Ötən ay sığorta ödənişləri 23 faiz artıb


Bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 163,7 milyon manat sığorta haqqı yığılıb. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz çoxdur.

Ötən ay, həmçinin sığorta şirkətlərinin xətti ilə 47,6 milyon manat sığorta ödənişi edilib. Bu da 2024-cü ilin eyni dövrünə nisbətdə 22,8 faiz çoxdur.

Əlaqəli Xəbərlər