Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar, fəaliyyət sahələri və məhsullar”ı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən hallar aşağıdakılardır: – Bütün ölkə ərazisində və ya ayrı-ayrı yerlərində (bu halda hərbi vəziyyət elan edildiyi ərazinin (ərazilərin) hüdudlarında) hərbi vəziyyət elan edildikdə; – Ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edildikdə (elan edildiyi ərazidə). Məcəllənin tələbləri aşağıdakı fəaliyyət sahələrinə və məhsullara…
Daha çoxCategory: İqtisadiyyat
Azərbaycanda bazar paylarının hesablanması qaydası təsdiqlənib
Nazirlər Kabineti “Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nı təsdiqləyib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu Qayda Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Onun məqsədləri üçün Herfindal-Hirşman İndeksindən istifadə olunur. Bu indeks müvafiq bazarın məhsul və coğrafi sərhədləri çərçivəsində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin bazar paylarının kvadratlarının cəmi olaraq hesablanan və ya cəminin 100-ə bölünməsi ilə faiz şəklində hesablanan bazar təmərküzləşməsi göstəricisidir. Bu Qaydada istifadə olunan digər anlayışlar Məcəllə və digər normativ hüquqi…
Daha çoxAzərbaycan neftinin qiyməti 73 dollardan aşağı enib
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,04 ABŞ dolları və ya 1,41% azalaraq 72,81 ABŞ dollarına çatıb. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73,85 ABŞ dolları təşkil edib
Daha çoxKriptovalyuta bazarının son göstəriciləri
Martın 11-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti ucuzlaşıb. SİA xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 9:20-də “CoinMarketCap” platformasında 2.84% ucuzlaşaraq 80 155 ABŞ dolları təşkil edib. Son bir gündə “Ethereum”un qiymətində azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 8.02% azalaraq 1 902 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.39%, BNB isə 4.24% ucuzlaşıb. Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Daha çoxƏmtəə bazarlarında təbii qaz cüzi bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,07% artaraq 2 901,4 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,15% artaraq 32,58 ABŞ dollarına bərabər olub.
Daha çoxAvropada təbii qazın qiyməti 460 dolları ötüb
Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarını ötüb. SİA xəbər verir ki, 10 mart tarixində TTF (Niderlandın “Title Transfer Facility”i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə aprel fyuçerslərinin qiyməti 460,1 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (448,5 dollar) ilə müqayisədə 2,6% çoxdur. Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans – Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
Daha çoxDünya fond bazarlarının əsas indeks göstəriciləri
Martın 10-da Amerika fond bazarlarında Dow Jones indeksi 2.08% – 41,911.71 bəndədək, S&P 500 indeksi 2.70% – 5,614.56 bəndədək, Nasdaq indeksi isə 4% – 17,468.32 bəndədək azalıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında martın 10-da FTSE 100 indeksi 0.92% – 8,600.22 bəndədək, Fransanın CAC-40 indeksi 0.90% – 8,047.60 bəndədək, Almaniyanın DAX indeksi 1.69% – 22,620.95 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.16% artaraq 1.0851 dollar təşkil edib. Your browser does not support the video tag. Sizin reklam yeriniz
Daha çox“Brent” nefti 70 dollardan aşağı ticarət olunur
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 69,23 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,2% azalaraq 1 barelə görə 65,9 ABŞ dollarına bərabər olub.
Daha çoxAzərbaycanda aktiv vergi ödəyicilərinin sayı cüzi artıb
Bu ilin martın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 808,4 min təşkil edib. SİA İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,2 % çoxdur. Yanvar-fevral aylarında aktiv ƏDV ödəyicilərinin sayı 2,4 % artaraq 54,1 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 % artaraq 220,2 min olub.
Daha çoxDGK sədri Sinqapur nümayəndə heyətinin başçısı ilə görüşüb
Vyanada səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 10-da BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 68-ci sessiyasında Sinqapur nümayəndə heyətinin rəhbəri, Sinqapurun Daxili İşlər və Milli İnkişaf Nazirliyinin dövlət naziri Muhammad Faysal İbrahimlə görüşüb. SİA xəbər verir ki, görüş zamanı narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Daha çox