D-8 Bakıda investisiya əməkdaşlığı üzrə görüş keçirməyi təklif edib

D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam investisiya əməkdaşlığının gücləndirilməsi və genişləndirilməsi məqsədilə təşkilata üzv ölkələrin investisiya təşviqi agentlikləri arasında Bakıda görüş keçirməyi təklif edib. SİA xəbər verir ki, bu barədə D-8-in Baş katibinin Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə görüşünün yekunu üzrə “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub. Məlumatda bildirilib ki, nazir müavini bu təklifi dəstəkləyib və nəqliyyat, kiçik və orta biznes, insan resurslarının inkişafı, İKT, ticarət və investisiyalar da daxil olmaqla müxtəlif prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib. Danışıqlar zamanı tərəflər elektron ticarət…

Daha çox

Azərbaycan Mərkəzi Bankının fəaliyyətində qadınların rolu açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda gender bərabərliyinin inkişaf etdirilməsinin ən yaxşı istedadları cəlb etmək, məhsuldarlığı artırmaq və davamlı biznes təcrübələrini təşviq etmək üçün vacib olduğunu başa düşür. SİA xəbər verir ki, bunu AMB-nin Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin direktoru Ümeyrə İbrahimova qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakıda keçirilən “Ring the Bell for gender equality” (“Gender bərabərliyi üçün zəngi çalın”) adlı tədbirdə bildirib. “AMB son bir neçə ildə bu məsələyə xüsusi diqqət yetirib. İşçilərimizin 39,7 %-ni qadınlar təşkil edir. 156 rəhbər vəzifədən…

Daha çox

ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bunu 2024-cü ilin investisiya yekunları və 2025-ci il üçün perspektivlərə həsr olunmuş media-brifinqdə ARDNF-in Risklərin İdarə Edilməsi Departamentinin direktoru Vadim Pşeniçnıy bildirib. “Fondun fəaliyyəti dövründə neft-qaz sazişlərindən əldə olunan ümumi gəlirlər 192,4 milyard ABŞ dolları (bütün gəlirlərin 92,8 %-i), investisiya gəlirləri isə 14,9 milyard ABŞ dolları (7,2 %) təşkil edib”, – o qeyd edib. 1999-cu ildə yaradılmış fondda neft-qaz müqavilələrinin həyata keçirilməsindən əldə olunan gəlirlər…

Daha çox

“Nas Exchange” valyuta bazarına daxil olmaqdan imtina edib

Azərbaycanda 2024-cü ilin yanvar ayında yaradılmış “Nas Exchange” MMC valyuta bazarına daxil olmaqdan imtina edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, şirkət nizamnamə kapitalını 550 min manat və ya 12 dəfə azaldaraq 600 min manat manatdan 50 min manata endirdiyini elan edib. Baxmayaraq ki, əvvəlki kapital “Nas Exchange”ə Azərbaycan Mərkəzi Bankından (AMB) valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almağa, Bakıda 1 valyuta dəyişmə məntəqəsi ilə işləməyə imkan verirdi. Hazırda Azərbaycanda 7 hüquqi şəxs – “Eliko”, “Delta Capital”, “Zuhur”, “Bakı Mərkəzi Valyuta”,…

Daha çox

Azərbaycanda “Vergitutma” indikatoruna dair yeni Yol Xəritəsi təsdiq edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi…

Daha çox

Kriptovalyuta bazarının son göstəriciləri

Martın 6-da kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti yenidən 90 min dolları ötüb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:30-da “CoinMarketCap” platformasında 6.27% bahalaşaraq 92 350 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 6.28% artaraq 2 308 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.99%, BNB 3.08%, Tether isə 0.01% bahalaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Daha çox

BP bu il AÇG blokunda platformaların dayandırılmasını planlaşdırmır

BP şirkəti 2025-ci ildə texniki xidmət üçün “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda platformaları dayandırmağı planlaşdırmır. Bu barədə SİA-ya “BP-Azerbaijan” şirkətinin mətbuat katibi Tamam Bayatlıya istinadən xəbər verir. “Bu il platformalardan heç biri dayandırılmayacaq”, – T.Bayatlı jurnalistlərə bildirib. Ötən il şirkət “Dərinsulu Günəşli” platformasını 15 günlük profilaktik işlər üçün dayandırıb. Belə proqramlar planlı şəkildə həyata keçirilir. İllik iş proqramına və illik büdcəyə daxil edilir. “Cari il üçün platformaların dayandırılmasını planlaşdırmamışıq”, – T. Bayatlı bildirib. Qeyd edək ki, 2024-cü ildə AÇG blokundan 16 milyon ton (11,1 % az) neft hasil edilib.

Daha çox

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,26 % azalaraq 71,40ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 69,83 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 1,96 ABŞ dolları və ya 2,72 % azalaraq 70,12 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti…

Daha çox

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Martın 5-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.14% – 43,006.59 bəndədək, S&P 500 indeksi 1.12% – 5,778.15 bəndədək, Nasdaq indeksi isə 1.46% – 18,552.73 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 5-də FTSE 100 indeksi 0.04% – 8,755.84 bəndədək azalıb, Fransanın CAC-40 indeksi 1.56% – 8,173.75 bəndədək, Almaniyanın DAX indeksi 3.38% – 23,081.03 bəndədək artıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.14% artaraq 1.0804 dollar təşkil edib.

Daha çox