Azərbaycanda 16 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib. Bu barədə SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, AYNA tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Bakı-Bərdə, Bakı-Oğuz, Sumqayıt-Qusar, Sumqayıt-Mingəçevir, Sumqayıt-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Gəncə-Masallı, Sabirabad-Lənkəran, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Quba-Xaçmaz və Mingəçevir-Xaldan (Yevlax) şəhərlərarası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. “Bakı-Gəncə” marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol” MMC; “Bakı-Bərdə” marşrutu üzrə hüquqi şəxs “BakuBus” MMC; “Bakı-Oğuz” marşrutu…
Daha çoxAuthor: Qafqaz Xəbər
Siyasi partiyaların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri həyata keçirilir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə 29 aprel tarixində Laçın şəhərinə təşkil olundu. SİA xəbər verir ki, siyasilər arasında sağlam əməkdaşlıq mühitinin formalaşması, habelə konstruktiv münasibətlərin bərqərar olunmasına xidmət edən bu cür layihələr bilavasitə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət siyasətində demokratik prinsip və dəyərlərə, habelə siyasətdə şəffaf münasibətlərə üstünlük verməsinin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi…
Daha çoxYol problemlərinin sonu necə olacaq? – EKSPERT AÇIQLADI
Yol problemlərinin sonu necə olacaq? – EKSPERT AÇIQLADI
Daha çox"Zərifə xanım Azərbaycan qadınına bir örnəkdir" – DEPUTAT DANIŞDI
“Zərifə xanım Azərbaycan qadınına bir örnəkdir” – DEPUTAT DANIŞDI
Daha çoxSəhralaşmanın qarşısını almaq üçün nə etməli?
“Səhralaşma torpaqların məhsuldarlığını itirməsi və yararsız hala gəlməsi ilə nəticələnən proseslər nəzərdə tutulur. Bu proseslər əsasən meşələrin qırılması, qeyri-düzgün suvarma, otlaq yerlərinin həddən artıq istismarı və iqlim dəyişikliyi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib. Onun sözlərinə görə, səhralaşmanın inkişafı və ya urbanizasiya (şəhər əhalisinın say artımı) yeni torpaq sahələrində böyük tikintilər, bayaqdan əkin sahələri və ya təbii yaşıllıq əraziləri olan torpaqların öz yerini binalara, asfalt və ya beton örtüklərə verməsi hesabına başa gəlir: “Bununla da torpaqlar məhsuldarlığını itirir və yararsız hala gəlir. Bu…
Daha çoxArtilleriya bölmələri ilə döyüş atışları keçirilib
Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub. Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə yönəldilib.
Daha çoxDünyada ən çox zəlzələ olan ölkələr hansılardır?
Yerdəki zəlzələlər Yer qabığının və mantiyanın hərəkəti nəticəsində baş verən təbii fəlakətlərdir. Bu hərəkətlər yer qabığındakı boşqablar arasında çatlar və yerdəyişmələr nəticəsində baş verir. Dünyanın müxtəlif bölgələrində zəlzələlər baş verir və hər bölgədə zəlzələlərin intensivliyi və tezliyi fərqlidir. Bunun səbəbi plitələrin quruluşu, hərəkət sürəti və yer qabığında yerləşməsidir. Bəs, dünyanın hansı ölkələrində zəlzələlər daha çox olur? SİA mövzu ilə bağlı araşdırma aparıb. Dünya ölkələri tarix boyu zəlzələlərin təsirlərini azaltmaq üçün müxtəlif tədbirlər görüblər. Bu tədbirlərə zəlzələyə davamlı tikililərin tikintisi, zəlzələyə davamlılığın və fəlakətlərin idarə olunması strategiyalarının müəyyən edilməsi, fəlakət zonalarında…
Daha çoxAzərbaycanda növbəti torpaq hərracı elan edilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mayın 27-də növbəti dəfə torpaq hərracı keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclar ƏMDX-nın Sabirabad, Yevlax, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəlilabad, Yardımlı, Ağsu və Qax ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 22 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Daha çoxDiaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin Vl Yay Düşərgəsi Xankəndi şəhərində təşkil ediləcək. Komitədən SİA-ya verilən məlumata görə, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncama uyğun olaraq builki düşərgənin şüarı “Konstitusiya və Suverenlik ili”dir. Bildirilib ki, düşərgə 2025-ci il 3–9 avqust tarixlərində baş tutacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox azərbaycanlı gəncin, o cümlədən Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələrinin düşərgədə iştirakı nəzərdə tutulur. Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edən gənclər Xankəndinin, eləcə də Qarabağın tarixi,…
Daha çoxVəkillərə dövlət hesabına ödənilən hüquqi yardımın məbləği artırılıb
Vəkillərə dövlət hesabına ödənilən hüquqi yardımın məbləği artırılıb. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla dövlət hesabına ödənilən hüquqi yardım məbləği bir saat üçün 6 manatdan 11 manatadək artırılıb.
Daha çox