2024-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları 4 685 ipoteka krediti verib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 16,3 % azdır. Ötən il 3 609 (əvvəlki ilə nisbətən 7,5 % az) adi, 1 076 (36,7 % az) güzəştli ipoteka krediti verilib. İl ərzində Fond 432,7 milyon manatlıq ilkin (4 601 kredit) və 447,5 milyon manatlıq (4 893 kredit) yenidən maliyyələşmə əməliyyatı aparıb, ilin sonuna Fondun ipoteka kreditləri portfeli 2,2 milyard manatdan çox olub.
Daha çoxCategory: İqtisadiyyat
5 milyard manatdan çox vergi borcu ləğv edilib
2024-cü ildə Azərbaycanda 202,1 min vergi ödəyicisinin 5 milyard 537,9 milyon manat vergi borcu yaranıb, 189,5 min vergi ödəyicisinin 5 199,6 milyon manat vergi borcu ləğv edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6,1 % az, 12,2 % çox, 10,1 % az və 5,7 % azdır. Hesabat dövründə borclu vergi ödəyicilərinin borcun tərkibi və ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon manat rəsmi bildiriş, mobil əlaqə nömrəsinə…
Daha çoxKameral vergi yoxlaması əsasında hesablanmış vergi 18 % artıb
2024-cü ildə Azərbaycanda 77,3 min vergi ödəyicisinə 150,6 min kameral vergi yoxlaması əsasında 1 milyard 168,9 milyon manat əlavə vergi hesablanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, 2023-cü illə müqayisədə kameral yoxlamaya cəlb edilmiş vergi ödəyicilərinin sayı 2,5 min vahid, yoxlamaların sayı 76 vahid azalıb, hesablanmış vergi isə 178,8 milyon manat və yaxud 18,1 % artıb. Sənədə əsasən, kameral vergi yoxlaması aparılmış vergi ödəyicilərinin sayı həmin dövr üzrə aktiv vergi ödəyicilərinin sayında 9,8 % paya malik olub. Kameral vergi yoxlaması…
Daha çoxAMB ötən il 4 sığorta şirkətini və 4 sığorta brokerini hərtərəfli yoxlayıb
2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) qrafikinə uyğun olaraq 4 sığorta şirkətində və 4 sığorta brokerində hərtərəfli yoxlamalar həyata keçirib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, keçirilən yoxlamalar nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması üzrə nəzarət subyektlərinə müvafiq təlimatlar verilib, onların icrasına nəzarət həyata keçirilməkdədir. Bundan başqa, ötən il 7 hüquqi və 48 fiziki şəxs sığorta agentinə lisenziyalar verilib. Könüllü qaydada və ya aparılmış nəzarət tədbirləri nəticəsində 51 fiziki şəxs sığorta agentinə, 1 hüquqi şəxs sığorta brokeri və 3 hüquqi şəxs…
Daha çoxDaşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindəki bildirişlərin sayı 367 mini keçib
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 367,6 min yüklülük bildirişi olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 66,6 % çoxdur. Başqa sözlə, yüklülük bildirişlərinin 147 mini ötən il qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 62,3 % çoxdur. Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.
Daha çoxSahibkarlar 600-dən çox investisiya təşviqi sənədi alıb
Bu il yanvarın 1-nə qədər Azərbaycanda 500 sahibkara 603 investisiya təşviqi sənədi təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, investisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 7,2 milyard manatdan çox investisiyanın yatırılacağı, 43,3 mindən çox iş yerinin açılacağı nəzərdə tutulub. Təşviq edilmiş layihələrin 13 %-i Bakı şəhəri və ətraf qəsəbələrin, 87 %-i isə regionların payına düşüb. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 62,3 %-i sənaye, 34,2%-i kənd təsərrüfatı, 1,8%-i logistika, 1,7%-i isə turizm sahələrində icra olunacaq layihələri…
Daha çox15 milyard manatlıq investisiya qiymətli kağızları dövlət qeydiyyatına alınıb
2024-cü ildə Azərbaycanda 15 milyard 114,4 milyon manat məbləğində investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatı həyata keçirilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 42 % və yaxud 4 milyard 475,8 milyon manat çoxdur. Dövlət qeydiyyatının 2 milyard 329,8 milyon manatı və yaxud 15,4 %-i 101 korporativ istiqraz buraxılışının, 1 milyard 576,6 milyon manatı və yaxud 10,4 %-i 78 səhm buraxılışının, 2 milyard 708 milyon manatı və yaxud 17,9 %-i Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının,…
Daha çoxRiskli vergi ödəyicilərinin sayı kəskin azalıb
2024-cü idə Azərbaycanda riskli vergi ödəyiciləri siyahısına daxil edilmə halları 2023-cü illə müqayisədə 62 % azalaraq 2,4 minə düşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Bundan başqa, sənədə əsasən, ötən il 145,9 min vergi ödəyicisinin alış olmadan 263 min sayda 1 milyard 123,4 milyon manat məbləğində elektron qaimə-faktura təqdim etdiyi aşkar edilib. Əvvəlki il bunu etmiş vergi ödəyicilərinin sayı 187,7 min olub, 333,3 min sayda 1 milyard 330,5 milyon manat məbləğində elektron qaimə-faktura təqdim olunub. Nəticədə bu əməliyyatlarda vergi ödəyicisi üzrə 22…
Daha çox10 işəgötürən 105 min manat cərimələnib
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ötən il tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 30 səyyar yoxlama tədbiri həyata keçirib və 12 yoxlama tədbirində pozuntu halı aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd olunub ki, monitorinqlər zamanı 1 002 nəfər işçi yoxlanılıb, 57-nin əmək və ya xidməti (mülki) müqaviləsi olmadan çalışdığı aşkarlanıb. Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 5,6% olub. Yoxlanılmış işçilərin 110 hüquqi və fiziki şəxsi təmsil etdiyi…
Daha çoxPublik hüquqi şəxslərlə bağlı qaydalar təkmilləşdiriləcək
Azərbaycanda publik hüquqi şəxslərin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və mövcud qaydaların təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Xatırladaq ki, publik hüquqi şəxslərin yaradılması və fəaliyət göstərməsi “Publik hüquqi şəxslər haqqında” qanuna, eləcə də Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prezidentin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Əsasnaməsi”nə uyğun təmin edilir. Bununla yanaşı, publik hüquqi şəxslərin bütövlükdə, eləcə də onların maliyə-təsərrüfatı fəaliyyəti qüvvədə olan qanunvericilik aktlarına və hüquqi şəxslərin nizamnamələrinə…
Daha çox