“BRICS sammiti beş dövlətdən təşkil olunur. Bu blok yaransa da hələ dünyada güc mərkəzi və blok kimi qeydiyyata alınmayıb. Amma təbii ki, dünyada bir çox proseslərə həm iqtisadi, həm də siyasi proseslərə təsir etməli imkanında olan qurumdur. Bu dövlətlər dünya əhalisinin təqribən 45% əhatə edir. Dünya iqtisadiyyatının da təqribən 37-38%-ni əhatə edir. Bu birliyə daxil olan dövlətlər hal-hazırda inkişaf dövrünü yaşayır. Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyada müəyyən iqtisadi böhran və tətbiq olunmuş tədris siyasəti var. Amma məsələn, həm Braziliya, həm də Çin iqtisadiyyatı hal-hazırda inkişaf etməkdədir. Cənubi Afrika dövləti,…
Daha çoxCategory: İqtisadiyyat
Dənizkənarı Bulvar İdarəsi auditor seçib
Dənizkənarı Bulvar İdarəsi özünün və və tabeliyindəki 3 təşkilatın 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Azəruçot” MMC-dir. Qalib şirkətə 8,5 min manat ödəniləcək. Ötən il bu sorğunun qalibi “BKR İşık Konsaltinq” MMC olub. Şirkətə 9,5 min manat ödənilib.
Daha çoxTƏBİB-ə məxsus şirkət auditor seçib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus “Azərtibbtəchizat” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Abacus Audit And Consulting” MMC-dir. Qalib şirkətə 3 370 manat ödəniləcək.
Daha çox“Kredit büroları haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini kredit bürosuna təqdim etmək məsuliyyətindən azad edilirlər. SİA xəbər verir ki, bununla bağlı “Kredit büroları haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməklə bağlı məsuliyyətdən azad ediləcək. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Daha çoxDəmiryolu nəqliyyatından və keçidlərindən istifadənin pozulmasına görə cərimələr artırılır
Azərbaycanda dəmiryolu nəqliyyatından və dəmiryolu keçidlərindən istifadənin pozulmasına görə cərimələr artırılır, yeni cərimələr müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək. Sənədə görə, xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə…
Daha çoxAzərbaycan və Sinqapur vergi inzibatçılığına dair qabaqcıl təcrübələri nəzərdən keçirib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Sinqapurun Daxili Gəlirlər İdarəsi ilə vergi inzibatçılığının təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələri müzakirə edib. SİA bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir. Məlumata görə, Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Sinqapurun Daxili Gəlirlər İdarəsinin rəhbəri və baş icraçı direktoru Fuk Çuen Ou ilə videoformatda görüş keçirib. Görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi, vergi inzibatçılığı sahəsində əməkdaşlığın prioritetləri və hüquqi-normativ bazasının yaradılması müzakirə edilib. Görüş zamanı ölkələrimiz arasında vergi əməliyyatları çərçivəsində risklərin idarə edilməsi, qarşılıqlı məlumat mübadiləsi, rəqəmsal…
Daha çoxMartın 10-da qatarlar iş günü qrafiki ilə hərəkət edəcək
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qatarları martın 10-da iş günü qrafiki ilə hərəkət edəcək. Bu barədə SİA ADY-yə istinadən xəbər verir. Məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə 10 mart iş-günü elan edildiyindən, həmin tarixdə Abşeron dairəvi marşrutu üzrə qatarlar iş günü qrafiki ilə hərəkət edəcək.
Daha çoxSOCAR-ın “Yaşıl istiqraz”larına 400-dən çox investor maraq göstərib
Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Dövlət Neft Şirkətinin (SOCAR) 200 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə SİA-ya BFB-dən bildirilib. Məlumata görə, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 200 000 ədəd istiqraza 412 investor 220 milyon dollarlıq 510 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub. Təmin edilmiş sifarişlərin 4 %-i hüquqi, 96 %-i isə fiziki şəxslərə məxsus olub. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri…
Daha çoxBirbank-ın dəstəyi ilə Qadın Liderləri Zirvəsi keçirildi
Sahibkarlıq, təhsil, maliyyə savadlılığı kimi bir çox istiqamətdə qadınların inkişafına yönəlik layihələrlə gündəmə gələn Birbank bu dəfə “Qadın Liderləri Zirvəsi”nin həyata keçirilməsinə dəstək oldu. SİA xəbər verir ki, “Facemark” və “İNCİ – İşgüzar Xanımların Ünsiyyət Klubu”nun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə “Fərqlərin bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın lider, eləcə də bu yolda hədəfləri olan qadın bir araya gəldi. İştirakçılar panel müzakirələrdə dövlət və özəl sektorda çalışan lider xanımları dinləyib, müzakirələrdə aktiv iştirak etdilər. Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədovanın moderator…
Daha çox“Neft qiymətləri ikinci rübdən başlayaraq artacaq”
“İndiki şəraitdə qlobal neft təsisatı mənzərəsini dəyərləndirmək bir az çətindir. Çünki qlobal qeyri – müəyyən siyasi vəziyyət yaxın dövrlərdə neft bazarlarındakı vəziyyəti dəyərləndirməyi bir az çətinləşdirir. Təbii ki indiki şəraitdə neft qiymətlərini təhdid altına alan əsas faktorlardan biri ABŞ-də prezident seçkisindən sonra Donald Trampın yürütdüyü neft siyasəti ilə bağlıdır. Bu siyasət neft qiymətlərini və eyni zamanda qlobal neft bazarlarının gələcəyini təhdid altına alır. Çünki Trampın siyasəti qiymətlərin düşməsinə səbəb ola bilər. Ticarət müharibələri və gömrük vergilərinin əhəmiyyətli dərəcədə artması son nəticədə qlobal iqtisadi tənəzzülə gətirib çıxara bilər ki, bu da…
Daha çox