ABŞ-nin aylıq neft ehtiyatlarının proqnozları indiki zamanda neft qiymətlərinə təsirləri böyükdür. İstənilən məhsul barəsində olan proseslər bu şəkildədir. Lakin neft məhdud və siyasiləşmiş sahə olduğuna görə daha çox kənar təsirlərə məruz qalır.…
Daha çoxRəşad Nəbiyev Samuxda vətəndaşları qəbul edib
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Samux şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl rayonları və Gəncə şəhər sakinlərini qəbul edib. SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb. Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi dərhal müsbət həllini tapıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət…
Daha çoxArif Paşayev Ümümdünya Mühəndislik Günü tədbirinin iştirakçılarına müraciət edib
Milli Aviasiya Akademiyasının rektoru və Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Paşayev Bakıda keçirilən Ümümdünya Mühəndislik Günü tədbirinin iştirakçılarına müraciət edib. SİA-nın xəbərinə görə, müraciətdə deyilir: Hörmətli tədbir iştirakçıları, mühəndislər və gələcək mühəndislər! Sizi 4 mart – Ümumdünya Mühəndislik Günü münasibəti ilə təbrik edirəm, fəaliyyətinizdə uğurlar və tədbirin səmərəli keçirilməsini arzulayıram. 2019-cu ildə UNESCO-nun 40-cı Baş Konfransında martın 4-nün Dayanıqlı İnkişaf Naminə Ümumdünya Mühəndislik Günü kimi elan edilməsi ilə bağlı qərar qəbul edilib. 2020-ci ildən başlayaraq hər il 4 mart Dünyanın Dayanıqlı İnkişafı üçün Mühəndislik Gunü kimi qeyd olunur. Biz…
Daha çoxBeynəlxalq səviyyəli tədbirlərin turizm inkişafında rolu?
“Beynəlxalq yarışların ölkəmizin turizminin inkişafında rolu əvəzsizdir. Belə yarışlar nəinki turizmin inkişafında, digər sahələrin də inkişafına birbaşa olmasa da, dolayı yol ilə özünün müsbət təsirini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib. Onun sözlərinə görə, turizmdə iqtisadiyyatın qollarından biridir, istiqamətlərindən biridir. “Əgər bir ölkədə turizm kənd təsərrüfatı və istehsal etmə gücü artırsa, həmin ölkənin iqtisadiyyatı inanılmaz dərəcə də inkişaf edir. Və turizm də tükənməz sərvət olduğuna görə bunun inkişafı və bizdə olan resurslar imkan verir ki, ölkəmizi yüksək səviyyədə dünyada təbliğ edək. İlk öncə yarışların kateqoriyaları da…
Daha çoxNaxçıvan üçün 60 ədəd elektrik mühərrikli avtobus alınacaq
Prezident İlham Əliyev Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobus alınacaq və enerjidoldurma cihazları quraşdırılaca.q Bu məqsədlə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Daha çoxAzərbaycanda investisiya şirkətlərinin vəzifəli şəxsləri cərimə edilib
“Unicapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi və “Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi 10 min manat cərimə edilib. Bu barədə SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. AMB tərəfindən aparılmış tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.5-ci maddələrinə əsasən “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən “Troni İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi…
Daha çoxTullantı sularının təkrar istifadəsi ilə bağlı qaydalar təsdiq ediləcək
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (su təchizatı)” indikatoru ilə bağlı müvafiq sahədətəkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib. SİA xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 iyul tarixinə qədər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən tullantı sularının təkrar istifadəsi ilə bağlı (təmizlənmiş suyun istifadəsi üçün təlimatlar, tullantı sularının keyfiyyəti limitləri və emal prosesi) beynəlxalq təcrübənin araşdırılması, təkliflərin hazırlanması vəKomissiya Katibliyinə təqdim edilməsiplanlaşdırılır. Eyni zamanda cari ilin 1 sentyabr tarixinə qədər…
Daha çox