“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə görüşüb. SİA xəbər verir ki, Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin innovativ yanaşma ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsinə, dəstəklənməsinə və ölkədə kadr bankının yaradılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Z.İbrahimov tanışlıq xarakteri daşıyan görüşdə mentorluq proqramının iştirakçılarını dövlət tərəfindən yaradılmış bu şansdan düzgün istifadə edərək, yüksək rəqabət şəraitində keçən müsabiqədə qaliblər…
Daha çoxCategory: İqtisadiyyat
Azərbaycan və Macarıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Macarıstan ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Budapeştdə səfərdə olan P. Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Görüşdə görüşdə “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə olunub: “Həmçinin, Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparılıb”.
Daha çoxAzərbaycan Macarıstanla enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Macarıstan ikitərəfli enerji əməkdaşlığının prioritetlərini müzakirə edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr Budapeştdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 10-cu iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşündə aparılıb. Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Enerji təchizatı ilə bağlı müasir reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin, Cənubi Qaz Dəhlizinin mühüm rolu vurğulanıb. Azərbaycandan Avropa ölkələrinə qaz tədarükünün perspektivi dəyərləndirilib, qaz ehtiyatlarının işlənilməsi…
Daha çoxAzərbaycanda Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən hallar müəyyənləşib
Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar”ı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar aşağıdakılardır: – Bütün ölkə ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə; – Ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə). Məcəllənin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara…
Daha çoxAzərbaycanda bazar paylarının hesablanması qaydası təsdiqlənib
Nazirlər Kabineti “Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu Qayda Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Onun məqsədləri üçün Herfindal-Hirşman İndeksindən istifadə olunur. Bu indeks müvafiq bazarın məhsul və coğrafi sərhədləri çərçivəsində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin bazar paylarının kvadratlarının cəmi olaraq hesablanan və ya cəminin 100-ə bölünməsi ilə faiz şəklində hesablanan bazar təmərküzləşməsi göstəricisidir. Bu Qaydada istifadə olunan digər anlayışlar Məcəllə və digər normativ hüquqi…
Daha çoxAzərbaycan neftinin qiyməti 73 dollardan aşağı enib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,04 ABŞ dolları və ya 1,41% azalaraq 72,81 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,85 ABŞ dolları təşkil edib
Daha çoxKriptovalyuta bazarının son göstəriciləri
Martın 11-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti ucuzlaşıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:20-də “CoinMarketCap” platformasında 2.84% ucuzlaşaraq 80 155 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.02% azalaraq 1 902 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.39%, BNB isə 4.24% ucuzlaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Daha çoxƏmtəə bazarlarında təbii qaz cüzi bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,07% artaraq 2 901,4 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,15% artaraq 32,58 ABŞ dollarına bərabər olub.
Daha çoxAvropada təbii qazın qiyməti 460 dolları ötüb
Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarını ötüb. SİA xəbər verir ki, 10 mart tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 460,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (448,5 dollar) ilə müqayisədə 2,6% çoxdur. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans – Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Martın 10-da Amerika fond bazarlarında Dow Jones indeksi 2.08% – 41,911.71 bəndədək, S&P 500 indeksi 2.70% – 5,614.56 bəndədək, Nasdaq indeksi isə 4% – 17,468.32 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 10-da FTSE 100 indeksi 0.92% – 8,600.22 bəndədək, Fransanın CAC-40 indeksi 0.90% – 8,047.60 bəndədək, Almaniyanın DAX indeksi 1.69% – 22,620.95 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.16% artaraq 1.0851 dollar təşkil edib. Your browser does not support the video tag. Sizin reklam yeriniz
Daha çox