AMB “SF Azerbaijan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxarılıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Daha çox

BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib

Bu gün BP şirkəti Azərbaycanın zəngin mədəni, bədii və ədəbi irsinin təbliğinə yönəlmiş davamlı öhdəliyinin bir hissəsi olaraq müasir ədəbiyyatın beş istedadlı nümayəndəsinin kitablarının təqdimatını keçirib. SİA xəbər verir ki, bu nəşrlərdə Azərbaycan ədəbiyyatının gənc nəslini təmsil edən dörd şairin və bir yazıçının seçilmiş əsərləri toplanıb. Bundan əvvəl BP Azərbaycan ədəbiyyatının gənc nəslinin ən perspektivlilərindən dörd şair və yazıçının kitablarını nəşr etmişdi. Bu iki layihə üçün seçilmiş ümumilikdə doqquz gənc yazarın kitablarının nəşr olunması ilə bağlı Azərbaycan Yazıçılar Birliyi BP-yə müraciət edib və onların namizədliklərini şirkətə təqdim edib. Bu gün…

Daha çox

Azərbaycan və Türkiyənin energetika nazirləri İğdır-Naxçıvan qaz kəmərinin açılışına qatılacaq

Azərbaycan və Türkiyənin energetika nazirləri Pərviz Şahbazov və Alparslan Bayraktar İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi mərasimində iştirak etmək üçün Türkiyənin İğdır şəhərində səfərdədirlər. SİA xəbər verir ki, bu barədə A.Bayraktar “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə biz İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak üçün sərhəd yaxınlığındakı İğdır şəhərindəyik ”, – paylaşımda qeyd olunub. A.Bayraktar vurğulayıb ki, səfər şəhərin valisi Erkan Turanın ofisini ziyarətlə başlayıb: “Biz bu strateji layihədə şəhərimizin rolunu, eləcə də İğdırın enerji ehtiyaclarını müzakirə etdik”. Qeyd edək ki, İğdır-Naxçıvan qaz boru kəmərinin…

Daha çox

AAYDA sürücüləri Bakı-Qazax yolunda diqqətli olmağa çağırıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) çağırış edib. SİA-nın agentliyə istinadən verdiyi məlumata görə, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq…

Daha çox

“Adobe Systems Software Ireland Limited” ƏDV məqsədləri üçün vergi uçotuna alınıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Adobe Systems Software Ireland Limited” şirkətini ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alıb. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, qeydiyyat martın 1-dən qüvvəyə minib. Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, həmin tarixdən etibarən şirkətin təqdim etdiyi xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdiyi ödənişlər zamanı banklar ƏDV məbləği hesablamayacaq. “Adobe Systems Software Ireland Limited” qrafik dizayn, multimedia məzmunu, sənədlərin idarə edilməsi və proqram təminatı həlləri üzrə dünya miqyasında tanınmış şirkətdir. “Adobe Creative Cloud”, “Adobe Acrobat”, “Adobe Photoshop”…

Daha çox

“Azərpambıq Aqrar Sənaye Kompleksi” ötən il 8 milyon manatdan çox zərər edib

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindəki “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 2023-cü ili 8,392 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2022-ci ildən 26,739 milyon manat xalis mənfəətlə çıxmışdı. SİA xəbər verir ki, 2023-cü ildə “Azərpambıq Aqrar Sənaye Kompleksi”nin satışdan gəlirləri 64,144 milyon manat (2022-ci ilə nisbətən 46,7 % az), satışının maya dəyəri 65 milyon manat (20,1 % az), ümumi və inzibati xərcləri 8,9 milyon manat (12,7 % çox), digər gəlirləri 502 min manat (3 dəfə az), mal-material ehtiyatları üzrə dəyərsizləşmə zərəri 261 min manat (6,5 dəfə az), gözlənilən kredit zərəri…

Daha çox

Bakıda “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb

Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb. Bu barədə SİA İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Bildirilib ki, KOBİA dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb. Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcəkdir. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər…

Daha çox

Banklar hansı sahələrə kredit verməyi üstünlük verir?

“Azərbaycanda banklar daha çox tikinti, ticarət və kənd təsərrüfatına dair çox kredit verir. İşçi və orta sahibkarlıq güzəştlər sahibkarlığın inkişafı fonduyla,cop xəttiylə güzəştli şərtlər var. Amma təəssüfki kreditlər hər sahibkar üçün əlçətan deyil. Onunda vacib səbəbi odur ki, güzəştli kreditlər qeyri-şəffafdır, yəni şəffaflıq yoxdur. Ona görə də həqiqətəndə dürüstdür ya yanlış olduğunu bilmirik”. Bu sözləri bank sahəsi üzrə ekspert Əkrəm Həsənov SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan şəraitində müəyyən söz-söhbətə səbəb olur: “Yəni mən hesab edirəm ki, dövlət xəttiylə tətbiq olunan güzəştlər şəffaf olmalıdır. Hamı bilməlidir ki, kimə verildi,…

Daha çox