Hörmətli konfrans iştirakçıları! Sizi “Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram. Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir. BMT Təhlükəsizlik Şurasının…
Daha çoxAuthor: Qafqaz Xəbər
“Milli Qurtuluş göstərdi ki, lider dövlətin taleyini müəyyən edən əsas faktordur”
“Müstəqilliyin ilk illəri Azərbaycan üçün çox ağır dövr idi. Öz azadlığı və müstəqilliyi uğrunda mücadiləyə qalxan xalqın 1990-cı il Yanvar qırğınından yenicə çıxması, soydaşlarımızın Qərbi Azərbaycandan növbəti kütləvi deportasiyası, torpaqlarımızın Ermənistan silahlı birləşmələri tərəfindən işğalı, ardınca Xocalı soyqırımı, Vəzirov-Mütəllibov rejimi, daha sonra AXC-Müsavat iqtidarının səriştəsizliyi, daxili çəkişmələr dövlətçiliklə bağlı ciddi risklər yaratmışdı”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. O bildirib ki, dövlət idarəçiliyi sisteminin olmaması ölkədə vətəndaş qırğınının pik həddə çatmasına səbəb olmuşdu: “Suverenliyimiz real təhdidlər qarşısında idi. Belə bir şəraitdə Azərbaycanın beynəlxlalq münasibətlər sisteminin bərabərhüquqlu subyekti olması…
Daha çoxAzərbaycanla həmrəyliyimiz əbədi davam edəcək
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını Qurtuluş Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN-in tviter hesabında paylaşım edilib. “Can Azərbaycanın Milli Qurtuluş Günü mübarək olsun! Həm kədərdə, həm də sevincdə can Azərbaycanla həmrəyliyimiz əbədi davam edəcək”, – paylaşımda bildirilib. Xatırladaq ki, bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 32 il əvvəl – Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub,…
Daha çoxAzərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələr verir
Milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması məqsədilə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoq və konstruktiv əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarı kimi bu prosesdə fəal rol oynamaq niyyətini nümayiş etdirir. SİA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov deyib. T.Budaqov bildirib ki, ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması…
Daha çoxQırğızıstan vətəndaşları İrandan Azərbaycana təxliyə edilir
Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında ölkəmiz İran İslam Respublikasından təxliyələrin həyata keçirilməsinə dəstək göstərir. SİA xəbər verir ki, görülən müvafiq tədbirlər nəticəsində, yeddi nəfər diplomatik heyət daxil olmaqla, ümumilikdə 28 Qırğızıstan vətəndaşının Astara sərhəd-keçid məntəqəsindən quru yolla İrandan Azərbaycana gəlməsi gözlənilir. İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.
Daha çoxİsrailin Cənubi Pars obyektlərinə hücumu münaqişə zonasını genişləndirir
İsrailin İranın Fars körfəzindəki Cənubi Pars qaz yatağının işlənməsində iştirak edən obyektlərə hücumu münaqişənin genişləndiyini və regionun digər ölkələrini də bu işə cəlb edə biləcəyini göstərir. SİA xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. “Cənubi Parsa zərbə strateji səhvdir və bu, münaqişə zonasının İrandan kənara çıxması deməkdir. Bu hərəkətlər təkcə bütün regionu deyil, həm də dünyanı müharibəyə sürükləyə bilər”, – o bildirib.
Daha çoxQırğızıstanın İrandakı səfirliyi Azərbaycan hökumətinə təşəkkür edib
“Qırğızıstanın İrandakı səfirliyi adından bizim üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Ona görə ki, təxliyəmizə kömək etdilər və bu proses yüksək səviyyədə həyata keçirilib”. SİA xəbər verir ki, bunu Qırğızıstan Respublikasının İrandakı səfirliyinin əməkdaşı Nazim Beişekeev deyib. “Azərbaycan hökumətinin dəstəyi ilə İrandan Astaraya keçməyimiz təmin olunub. Yeddisi diplomat olmaqla ümumilikdə 28 nəfər dövlət sərhədini müəyyən intervallarla keçəcək. İki qrup halında gələcəklər. İkinci qrup isə yaxın vaxtlarda daha sonra gələcək. İranda vəziyyət həqiqətən gərgindir. Ümidvaram ki, hər iki tərəf arasında müəyyən diplomatik danışıqlar nəticəsində vəziyyət sabitləşəcək. Mən fikirləşirəm ki,…
Daha çoxDTX Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb
DTX Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx paylaşıb
Daha çoxİran Müdafiə Nazirliyinin İsfahandakı obyektinə hücum edilib
İranın mərkəzindəki İsfahan əyalətində yerləşən obyektə hücum edilib. SİA xəbər verir ki, bu barədə “NourNews” agentliyi vilayət qubernatorunun müavininə istinadən məlumat yayıb. “Bir saat əvvəl İsfahanda Müdafiə Nazirliyinə bağlı mərkəzə hücum edilib”, – agentlik rəsmi mənbədən sitat gətirir. Qeyd olunur ki, əyalət hakimiyyət orqanları mümkün zərərin həcmini dəqiqləşdirir.
Daha çox“Azərbaycanın yeni dünya nizamında tutacağı mövqe xüsusi əhəmiyyət kəsb edir”
“Şuşada keçirilən ənənəvi konfrans bu gün dünyada mövcud olan ən aktual problemlərdən birinə həsr olunmuşdur”. Bu sözləri Şuşada keçirilən “Yeni dünya nizamı və mümkün əməkdaşlıq prespektivləri” mövzusunda keçirilən konfransda SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, konfransın əsas mövzusu “Yeni dünya nizamı və mümkün əməkdaşlıq perspektivləri” olub və bu istiqamətdə olduqca maraqlı çıxışlar səsləndirilib. Tədbirdə iştirak edən nümayəndələrin əksəriyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələri təmsil edən, eyni zamanda Azərbaycanla ikitərəfli münasibətləri ən yüksək səviyyədə olan dost və qardaş ölkələrin nümayəndələri idi: “Bu çıxışlar bir daha təsdiq etdi…
Daha çox