Bakının üç rayonunda qaz olmayacaq

Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşmə işlərinin aparılması məqsədilə martın 7-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Qaçaq Nəbi, Sarayevo, Yasamal rayonunun İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi yaşayış ərazilərinin, Xəzər…

Daha çox

Azərbaycanda sahibkarların 23 %-i qadınlardır

Azərbaycanda sahibkarların 23 %-ə yaxınını qadınlar təşkil edir. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir. Bildirilib ki, əsasən xidmət, ticarət, sənaye kimi sektorlarda fəaliyyət göstərən qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır. Bu yaxınlarda Gəncə şəhərində qadın sahibkar tərəfindən məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu təhsil müəssisəsi Gəncə şəhəri ilə yanaşı, Bakı, Sumqayıt və Xırdalan şəhərlərində də fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi şəbəkəsinin yaradılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilib. Belə ki, sahibkara biznesin qurulması üçün sənədləşdirmə, dövlət qurumları ilə…

Daha çox

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 ABŞ dolları və ya 0,78% artaraq 71,96 ABŞ dollarına enib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,4 ABŞ dolları təşkil edib.

Daha çox

Bakıda Moskva şirkətlərinin innovasiyaları nümayiş etdiriləcək

Martın 11-dən 13-nə kimi Bakıda Moskva İxrac Mərkəzinin (MİM) təşkilatçılığı ilə Moskva şirkətlərinin biznes missiyası keçiriləcək. MİM-dən SİA-ya verilən xəbərə görə, tədbir Azərbaycanda tərəfdaş axtarışı və işgüzar əməkdaşlığın inkişafına yönəlib. Görüş və danışıqlar “The Landmark Hotel Baku”da təşkil olunacaq. Biznes missiya çərçivəsində baş tutacaq təqdimat hissəsində Moskva şirkətləri öz layihələrini nümayiş etdirəcəklər. Bundan başqa potensial tərəfdaşlarla fərdi görüşlər keçiriləcək. “Azərbaycan bazarı regionda biznesini genişləndirməyə çalışan Moskva şirkətləri üçün böyük maraq doğurur. Biznes missiyada iştirak onlara innovativ həllərini təqdim etmək, əlaqələr qurmaq və yerli bazarda fəaliyyətin xüsusiyyətlərini öyrənmək imkanı verəcək”, –…

Daha çox

Azərbaycanda ən populyar sosial şəbəkə açıqlanıb

“Statcounter” beynəlxalq şirkəti Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin statistikasını təqdim edib. Belə ki, 2025-ci ilin fevralında instaqramın Azərbaycanın sosial şəbəkə bazarındakı bütün cihazlar üzrə payı (kompüterlər, mobil cihazlar və planşetlər) 41,25 faiz təşkil edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə 5,2 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 9,24 faiz çoxdur. İkinci yerdə qərarlaşmış feysbuk şəbəkəsinin payı bir ay ərzində 4,17 faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5,42 faiz azalaraq 21,65 faiz təşkil edib. Siyahıda üçüncü…

Daha çox

“Novruz tətillərində regionlarda hava daha mülayim, günəşli olacaq”

“Hər il olduğu kimi bu ildə ənənəvi olaraq Azərbaycanda Novruz tətili günləri 10-12 gün olacaq. Həmin Novruz günləri ərəfəsində Azərbaycana gələn əcnəbi və yerli turistlər xüsusən bölgələrə səfər edəcəklər. Hava şəraitini biz müşahidə etdiyimizə görə axıra qalan çovğunlu, qarlı, intensiv qar-yağışdan sonra gözəl, günəşli hava gözlənilir. Hava durumunu takib etdikdə biz bunu görə bilərik ki, Novruz tətillərində regionlarda hava daha mülayim, günəşli olacaq. Hesab edirəm ki, bu günəşli hava Azərbaycana gələn əcnəbi turistlər, eyni zamanda yerli turistlər üçün əlverişli olacaq. Xüsusəndə şimal bölgəsində Şəki, Qax, Quba, Qusar eyni zamanda Şəki,…

Daha çox

Qarlı havada baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş veriləcək

Azərbaycanın sığorta şirkətləri fevralın sonu – martın əvvəl qeydə alınmış qarlı hava şəraitində baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş etməyi planlaşdırır. Bu barədə SİA-ya “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən bildirilib. “Məlum olduğu kimi, 21 fevral-2 mart tarixlərində ölkə ərazisində qeydə alınmış intensiv qarlı və şaxtalı hava şəraitində bir sıra hadisələr qeydə alınıb. Həmin hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara zərər dəyib. Yerli sığorta bazarı iştirakçılarından alınan son dəqiq məlumatlara görə, ümumilikdə 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə…

Daha çox

Azərbaycanda “E-rüsum” informasiya sisteminin yaradılmasına başlanılıb

Maliyyə Nazirliyi Prezident İlham Əliyevin 3 fevral 2025-ci il tarixli fərmanına əsasən “Dövlət rüsumlarının elektron idarə edilməsi” (e-rüsum) informasiya sisteminin yaradılmasına başlayıb. SİA nazirliyə istinadən xəbər verir ki, bu il iyunun 1-dən dövlət rüsumları informasiya sistemi vasitəsi ilə təqdim ediləcək elektron bildiriş əsasında ödəniləcək. Hazırda 22 dövlət orqanı, 4 publik hüquqi şəxs, Azərbaycan Mərkəzi Bankı və məhkəmələr 574 adda dövlət rüsumu tutur. İnformasiya sistemi olan qurumların e-rüsum sisteminə inteqrasiyası, olmayan qurumlar üçün isə elektron kabinetə daxil olmaq imkanı yaradılacaq.

Daha çox