Martın 5-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti bahalaşıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da“CoinMarketCap” platformasında 3.36% bahalaşaraq 86 967 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində artımmüşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.33% artaraq 2 173 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 4.27%, BNB 4.80%, Tether isə 0.02% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Daha çoxCategory: İqtisadiyyat
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Martın 4-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.55% – 42,520.99 bəndədək, S&P 500 indeksi 1.22% – 5,778.15 bəndədək, Nasdaq indeksi isə 0.35% – 18,285.16 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 4-də FTSE 100 indeksi 1.27% – 8,759.00 bəndədək, Fransanın CAC-40 indeksi 1.85% – 8,047.92 bəndədək, Almaniyanın DAX indeksi 3.54% – 22,326.81 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.06% azalaraq 1.0620 dollar təşkil edib.
Daha çoxAzərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 42 % artıb
Bu ilin yanvar-fevral aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 262 kiberhücum indikatoru (IOC) müəyyən edib. SİA-nın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42 % çoxdur. Kibertəhdidlərin 92-i daxili araşdırma, 170-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb. Təkcə fevralda isə 120 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 38 % çoxdur. Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 95,895 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 1 milyon 99 min…
Daha çox“Gələcəkdə neftdən istifadə kifayət qədər azalacaq”
“Enerji təhlükəsizliyi, hər bir ölkə üçün çox mühüm olan priroritetlərdən biridir. Hazırda enerji istehsalının tam təmin olunması və bərpa olunan enerjiyə keçid dünyanın ən çox diqqət mərkəzində olan problemlərdən biridir. Məlum olduğu kimi qlobal istiləşməyə səbəb olan istixana effekti yaradan qazların artımı qlobal temperaturu kəskin şəkildə artırmışdır və bu artım son illərdə daha da artmaqda davam edir. Qlobal istiləşməyə əsasən neft və qaz məhsullarından istifadə olunan yanacaqların istifadəsi zamanı ətraf mühitə təsiri daha yüksəkdir. Qlobal dünyada ən əsas neft təchizatçısı ABŞ-dır. Daha sonra Səudiyyə Ərəbistanı, Rusiya, Kanada, Çin, Braziliya, həmçinin…
Daha çoxSOCAR “KazMunayQaz”, “Tatneft” və “Uzbeknefteqaz”la əməkdaşlığı genişləndirir
Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Qazaxıstanın “KazMunayQaz”, Tatarıstanın “Tatneft”və Özbəkistanın “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli və ikitərəfli sənədlər imzalanıb. SİA bu barədə SOCAR-a istinadən xəbər verir. Məlumata görə, şirkətin təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib. Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, ölkəmizin yeni enerji strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə gül dəstələri düzüblər. Şəhidlər xiyabanını ziyarət edən mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri…
Daha çox“Kartların da fəaliyyəti yavaş-yavaş azalmaqdadır”
“Ümumiyyətlə rəqəmsal bankçlılık, yəni fintech texnologiyalarının ölkəyə gətirilməsi müsbət bir tendensiyadır. “Fintech” informasiya texnologiyalarının bankçılığa tətbiqini nəzərdə tutur. “Fintech” texnologiyası müştərilərin məmnuniyyətini yüksəldir, əməliyyatları yüksəldi, vaxt itkisini aradan qaldırır, bir sıra maliyyə itkilərini aradan qaldırır. Həmçinin “fintech” texnologiyalarının platformalarına ildən-ilə maraq artır. Dünya da “fintech” texnologiyalarına əsaslanan maya dövriyyəsi 2017-ci ildə 3-4 trilyon dollar civarında dəyərləndirilirdisə, bu gün artıq fintech texnologiyaları platformalarında maya dövriyyəsi illik təxminən 130-140 trilyon dollar civarında dəyərləndirilir. İnsanlar həmin imkanlardan istifadə edərək öz bank əməliyyatlarına əlçatanlığı yüksəldir. Yəni insanları bəzi yerlərə getməkdən xilas edir. Məsələn, indiki…
Daha çox“Bakı Fond Birjası”nın dövriyyəsi 3 dəfəyə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 13 milyard 616,922 milyon manat təşkil edib. SİA BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,4 dəfə artaraq 5 396 olub. BFB-nin dövriyyəsinin 95 %-i və yaxud 12 milyard 940,827 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,7 dəfə çoxdur. Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 89,5 % azalaraq 159,294 milyon manat, korporativ qiymətli kağızlar…
Daha çox8 Mart günü restoranlarda ƏL YANDIRAN QİYMƏTLƏR
Məlumdur ki, bayram günlərində bir çox restoranlarda qiymətlər 2-3 qat bahalaşır. Elə qarşıdan da, 8 Mart Qadınlar Günü gəlir. Gəlin görək, məkanlarda qiymətlər hansı durumdadır? SİA qiymətləri təqdim edir: Bihter Baku: “Səhnə önü 1 nəfər -500 AZN Orta masalar 1 nəfər – 450 AZN Digər masalar 1 nəfər – 400 AZN. Qiymətə menyu daxildir. Menyu daxil olmayan qiymətlər: Səhnə önü 1 nəfər – 400 AZN Orta masalar 1 nəfər- 350 AZN Digər masalar 1 nəfər- 300 AZN. Qeyd edək ki, gecənin qonağı məşhur türk müğənni İrem Dericidir”. Cıdır Baku: “…
Daha çoxUmico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır
Umico.az-da Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star kartları ilə edilən ödənişlər müştərilər üçün daha sərfəli oldu. SİA xəbər verir ki, belə ki, Birbank kartları ilə Umico.az-da birdəfəlik ödəniş edən hər kəs indi bütün alış-verişlərində bol-bol keşbek və ya bonus qazanır. Bunun üçün Birbank mobil tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” adlı kateqoriyanı seçmək kifayətdir. Yalnız birdəfəlik ödənişlərə şamil edilən bu yeniliklə müştərilər hər alış-verişdən 10% və ya 15% bonus qazana biləcəklər. Faizlər müştərilərə fərdi olaraq təyin olunur və bonuslar seçilən kateqoriyanın tələbinə uyğun, keşbek və ya Umico…
Daha çoxBinə qəsəbəsində işıq olmayacaq
Bakının Xəzər rayonunun Binə qəsəbəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA “Azərişıq” ASC-yə istinadən xəbər verir. Bildirilib ki, qurumun Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 5, 6, 7, 10 və 11 mart tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çox