“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər. Konfrans iştirakçıları “Gülüstan” sarayının foyesində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən uşaqlar arasında keçirilən “Əməyin mühafizəsi” və “Ekologiya mənim fırçamda” rəsm müsabiqələrinin qaliblərinin əsərlərindən ibarət…

Daha çox

Prokurorluq əməkdaşları Çində olub, fikir mübadiləsi aparılıb

Bu ilin 20-28 aprel tarixlərində “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında” imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə Çin Prokurorluğunun təşkil etdiyi təlimdə iştirak etmək üçün Baş Prokurorluğun nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfər edib. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Rail Bayramlı, Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini-Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəis müavini Rüstəm Ələsgərov və digərlərindən ibarət nümayəndə heyəti…

Daha çox

Sabah hava şəraiti yenidən kəskinləşəcək?

“Aprelin 28-də ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edəcək”. Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında aprelin 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir: “Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Aprelin 29-u gündüz və 30-da hava şəraiti dəyişəcək buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi 29-u səhər mülayimləşəcək. 30-da mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 10-15 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti davam…

Daha çox

Almaniya prezidenti Ukraynaya ən güclü dəstək olacağına söz verdi

Eyni zamanda, ölkə silahlı qüvvələrini gücləndirir… …Almaniya Avropada ən böyük dəstəkçisi olaraq Ukraynaya hərbi yardım göstərməyə davam edəcək, eyni zamanda silahlı qüvvələrini və Almaniyanın müdafiə sənayesinə sərmayələrini gücləndirəcək. SİA-nın məlumatına görə, “European Pravda” xəbər verir ki, bunu Almaniya prezidenti Frank-Valter Ştaynmayer aprelin 28-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Almaniyanın NATO-ya qəbulunun 70-ci ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı deyib. …Biz Avropada Ukraynanın ən güclü dəstəkçisi olmağa davam edəcəyik, onun azadlığını, suverenliyini və Avropanın gələcəyini müdafiə edəcəyik, – deyə Ştaynmayer vurğulayıb. …Bu gün Putinin Ukraynaya qarşı müharibəsi tam…

Daha çox

Nazirliyin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin bir qrup qadın hərbi qulluqçusu Fəxri xiyabanı ziyarət edib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin verilən məlumata görə, Zərifə xanımın məzarı üzərinə əklil və gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Daha çox

Bir neçə milyard avroya qənaət etmək üçün iş yerləri ləğv olunacaq

İki-üç milyard avroya qənaət etmək üçün yüz minlərlə iş yeri ləğv olunmalıdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Fransanın dövlət hesablama naziri Ameli dö Monşalən bu haqda açıqlama verib və ölkədəki dövlət sektorunda fəaliyyət göstərən qurumların üçdə birini birləşdiriəcəyini və ya ləğv ediləcəyini bildirib. Fransalı nazir dövlət sektorunda ixtisar olunacaq və ya ləğv ediləcək işlər, qurumlar haqqında mayın ortasında məlumat verəcək. Nazirin açıqlamasından sonra Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) dövlət qulluğu üzrə həmkarlar ittifaqı dövlət qulluğu sahəsində 180 min insanın gələcəkləri üçün narahat olduğunu vurğulayıb. Ümumi Əmək Konfederasiyası (CGT)…

Daha çox

“Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri”…

Aprelin 28-də Bakıda, Gülüstan sarayında Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmək Məcəlləsindən, bu sahədə ölkəmizdə görülən işlərdən danışıb. Bildirib ki, Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. “Bu dəyişikliklər əsasən məsafədən işin təşkil edilməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan kişilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması…

Daha çox