Nazirlər Kabineti “Rəqabət Məcəlləsinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması, tətbiqi meyarları və Qaydaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Məcəllədə nəzərdə tutulan maliyyə sanksiyalarını yüngülləşdirən amillər olduğu halda, qanun pozuntularına görə maliyyə sanksiyası aşağıdakı qaydada tətbiq edilir: – Məcəllədə müəyyən edilmiş qanun pozuntusuna görə sanksiya məbləği ümumilikdə 65 %-dən çox olmamaq şərtilə, Məcəllənin 79.1.1-ci, 79.1.5-ci və 79.1.6-cı maddələri ilə müəyyən edilmiş amillərin hər biri üzrə 10 % məbləğində, 79.1.2-ci maddəsi ilə müəyyən edilmiş amil üzrə 20 % məbləğində, 79.1.3-cü…
Daha çoxCategory: İqtisadiyyat
Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edəcək
Martın 17-də kənd təsərrüfatı naziri Məcnun Məmmədov Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Qəbulda iştirak etmək istəyənlər Masallı DAİM-ə (050 2874244) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Daha çoxBakıda Cəlil Məmmədquluzadə küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
Sabah saat 09:00-dan 23:00-a qədər Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinə qədər olan hissəsində tam məhdudlaşdırılacaq. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.
Daha çox“Turan İnformasiya Agentliyi” kreditorlarına müraciət edib
Ləğv prosesində olan “Turan İnformasiya Agentliyi” MMC kreditorlarına müraciət edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 186, mənzil 24 ünvanına bildirə bilərlər.
Daha çoxSazişlərdə rəqabətə dair meyarlar təsdiqlənib
Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarlar təsdiqlənib. SİA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Üfüqi sazişlərin bağlanılması nəticəsində Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla sazişin bağlanıldığı andan etibarən aşağıdakı hallardan azı ikisi müəyyən edildikdə həmin sazişlər rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən sazişlər hesab edilir: – azı 90-180 gün ərzində müvafiq bazarda saziş iştirakçısı olmayan təsərrüfat subyektlərinin birgə bazar paylarının azı otuz beş faiz azalması və saziş iştirakçılarının birgə bazar paylarının müvafiq olaraq artması; – azı 90-180 gün ərzində…
Daha çox“Azərpoçt”un adından dələduzluq halları var
Son zamanlarda müxtəlif xarici nömrələr vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir. SİA xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Bildirilir ki, həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb. ETX vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən…
Daha çoxPirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Pirallahı Sənaye Parkında indiyə qədər 61 milyon manatlıq məhsul istehsal edilib. SİA Agentliyə istinadən xəbər verir ki, Parkda layihələrinin investisiya dəyəri 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib. İş adamları 43 milyon manatdan çox investisiya yatırıb, 160-dan çox daimi iş yeri yaradıb. Parkın fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir. Park Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, 30 hektar ərazini əhatə edir.
Daha çoxZakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə görüşüb. SİA xəbər verir ki, Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin innovativ yanaşma ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsinə, dəstəklənməsinə və ölkədə kadr bankının yaradılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb. Z.İbrahimov tanışlıq xarakteri daşıyan görüşdə mentorluq proqramının iştirakçılarını dövlət tərəfindən yaradılmış bu şansdan düzgün istifadə edərək, yüksək rəqabət şəraitində keçən müsabiqədə qaliblər…
Daha çoxAzərbaycan və Macarıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Macarıstan ikitərəfli enerji əməkdaşlığının inkişafını müzakirə edib. SİA xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb. Budapeştdə səfərdə olan P. Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Görüşdə görüşdə “Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə olunub: “Həmçinin, Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparılıb”.
Daha çoxAzərbaycan Macarıstanla enerji əməkdaşlığının inkişafını müzakirə edib
Azərbaycan və Macarıstan ikitərəfli enerji əməkdaşlığının prioritetlərini müzakirə edib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr Budapeştdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 10-cu iclası çərçivəsində energetika naziri Pərviz Şahbazov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə keçirilən görüşündə aparılıb. Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsindən irəli gələn məsələlər müzakirə edilib. Enerji təchizatı ilə bağlı müasir reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin, Cənubi Qaz Dəhlizinin mühüm rolu vurğulanıb. Azərbaycandan Avropa ölkələrinə qaz tədarükünün perspektivi dəyərləndirilib, qaz ehtiyatlarının işlənilməsi…
Daha çox