Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında türkiyəli alim, Türkiyə Radio-Televiziya Qurumunun müxbiri Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “İnsan ürəyi ilə Heydər Baba” kitabının təqdimat mərasimi keçirilib. Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr bölməsindən SİA-ya bildirilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev bu nəşrin Ümummilli Liderin həyat və fəaliyyətini dərin insani keyfiyyətləri ilə birlikdə təqdim edən dəyərli əsər olduğunu deyib. Qeyd edilib ki, kitabda Ulu Öndərin dövlətçilik prinsipləri, onun müdrik siyasəti və xalqına olan sonsuz sevgisi müxtəlif rakurslardan əks olunub. Rektor bildirib ki, kitabda tanınmış alimlərin,…
Daha çoxCategory: Mədəniyyət
Sınaqdan çıxmış Adam!
Onun bu gün 75 yaşı tamam olur. Amma, heç deməzsən… Yerişi, duruşu, çevik hərəkətləri, mehriban çöhrəsi, sirayətedici şuxluğu, gənclik enerjisi saçır. Aramızda tez-tez təkrarlanan bir dialoq var. Xeyrəddin müəllim məndən soruşur ki, “Alqış, bu camaat məni niyə belə çox istəyir?” Mən də deyirəm ki, “Xeyrəddin müəllim, camaat səni yaxşı tanımır axı, ona görə”. O da qayıdır ki, “Çox doğru deyirsən, işdi birdən məni yaxşı tanısalar, bəs onda nə olacaq?” Mən də – “Onda səni daha çox istəyəcəklər”, – deyirəm. Mən Xeyrəddin müəllimi yaxşı yox, çox yaxşı tanıyıram. İlk dəfə onu…
Daha çox“Dəniz, göy, məhəbbət” adlı bədii-musiqili gecə keçirilib
Heydər Əliyev Sarayında Xalq şairi Nəbi Xəzrinin 100 illiyi münasibətilə reallaşan tədbirlər çərçivəsində “Dəniz, göy, məhəbbət” adlı bədii-musiqili gecə keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı-dramaturq İlqar Fəhmi Xalq şairinin yaradıcılığından söhbət açıb. O bildirib ki, Nəbi Xəzri Azərbaycan poeziyasına bənzərsiz bədii dil, poetik ahəng gətirən şairlərdəndir. “Onun şeirləri yalnız oxuculara deyil, həm də musiqi dünyasına ilham mənbəyi olub. Məhz bu şeirlərin ritmik, duyğulu ahəngindən təsirlənən bəstəkarlarımız bir çox gözəl mahnılar yaradıblar. Hər gələn nəsil onun poeziyasını və musiqilərini yaşadaraq bu irsi zənginləşdirir.…
Daha çoxÖlkəmizdə kino və teatrların bugünkü vəziyyətinə aktyorun BAXIŞI
Kino və teatr sahəsi sürətlə inkişaf edən və dəyişən sahədir. Hər il yeni mövzularda yeni əsərlər səhnəyə qoyulur. Bəs ölkəmizdə kino və teatrın bugünkü vəziyyəti nə yerdədir? Aktyor Vahid Orucoğlu mövzu ilə bağlı SİA-ya açıqlama verib. Aktyor bildirib ki, kino və teatra maraq ötən illərə nisbətən artıb: “Ötən illərə nisbətən daha çox izləyici sayının şahidi oluruq. Artıq daha çox izləyici kino və teatrlara üz tutur. Biz bu sahənin üzvü olaraq çalışmalıyıq ki, daha çox insanı kino və teatra cəlb edək. Tamaşaçı sayı artır, biz istər ssenari, istər aktyor oyunu, istərsə…
Daha çox“Buğda dənəsi” “Ən yaxşı xarici film” seçilib
“Buğda dənəsi” (Buğday Tanesi) Kanadada keçirilən Çatem-Kent (Chatham-Kent) Beynəlxalq Film Festivalında “Ən yaxşı xarici film” seçilib. SİA-nın məlumatına görə, əsər buğda tarlasında çıxan yanğında bədəninin böyük hissəsi daimi yanıqlara məruz qalan və əllərini itirən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) İstanbul millət vəkili Serkan Bayramın həyatından bəhs edir. Doğan Ümit Karacanın rejissorluğu ilə çəkilən filmdə baş rolları Ahmet Kutsi Karadoğan, Deniz Arna və Erkan Bektaş canlandırıb. Serkan Bayram sosial media hesabında sözügedən filmlə bağlı yazıb: “Buğda dənəsi”nin Kanadada keçirilən festivalda 967 film arasından “Ən yaxşı xarici film” seçilməsi bizi çox…
Daha çoxTomas Anders Türkiyəyə gəlir
Dünya şöhrətli alman müğənnisi Tomas Anders Türkiyədə sənətsevərlərlə görüşəcək. SİA-nın məlumatına görə, “Modern Talking” qrupunun solisti kimi məşhurlaşan 61 yaşlı T.Anders martın 22-də İstanbul Ora Arenada konsert verəcək. 40 ilə yaxın musiqi karyerasında bir çox uğurlara imza atan Tomas “Modern Talking”in unudulmaz mahnılarından “You’re My Heart”, “You’re My Soul”, “Cheri Cheri Lady” və “Brother Lourie” hitlərini də ifa edəcək.
Daha çoxBakıda Çinin Yeni ili qeyd olunub
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Odlar Yurdu Universitetində Çinin Yeni il bayramı münasibətilə tədbir keçirib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu il tədbir “Çin İli-Birlikdə” mövzusunda təşkil olunub. Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyin müvəqqəti işlər vəkili Ding Tao Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi adından bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini çatdırıb, eləcə də bu tədbirin təşkilində göstərdikləri yüksək səylərə görə Xəzər Universiteti və Bakı Dövlət Universitetinin Konfutsi İnstitutuna təşəkkürünü bildirib. “5 gündən sonra biz Çin xalqının tarixində ən qədim, məzmun…
Daha çoxXalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib. Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb. Bir sıra məruzələr dinlənilib. Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı bəstəkar 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir.
Daha çoxMüəlliflik hüquqlarının pozulması ilə bağlı məsələyə aydınlıq gətirilib
Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin “SAKPATENTİ”nin sədr müavini xanım Tika Nebieridze “Basqalı” Azərbaycan rəqsinə və “Bu qala, daşlı qala” Azərbaycan xalq mahnısına olan hüquqların Gürcüstanın bəzi televiziya kanalları tərəfindən pozulması ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyinə məktub ünvanlayıb. SİA xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Bildirilib ki, Tika Nebieridze Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinə oktyabrın 21-də ünvanladığı məktubunda Gürcüstanda yayımlanan televiziya kanallarında musiqi əsərlərinin hüquqlarının pozulması ilə bağlı qeyd edilən məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib. Məktubda ilk olaraq, Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə…
Daha çoxBakıda tarixi abidəyə müdaxilə olunub
Bakıda tarixi abidəyə müdaxilə olunub. Bu barədə SİA-ya Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5 min 595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkarlayıb. Məlumata görə, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib: “Əraziyə dəvət olunan aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb, qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub”. Bildirilib ki, buna baxmayaraq yanvarın 19-da…
Daha çox