Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir. SİA xəbər verir ki, bu çərçivədə Ağdam rayonunun Sarıcalı və Xocalı rayonunun Ballıca kəndlərinə növbəti köç karvanları yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 39 ailə – 169 nəfər, Xocalı rayonunun Ballıca kəndinə isə 15 ailə – 68 nəfər köçürülüb. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Doğma yurda qayıdan sakinlər onlara göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci…

Daha çox

Bakının yağışlı yollarında tıxac müşahidə edilir

Bakının bir çox yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 4. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 5. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 6. “20 Yanvar” dairəsində; 7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro…

Daha çox

Kanadada parlament seçkilərində Mark Karninin partiyası qalib gəlib

Kanadanın Baş naziri Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası parlament seçkilərində qalib gəlib. SİA-nın məlumatına görə, ölkənin ictimai yayım şirkəti olan Kanada Yayım Korporasiyası Liberal Partiyasının parlamentdə 343 yerdən əksəriyyətini qazanaraq Mühafizəkar Partiyasını üstələdiyini elan edib. Castin Trüdonun istefasından sonra Baş nazir olan Mark Karni daha 4 il müddətində bu vəzifəni icra edəcək. Yekun nəticələr tam elan olunmayıb. Ona görə də hakim partiyanın qanunverici orqanda qanunları koalisiyasız qəbul edə bilməsi üçün mütləq çoxluğa malik olub-olmayacağı hələlik məlum deyil.

Daha çox

2025-ci ildə Britaniyaya kiçik qayıqlarla keçənlərin sayı rekord həddə çatıb

Aprelin 28-ə olan məlumata əsasən, 2025-ci ildə kiçik qayıqlarla Britaniyaya keçənlərin sayı 10 min nəfəri keçib. SİA “Sky News”a istinadla xəbər verir ki, son üç ildə bu göstərici yalnız iyun ayının ortalarında qeydə alınırdı. Nəşr qeyd edir ki, Britaniyaya kiçik qayıqlarla keçənlər barədə məlumatlar 2018-ci ildən etibarən toplanmağa başlayıb. Həmin ildən La-Manş boğazı ilə kiçik qayıqlarla keçidlər Böyük Britaniyaya qeyri-qanuni girişin əsas marşrutlarından birinə çevrilib. Məsələ Böyük Britaniyada siyasi partiyalar üçün əsas müzakirə mövzusuna çevrilib. Baş nazir Rişi Sunakın “Qayıqları dayandır” (“Stop The Boats”) şüarı ilə verdiyi vəd gözlənilən nəticəni…

Daha çox

ABŞ husilərə kömək edənlərə sanksiya tətbiq etdi

ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançılarına dəstək verən şirkət və gəmilərə qarşı sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Məhdudiyyətlər Mavrikidə qeydiyyatdan keçmiş “Bagsak Shipping”, eləcə də Livanda qeydiyyatdan keçmiş “Great Success Shipping” və “Zaas Shipping & Trading” şirkətlərinə qarşı tətbiq edilib. Sanksiya siyahısına həmçinin Panama və San Marino bayraqları altında üzən tankerlər də daxil edilib.

Daha çox

Ukrayna tərəfi Vladimir Putinin atəşkəs qərarına reaksiya verib

Ukrayna uzunmüddətli, etibarlı və tam atəşkəsi dəstəkləməyə hazırdır və Rusiyanı da təkcə parad günləri deyil, dərhal və 30 gün müddətinə atəşkəs elan etməyə çağırır. SİA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün X sosial şəbəkə hesabında yazıb. “Rusiya həqiqətən sülh istəyirsə, atəşi dərhal dayandırmalıdır. Niyə mayın 8-ni gözləyək? Əgər istənilən tarixdə və 30 gün müddətinə atəşi dayandırmaq mümkündürsə, niyə bunu ancaq parad üçün edək? Ukrayna davamlı, etibarlı və tam atəşkəsi dəstəkləyir. Biz daim bunu təklif edirik, lakin ən azı 30 gün müddətinə”, – deyə XİN rəhbəri…

Daha çox

“İstanbul buna dözə bilməz!”

“Fəlakət qapımızı döyməmiş şəhəri ən qısa zamanda zəlzələyə hazırlamaq bizim borcumuzdur”. SİA “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ heç bir insan tələfatına səbəb olmasa da, şəhərin gələcək zəlzələlərə necə hazırlanacağı ilə bağlı səlahiyyətlilər arasında ciddi narahatlıq yaradıb: “Bunun üçün gücümüzü birləşdirməli, birgə hərəkət etməliyik. 13 saniyə davam edən zəlzələ nəticəsində 236, o cümlədən İstanbulda 173 vətəndaşımız əsasən panika səbəbindən yüngül xəsarətlər alıb. 20 vətəndaşımızın müalicəsi hələ də davam edir. Hansı mövqedə…

Daha çox

ABŞ təyyarəsi Qara dənizə düşdü

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus FA-18E təyyarəsi təyyarədaşıyan gəmidən Qara dənizə düşüb. SİA xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilir ki, təyyarə “Harry S. Truman” təyyarədaşıyan gəmisi ilə anqara aparılarkən nəzarətdən çıxaraq suya düşüb. Təyyarə ilə birlikdə onu anqara çəkməyə çalışan traktor da suya düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Daha çox