Ukrayna pilotsuz təyyarələri Oreldakı neft anbarına hücum edib

Yerli sakinlər çaxnaşmaya düşüblər..? Bazar ertəsi, iyunun 16-da Rusiyanın Orel şəhəri pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Yerli sakinlər silsilə partlayış səsləri eşidiblər. SİA xəbər verir ki, bu barədə yerli Telegram kanalları hücumun videosunu dərc edərək məlumat yayıb. Yerli sakinlər bildirirlər ki, bölgədə 10-13 partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir. Yerli sakinlər həmçinin neft anbarının ərazisində bir neçə çaxnaşma gördüyünü iddia edirlər. Əli Babayev

Daha çox

Tehrandakı mülki obyektlərə zərbələr endirilə bilər

İsrailin müdafiə naziri İsrael Kats Tehrandakı mülki hədəflərə zərbələr endirməklə hədələyib. SİA xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb. Bildirilib ki, bu, İran hərbi qüvvələrinin İsrail şəhərlərinin yaşayış məntəqələrinə endirdiyi zərbələrə cavab olacaq. “Tehran sakinləri bunun əvəzini tezliklə ödəyəcəklər”, – o vurğulayıb. Qeyd olunub ki, iyunun 13-dən bəri İsrailin mülki obyektlərinə endirilən zərbələr nəticəsində azı 21 nəfər həlak olub və 100-dən çox insan yaralanıb.

Daha çox

Tehranda iki binaya hücumla bağlı maraqlı təfərrüatlar

Səbəb aradan qaldırılan hədəflərin vacibliyidir. …Deməli, dünən Tehranda İsrail qırıcıları tərəfindən dağıdılan iki bina ilə bağlı maraqlı təfərrüatlar. İlk zərbə Kəşfiyyat Nazirliyinin İraq küçəsində yerləşən Video Monitorinq Mərkəzinə endirilib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, İranın bütün ərazisini əhatə edən mərkəzləşdirilmiş videomüşahidə sistemi üçün avadanlıq, infrastruktur və serverlərin əksəriyyəti burada yerləşirdi. Sistem Dubay ofisi vasitəsilə Kanadanın Genetec şirkətindən alınıb. Əvvəlcə onu Tehran Nəqliyyata Nəzarət Xidməti, daha sonra Kəşfiyyat Nazirliyi ilə birgə idarə etmiş, sonradan onun idarə edilməsi tamamilə məxfi xidmət orqanlarının əlinə keçmişdir. Sistem…

Daha çox

12 investisiya şirkətinin məcmu xalis mənfəəti 16 %-ə yaxın azalıb

Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin 2024-cü ildə məcmu xalis mənfəəti 7,11 milyon manat təşkil edib. SİA xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 15,5 % azdır. İnvestisiya şirkətlərindən 3-ü – “CFI Financial”, “Troni” və “Xalq Kapital” ötən ili zərərlə başa vurub. Hesabat dövründə “Troni”nin zərəri artıb, “CFI Financial” və “Xalq Kapital” isə mənfəətdən zərərə keçib. Həm ötən ili, həm də əvvəlki ili mənfəətlə başa vurmuş 8 investisiya şirkətindən isə 3-ü mənfəətini artırıb, 4-ü azaldıb. “MFX Trading” isə zərərdən mənfəətə keçib. Ötən il investisiya şirkətlərinin vergiyəqədərki mənfəəti…

Daha çox

İran İsrailə məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu

İranın Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ istehsalı olan və İsrailə məxsus MQ-9 Reaper tipli pilotsuz uçuş aparatını (PUA) İraqla sərhəddə yerləşən Dehloran şəhəri üzərində vurub. SİA xəbər verir ki, bu barədə İranın dövlət televiziyasının məlumat yayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl bəyan etmişdi ki, İsrailə qarşı hərbi əməliyyatlar onun tam məhv edilməsinə qədər davam edəcək.

Daha çox

Azərbaycana İsraildən turist axını mayda 98 % artıb

Bu ilin may ayında Azərbaycana 244 079 min xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. SİA Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çoxdur. Hesabat ayında Azərbaycana ən çox turist 62 809 nəfər olmaqla Rusiyadan gəlib. Bu da 1 il əvvələ nisbətən 9 % azdır. 2-ci yerdə 41 299 nəfərlə (+ 10%) Türkiyə, 3-cü yerdə isə 23 326 nəfərlə ( – 21 %) Hindistan qərarlaşıb. Bundan başqa, ay ərzində İrandan 17 787 nəfər (-8 %) , Səudiyyə Ərəbistanından 10…

Daha çox

Biz heç vaxt təcavüzkar olmamışıq

İran heç vaxt başqa ölkələrə qarşı təcavüz göstərməyib və gələcəkdə də bu cür niyyəti yoxdur. SİA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pəzeşkian “X” hesabında paylaşım edib. “Biz heç vaxt təcavüzkar olmamışıq və olmayacağıq. Amma xalqımızla birlikdə vəhşi cinayətlər törədən düşmənə qarşı güclü şəkildə dayanacağıq”, – o bildirib. O, həmçinin qeyd edib ki, xalq bu çətin vəziyyətdə möhkəm dayanır və dövlət də əlindən gələni edir ki, ölkədə həyatın normal axışı pozulmasın: “Əziz xalqımız bu qarşıdurmada cəsarətlə dayanır. Dövlət də çalışır ki, insanların gündəlik həyatına maneə yaranmasın”, – Pəzeşkian…

Daha çox

Dənizdə dalğanın hündürlüyü 3 metrə çatır

Hazırda Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatır. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Düşən yağıntının miqdarı Zaqatalada 45, Qaxda 38, Balakəndə 15, Lənkəranda 12, Lerikdə 7, Yardımlı, Tovuzda 4, Ceyrançöl, Şəki, Qusar, Ağstafada 3, Astara, Daşkəsən, Mingəçevirdə 2, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Göygöl, Şəmkir, Şamaxı, Naftalan, Goranboy, Gədəbəy, Gəncə, Şəmkir, Beyləqan, Oğuz, Şahdağ, Qubada 1 mm-dir. Hazırda qərb küləyi əsir, küləyin…

Daha çox

Talaçaydan sel keçir

Avtomat hidroloji stansiyaların iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, yağan leysan xarakterli yağışlar nəticəsində hazırda Zaqatala rayonu ərazisindən axan Talaçay çayından sel keçir. Böyük Qafqaz ərazisindən axan Katexçayda 23 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 9 sm artım qeydə alınır. Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb, su sərfi 321 m3/san olmaqla normanın 54%-ni, Qanıx-Cəlayir məntəqəsində isə 32 sm artıb, su sərfi 172 m3/san olmaqla normanın 102%-ni təşkil…

Daha çox