Azərbaycanda “Vergitutma” indikatoruna dair yeni Yol Xəritəsi təsdiq edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi…

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 6-da kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti yenidən 90 min dolları ötüb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 6.27% bahalaşaraq 92 350 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 6.28% artaraq 2 308 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.99%, BNB 3.08%, Tether isə 0.01% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

BP bu il AÇG blokunda platformaların dayandırılmasını planlaşdırmır

BP şirkəti 2025-ci ildə texniki xidmət üçün “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda platformaları dayandırmağı planlaşdırmır. Bu barədə SİA-ya “BP-Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlıya istinadən xəbər verir. “Bu il platformalardan heç biri dayandırılmayacaq”, – T.Bayatlı jurnalistlərə bildirib. Ötən il şirkət “Dərinsulu Günəşli” platformasını 15 günlük profilaktik işlər üçün dayandırıb. Belə proqramlar planlı şəkildə həyata keçirilir. İllik iş proqramına və illik büdcəyə daxil edilir. “Cari il üçün platformaların dayandırılmasını planlaşdırmamışıq”, – T. Bayatlı bildirib. Qeyd edək ki, 2024-cü ildə AÇG blokundan 16 milyon ton (11,1 % az) neft hasil edilib.

Daha çox

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,26 % azalaraq 71,40ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 69,83 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,96 ABŞ dolları və ya 2,72 % azalaraq 70,12 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.14% – 43,006.59 bəndədək, S&P 500 indeksi 1.12% – 5,778.15 bəndədək, Nasdaq indeksi isə 1.46% – 18,552.73 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 5-də FTSE 100 indeksi 0.04% – 8,755.84 bəndədək azalıb, Fransanın CAC-40 indeksi 1.56% – 8,173.75 bəndədək, Almaniyanın DAX indeksi 3.38% – 23,081.03 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.14% artaraq 1.0804 dollar təşkil edib.

Daha çox

Xəzərə çirkab su axıdılmasının qarşısının alınması ilə bağlı qanunvericilik dəyişdiriləcək

Xəzər dənizinə çirkab sularının axıdılmasının qarşısının alınması ilə bağlı qanunvericilikdə dəyişikliklər ediləcəyi gözlənilir. SİA xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov bildirib. “Bundan sonra biz tam fəaliyyətə başlayacağıq. Hazırda Novxanı çimərliyində və yaxud Xəzəryanı digər ərazilərdə çirkab suların birbaşa axıdılması faktı inanmıram ki, olsun. Çünki, belə bir hal olsa Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavabdeh orqan kimi çox ciddi tədbirlər görər”, – deyə o qeyd edib.

Daha çox

Dövlət Məşğulluq Agentliyi Laçında AZAL-la birgə əmək yarmarkası keçirəcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası keçirəcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. Bildirilib ki, yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq. “Tədbirdə bu il Laçında istifadəyə veriləcək Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim ediləcək”,-…

Daha çox

“İş təcrübəsizliyi gənclərin iş tapmasını çətinləşdirir”

“İş təcrübəsizliyi gənclərin iş tapmasını çətinləşdirir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, işsizliklə bağlı statistikalara baxanda həm məşğulluq, həm də işsizlik statistikalarına nəzər yetirildikdə, ölkədə işsizlik səviyyəsinin stabil olaraq aşağı olduğu görünür: “Yəni, 15% arasında bir işsizlik statistikasıdır və bu, uzun illər ərzində saxlanılır. İşsizlərin strukturuna baxanda görürük ki, qeydiyyatda durmayan və çoxlu sayda işsizlər də ola bilər. Amma ümumi şəkildə ölkə statistikasına baxanda, rəsmi statistika vəziyyətin o qədər də pis olmadığını göstərir. Digər tərəfdən, kənd təsərrüfatında məşğulluq yalnız o şəxslərdə hesab olunur ki, şəxsi istifadəsində…

Daha çox

AMB “SF Azerbaijan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib

Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxarılıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Daha çox

BP Azərbaycanın ədəbi gəncliyinə daha bir dəstək göstərib

Bu gün BP şirkəti Azərbaycanın zəngin mədəni, bədii və ədəbi irsinin təbliğinə yönəlmiş davamlı öhdəliyinin bir hissəsi olaraq müasir ədəbiyyatın beş istedadlı nümayəndəsinin kitablarının təqdimatını keçirib. SİA xəbər verir ki, bu nəşrlərdə Azərbaycan ədəbiyyatının gənc nəslini təmsil edən dörd şairin və bir yazıçının seçilmiş əsərləri toplanıb. Bundan əvvəl BP Azərbaycan ədəbiyyatının gənc nəslinin ən perspektivlilərindən dörd şair və yazıçının kitablarını nəşr etmişdi. Bu iki layihə üçün seçilmiş ümumilikdə doqquz gənc yazarın kitablarının nəşr olunması ilə bağlı Azərbaycan Yazıçılar Birliyi BP-yə müraciət edib və onların namizədliklərini şirkətə təqdim edib. Bu gün…

Daha çox