AZAL Türkiyənin daha iki şəhərinə uçuşlara başlayacaq

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 15-dən etibarən Bakıdan Türkiyənin Adana və Mersin şəhərləri arasında yerləşən Çukurova Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçirəcək. SİA-nın məlumatına görə, AZAL-dan bildirilib ki, bu marşrut üzrə uçuşlar həftədə 2 dəfə — cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni reys sərnişinlərə həm Adana, həm də qonşu Mersin şəhərinə və digər ətraf bölgələrə rahat səyahət imkanı yaradacaq. Adana və Mersin Türkiyənin böyük şəhərləri sırasındadır və turistlər üçün cəlbedici məkanlardır. Burada zəngin tarixi irsə malik arxeoloji abidələr, təbii gözəlliklər və kurort zonaları mövcuddur. Aviabiletləri rəsmi www.azal.az…

Daha çox

Azərbaycan Mərkəzi Bankı “Algoritma”ya lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Algoritma” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib. Bu barədə SİA AMB-yə istinadən xəbər verir. Məlumata görə, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib. “Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib. Xatırladaq ki, AMB bundan əvvəl 15 şirkətə elektron pul təşkilatı, 8 şirkətə ödəniş təşkilatı, “AzəriCard” MMC prosessinq mərkəzinə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib.…

Daha çox

“Güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur”

“Azərbaycanda güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunur”. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı çıxış edib. Onun sözlərinə görə, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq: “Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli ipoteka kreditləri maksimum məbləğ…

Daha çox

Bayram yarmarkasında qiymətlər necə olacaq?

“Hər halda bayram ilə əlaqədar yarmarka yaradılırsa, rayonlardan məhsullar gətiriləcək, məhsulların çeşitləri çoxalacaq və buda qiymət artımının qarşısını almalıdır. Buda həm istehsalçıya, həm də istehlakçıya yaxşı təsir edəcək”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib. Onun sözlərinə görə, ola bilsin ki, müəyyən məhsulların nisbətən çeşiti və ya qiyməti az olarsa, kimsə bunu artıra bilər: “Lakin ümumilikdə götürsək qiymətlər çox stabildir. Hər təbəqə dedikdə biz görürük ki, bayram qabağı restoranlara gedirik, evimizə bazarlıq edirik, görürük ki, çeşit çoxalır, ticarətçilərdə görürlər ki, bayramdı alıcılarda çoxalır, alış-veriş artır ona görə də,…

Daha çox

“Qərb Birliyi bu təşkilata qarşıdır”

“BRICS sammiti beş dövlətdən təşkil olunur. Bu blok yaransa da hələ dünyada güc mərkəzi və blok kimi qeydiyyata alınmayıb. Amma təbii ki, dünyada bir çox proseslərə həm iqtisadi, həm də siyasi proseslərə təsir etməli imkanında olan qurumdur. Bu dövlətlər dünya əhalisinin təqribən 45% əhatə edir. Dünya iqtisadiyyatının da təqribən 37-38%-ni əhatə edir. Bu birliyə daxil olan dövlətlər hal-hazırda inkişaf dövrünü yaşayır. Xüsusilə qeyd etmək istəyirəm ki, Rusiyada müəyyən iqtisadi böhran və tətbiq olunmuş tədris siyasəti var. Amma məsələn, həm Braziliya, həm də Çin iqtisadiyyatı hal-hazırda inkişaf etməkdədir. Cənubi Afrika dövləti,…

Daha çox

Dənizkənarı Bulvar İdarəsi auditor seçib

Dənizkənarı Bulvar İdarəsi özünün və və tabeliyindəki 3 təşkilatın 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Azəruçot” MMC-dir. Qalib şirkətə 8,5 min manat ödəniləcək. Ötən il bu sorğunun qalibi “BKR İşık Konsaltinq” MMC olub. Şirkətə 9,5 min manat ödənilib.

Daha çox

TƏBİB-ə məxsus şirkət auditor seçib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) məxsus “Azərtibbtəchizat” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub. SİA dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Abacus Audit And Consulting” MMC-dir. Qalib şirkətə 3 370 manat ödəniləcək.

Daha çox

“Kredit büroları haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib

Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini kredit bürosuna təqdim etmək məsuliyyətindən azad edilirlər. SİA xəbər verir ki, bununla bağlı “Kredit büroları haqqında” qanunda dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməklə bağlı məsuliyyətdən azad ediləcək. Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Daha çox

Dəmiryolu nəqliyyatından və keçidlərindən istifadənin pozulmasına görə cərimələr artırılır

Azərbaycanda dəmiryolu nəqliyyatından və dəmiryolu keçidlərindən istifadənin pozulmasına görə cərimələr artırılır, yeni cərimələr müəyyənləşir. SİA xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək. Sənədə görə, xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə…

Daha çox