“Bitget” Bakıda ilk mətbuat konfransını keçirib

Martın 6-da dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Bitget” şirkəti Azərbaycanda yerli media nümayəndələri və tanınmış ictimai xadimlərin iştirakı ilə ilk mətbuat konfransını keçirib. Tədbirdə regionda kriptovalyuta bazarının inkişafı, kriptovalyuta istifadəsinin perspektivləri və blokçeyn texnologiyalarının gündəlik həyatda tətbiqi mövzuları müzakirə olunub. “Bitget”in baş əməliyyat direktoru (COO) Vüqar Üsüzadə şirkət fəaliyyətində qazandığı təcrübələrini bölüşərək, “Bitget”in inkişaf planını və xidmətini təqdim edib. “Bu gün “Bitget” dünyanın ilk beş kriptovalyuta birjasından biri kimi Azərbaycan bazarına genişlənməyi planlaşdırır. Biz həm pərakəndə, həm də institusional istifadəçilər üçün yüksəkkeyfiyyətli və təhlükəsiz xidmətlər təqdim edərək, biznesimizi…

Daha çox

“Birbank”ın “PO Growth” proqramına başlanılıb

“Birbank”ın gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirdiyi “PO Growth” proqramına start verilib. Proqram məhsul sahibliyi sahəsində karyera qurmaq istəyənlərə nəzəri biliklərlə yanaşı praktiki təcrübə qazanmaq imkanı da yaradacaq. “PO Growth” proqramına ümumilikdə 493 namizəd müraciət edib və yalnız 33 nəfər bütün seçim mərhələlərini uğurla keçərək iştirakçı olmaq şansı qazanıb. Proqramın əsas özəlliklərindən biri təlimin 5 moduldan ibarət olması və hər modulu fərqli ekspertlərin aparmasıdır. Bu ekspertlər arasında ofis liderləri, məhsul sahibləri, ekspert mərkəzi liderləri və “Agile” metodologiya üzrə yerli mütəxəssislər yer alıb. Ümumilikdə 28 təlimçi iştirakçıların bilik və…

Daha çox

MAA-da “Boeing 777” tam uçuş simulyatoru quraşdırılıb

Milli Aviasiya Akademiyasında (MAA) “Silk Way West Airlines” şirkəti ilə birgə idarəçilik məqsədilə “Boeing 777” tam uçuş simulyatorunun təhvil verilməsinə dair tədbir keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Akademiyadan bildiriblər ki, tədbirdə MAA-nın rektoru, akademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, “Silk Way Group”un şirkətlər qrupunun prezidenti Zaur Axundov və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev iştirak ediblər. MAA-nın rektoru, akademik Arif Paşayev çıxışında bildirib ki, yeni simulyator həm milli, həm də qlobal səviyyədə aviatorlar üçün yüksək keyfiyyətli…

Daha çox

“Bu gün su neftdən bahalıdır”

“Suyun sosial-iqtisadi həyatımızda rolu əbədi və əzəlidir. Yənu əvəzedicisi yoxdur və bu aspektən məsələyə baxmış olsaq, su hər zaman ən vacib həyati predmet olaraq sosial-iqtisadi münasibətlərin əsas komponenti olub. Təbii ki, son yüz ildə sənaye inqilabları fonunda müəyyən mənada neftə olan ehtiyac qabardı. Amma indiki şərtlər daxilində bu öncüllüyün və əhəmiyyətliliyinin suya keçməsini müşahidə etmişik. Suyun artıq nefti əvəzlədiyini deyə bilərik. Bu gün bərpa olunan alternativ enerji mənbələrinin istifadə meyillərinin artması, bu istiqamətdə böyük investisiyalarının qoyulması, texnologiya inkişafının enerji səmərəliyini artırması və istehsal imkanlarının genişləndirilməsi neftə olan təlabatı azaldırsa, bunun…

Daha çox

Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Bu barədə SİA muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir. Məlumata görə, Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Kəngərlinin bir hissəsində martin 11-də saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilələr olacaq.

Daha çox

“X” sosial şəbəkəsində genişmiqyaslı nasazlıqlar müşahidə edilir

“X” sosial şəbəkəsinin bir sıra ölkələrdən olan istifadəçiləri xidmətin genişmiqyaslı nasazlıqlarından şikayət edirlər. SİA xəbər verir ki, ən çox şikayət Yaponiyadan – 87,97 min, ABŞ-dən (21,21 min) və Böyük Britaniyadan (10,84 min) daxil olub. Əhəmiyyətli nasazlıqlar Almaniya, Fransa, Niderland, İtaliya, Kanada, İspaniya, Türkiyə və bir sıra digər ölkələrdə qeydə alınıb. İstifadəçilərin əksəriyyəti tətbiqin işində, veb-saytda və serverlə bağlantıda xətalar barədə şikayət edib.

Daha çox

Azərbaycana BTİ-nin layihəsinə tərəfdaş olmaq təklifi edilib

Bu ilin sonu, noyabrın 17-dən 28-dək Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (ÜTİK) toplanacağıq. Fəxr edirəm ki, bu konfrans Bakıda keçiriləcək. SİA xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTI) Regional direktoru Natalia Mochu “Rəqəmsallaşmada yeni mərhələ” tədbirində çıxışı zamanı deyib. “Qlobal ictimaiyyətimiz, bütün BTİ üzvləri rəqəmsal əlaqəni artırmaq, insanlarımızın internetdən çox mənalı istifadə etməsinə əmin olmaq üçün, ən ağrılı, kəskin maddələri və sahələri müzakirə etmək üçün bir araya gələcək. “Onlayn Azərbaycan” layihəsi rəqəmsal infrastrukturun müasir texnologiyalar və platformalarla təkmilləşdirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlərin parlaq nümunələrindən biridir”, –…

Daha çox

Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərarını verəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək. SİA xəbər verir ki, martın 12-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı ikinci qərarını açıqlayacaq. AMB-nin İdarə Heyəti ötən ilin may ayından etibarən uçot dərəcəsini sabit saxlayır. Hazırda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% təşkil edir. Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq:…

Daha çox

ANAMA auditor seçir

Minatəmizləmə Agentliyi (ANAMA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 59 manatdır. İddiaçılar təkliflərini aprelin 10-na qədər ANAMA-nın yerləşdiyi Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər. Təkliflərə aprelin 10-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu tenderin qalibi “Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətə 29,5 min manat ödənilib.

Daha çox

Dumanlı havada yol-nəqliyyat qaydalarına necə əməl etməliyik?

“Dumanlı hava da bir ərazi üzrə nəqliyyat vasitəsini idarə edən şəxs onun yaxın və uzaq fara ışıqları nəzarətdə saxlamalıdır. Yəni duman ışıqlarını nəzarətdə saxlamalıdır. Həmçinin duman zamanı digər nəqliyyatlarla ara məsafəsini gözləməlidir. Bu və digər nöqtədə fikrini yayındıracaq yoldan kənar müdaxilələrə baş qoşmamalıdır”. Bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov SİA-ya açıqlamasında qeyd edib. Onun sözlərinə görə, bütün bu elementlər hamısı yerinə yetirilməli vacib məsələlərdir: “Bu kimi məsələləri mütləq dərəcə də fikirləşmək lazımdır. Çünki dumanlı havalarda yol nəqliyyat hadisələri baş verməsin. Bunun üçün əsas prioritet insanların bir-birinə diqqətli olmasıdır.…

Daha çox