Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişib
Daha çoxCategory: İqtisadiyyat
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib
Türk Ticarət Mərkəzində Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan ticarət pavilyonlarının açılış mərasimi keçirilib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfirlərin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə pavilyonların rəmzi açılışını bildirən lent kəsilib. Sonra qonaqlar ticarət pavilyonları ilə tanış olublar. Açılışda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün türk dövlətləri arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini, ölkələrimizin sıx iqtisadi münasibətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, dövlət başçılarının yorulmaz fəaliyyəti nəticəsində türk dövlətləri inkişaf edir. “Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafında ticarət…
Daha çoxAZAL Hindistanın daha bir şəhərinə birbaşa uçuşlara başlayır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq. SİA-nın məlumatına görə, AZAL-dan bildirilib ki, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Əhmədabad zəngin tarixi irsə və müasir həyata malik şəhərdir. Onun qədim hissəsi memarlıq nümunələri, mədəniyyət və dini ənənələrin sintezi ilə seçilir. Yeni Əhmədabad isə müasir göydələnlər, ticarət mərkəzləri və dinamik infrastrukturu ilə fərqlənir. Qeyd edək…
Daha çoxVizasız rejim Çin və Azərbaycan arasında turizmə təkan verəcək
Biz Azərbaycan Kosmik Agentliyi – “Azərkosmos” ilə çox sıx əməkdaşlıq edirik. Belə ki, “Azərkosmos” və “Star.Vision” şirkəti iqlim dəyişikliyinin Xəzər dənizinə təsirinin öyrənilməsinə yönəlmiş birgə tədqiqat layihəsinin həyata keçirilməsinə başlayıblar. Monitorinq zamanı şirkətimiz Azərbaycanda iqlim dəyişikliyinin Xəzər dənizinin sahil zolağının dayazlaşmasına təsirini aşkar edir. Bu, nisbətən uzunmüddətli – 1994-cü ildən 2024-cü ilə qədərki müqayisədir. SİA-nın məlumatına görə, bu barədə Çinin “Star.Vision Aerospace Group Limited” şirkətinin nümayəndəsi Brüs Vey Bakıda keçirilən “STC2025” kosmik texnologiya konfransı çərçivəsində açıqlama verərkən deyib. “Beləliklə, biz 30 il ərzində Xəzərin sahil zolağında baş verən dəyişikliklərin monitorinqini…
Daha çox“İdxal olunan məhsullar 0% ilə 15% arasında gömrük rüsumlarına cəlb olunur”
“Gömrük rüsumları birbaşa və ya dolayısı ilə qiymət artımlarını şərtləndirən əsas amillərdən biridir. Azərbaycanda mövcud qanunvericiliyə əsasən, idxal olunan məhsullar 0% ilə 15% arasında diferensial dərəcələrlə gömrük rüsumlarına cəlb olunur. Bu ödənişlər nəticədə məhsulun maya dəyərinə əlavə olunur və sonda istehlakçıya təqdim edilən satış qiymətinə birbaşa təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, məhsulun son qiymətinin formalaşması zamanı gömrük rüsumları üzrə əlavə xərclər mühüm rol oynayır: “Bu, təbii olaraq, istehlakçı davranışına və bazar strukturuna da təsir edir. Lakin bu təsir məhsulun növündən asılı…
Daha çoxAMB “CFI Financial İnvestisiya Şirkəti”nə icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəızi Bankı (AMB) “CFI Financial İnvestisiya Şirkəti” QSC-yə xəbərdarlıq edib və icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə əməl edilmədiyi üzə çıxıb. Odur ki, investisiya şirkətinə xəbərdarlıq edilib və pozuntuların ən qısa zamanda aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.
Daha çoxAzərbaycanda PUA-ların istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək
Azərbaycanda pilotsuz uçan aparatların sistemlərinin (PUAS) istismarçı sertifikatı yalnız hüquqi şəxslərə veriləcək. SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nda öz əksini tapıb. Qərara əsasən, hər bir hüquqi şəxsin eyni vaxtda yalnız bir istismarçı sertifikatı ola bilər. Bundan başqa, istismarçı sertifikatının alınması üçün istismarçı aşağıdakı məlumatları və sənədləri şəxsən və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya…
Daha çox“Azərkosmos” dövlət qurumlarına və biznesə proqnoz təhlilləri təqdim edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) dövlət qurumlarına və biznesə xam məlumatdan proqnoz təhlilləri təqdim etməyə keçir. SİA xəbər verir ki, bunu “Azərkosmos”un nümayəndəsi Aynurə Balakişiyeva Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib. Onun sözlərinə bu prosesdə süni zəkanın (AI) iştirakı çox vacibdir: “Bu təhlillər həmin subyektlərə lazım olduqda dərhal hərəkətə keçməyə və fövqəladə və digər hallarda xəbərdarlıqlar almağa kömək edəcək. Əgər biz AI haqqında danışırıqsa, ondan başlamaq lazımdır ki, o, artıq lüks deyil, daxili müşahidə üçün zəruri bir alətdir. İntellektual tapşırıq platformalarından tutmuş…
Daha çoxEyni məhsul aptek və marketlərdə niyə fərqli qiymətədir?
“Yəni, apteklər həmin məhsulları ölkəyə daha az miqdarda gətirirlər, az partiyalarda alırlar. Az miqdarda aldıqları üçün onların endirim imkanları da az olur, yəni alış qiyməti yüksək olur”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Marketlərə gəldikdə isə, onlar həmin məhsulları daha böyük partiyalarla alırlar. Bu da onlara daha çox endirim imkanı yaradır və nəticədə məhsulu daha ucuz qiymətə satmaq şansı əldə edirlər. Alış qiyməti daha ucuz olduğuna görə, məhsulu da ucuz sata bilirlər. Bu fürsətdən istifadə edərək, ucuz qiymətə daha çox məhsul satmaq…
Daha çox“Azərkosmos” Pakistan şirkət ilə Kommersiya Anlaşma Memorandumu imzalayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) Pakistanın qabaqcıl texnologiya və rabitə şirkətlərindən biri “Supernet Limited”lə Kommersiya Anlaşma Memorandumu imzalayıb. SİA bu barədə “Azərkosmos”a istinadən xəbər verir. Məlumata görə, sənəd çərçivəsində tərəflər peyk rabitəsi üzrə beynəlxalq bazarlarda birgə fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlıq etməyə, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparmağa razılıq veriblər. Memorandumun əsas məqsədi peyk texnologiyaları sahəsində tərəfdaşlıq imkanlarını genişləndirmək, innovativ həllərin tətbiqinə töhfə vermək və tərəflərin birgə kommersiya maraqlarına uyğun fəaliyyət göstərməkdir. Eyni zamanda, tərəflər gələcək əməkdaşlıq perspektivlərini qiymətləndirmək məqsədilə müəyyən məlumatların mübadiləsini həyata keçirməyi planlaşdırır, bu…
Daha çox