Bu hüququmuzu güc yolu ilə qoruyacağıq

“Tehran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnu əsas və ayrılmaz hüquq hesab edir və bu hüququ müdafiə etmək üçün zərurət yaranarsa, güc tətbiq etməyə hazırdır”. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib. “İran xalqının nüvə enerjisindən və ona bağlı elmi-tədqiqat sahələrindən faydalanmaq hüququ vardır. Bu, ölkənin inkişafına və cəmiyyətin rifahına xidmət edən əsas hədəfdir. Bu hüquq bizim konstitusion və milli haqqımızdır və heç kim onu bizdən ala bilməz. İran bu haqqını qorumaq üçün bütün vasitələrdən, o cümlədən gücdən istifadə etməkdən çəkinməyəcək”, – o qeyd edib.

Daha çox

Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çatıb

Azərbaycanın buğda idxalında Qazaxıstanın payı rekord həddə çataraq 88 % təşkil edib. SİA Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu bu ölkənin Azərbaycandakı səfiri Alim Bayel kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşdə bildirib. Onun sözlərinə görə, bu ilin yanvar-may aylarında Qazaxıstan Azərbaycana 450 min ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86 % çoxdur: “Bu həcmdə taxılın dəyəri 95 milyon ABŞ dolları olub”. O qeyd edib ki, Azərbaycanın buğda idxalında Qazaxıstanın payının artması iki ölkənin müvafiq strukturlarının əlaqələndirilmiş işi sayəsində mümkün olub. Bununla yanaşı,…

Daha çox

geosiyasi aspektlər və qlobal çağırışlar”

İyunun 15-də – Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. SİA xəbər verir ki, vvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans…

Daha çox

Möminə xatun türbəsinin bərpası ilə bağlı müqavilə imzalanıb

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılması mərasimi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı brifinq keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirlinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, Möminə xatın türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib. Nəticələr barədə Nazirliyə müvafiq sənədlər təqdim olunub. Həsən…

Daha çox

İranın raket hücumları nəticəsində İsraildə 24 nəfər ölüb

İranın son üç gün ərzində İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində 24 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman sosial şəbəkələrdə məlumat verib. Onun sözlərinə görə, 24 nəfər ölüb, 592 nəfər isə yaralanıb: “Zərərçəkənlər arasında on nəfərin vəziyyəti ağır, 36 nəfər orta dərəcəli xəsarət alıb, 546 nəfərdə yüngül xəsarətlər aşkarlanıb”. D.Gendelman İsrailə ümumilikdə 370-dən çox ballistik raketin atıldığını vurğulayıb.

Daha çox

AZAL-ın bu günə planlaşdırılan bəzi reysləri ləğv olunub

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün həyata keçirilməsi planlaşdırılan bəzi reysləri ləğv olunub. SİA AZAL-a istinadən xəbər verir ki, bunlar aşağıdakılardır: • Bakı – Dammam – Bakı (J2 8205/8206) • Bakı – Bəhreyn – Bakı (J2 505/506) • Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204) • Bakı – Lahor – Bakı (J2 145/146) Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib: • 18 iyun – 30 iyun…

Daha çox

Həftəsonu vətəndaşların bank kartlarından 5 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından İyunun 14-də və 15-də 5 min manatdan çox pul oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kiberdələduzlara verilən hər məlumat bank kartınızdan oğurluq riskini artırır: “Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır. İyunun 14-də və 15-də bir sıra şəxslərin bank hesablarından 1400, 770, 500, 400, 362, 332, 317, 308, 280, 280, 170, 110, 50 və 19 manat kiber üsulla oğurlanıb”. Məlumatda qeyd olunub ki, bu cür cinayətlər əsasən, naməlum nömrələrdən gələn zəng və…

Daha çox

Ərdoğan və Pezeşkian telefonla danışıb, Türkiyənin vasitəçiliyi müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. SİA xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, danışıqlar zamanı İsrail ilə İran arasındakı münaqişə, regional və qlobal məsələlər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin vasitəçi ola biləcəyini vurğulayıb. Məlumata görə, Prezident Ərdoğan danışıqda İsrail və İran arasındakı münaqişəli proseslə əlaqədar başqa dövlətlərin liderləri ilə danışıqlar apardığını, münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarına qayıdılması üçün rəsmi Ankaranın vasitəçi rol oynamağa hazır olduğunu bildirib. O, regionda sülh və sabitliyin qorunmasına Türkiyənin verdiyi əhəmiyyəti də qeyd…

Daha çox

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib, təchizat 4 günlük kəsiləcək

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının əksər ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. SİA bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir. Məlumata görə, işlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

Daha çox