Tramp daha Putinlə danışmayacağını deyir…





ABŞ prezidentinin səbri tükənir…



ABŞ prezidenti Donald Tramp artıq Rusiya lideri Vladimir Putinlə Ukrayna ilə atəşkəs barədə danışmaq niyyətində deyil.

SİA xəbər verir ki, RBC-Ukraynanın məlumatına görə, bunu Tramp Böyük Britaniyanın baş naziri Key Starmerlə ikitərəfli görüşü zamanı jurnalistlərə deyib.

Amerika prezidentinə sual veriblər ki, o, Putinin Ukrayna ilə sülh sazişi bağlamaq niyyəti barədə onu aldatdığına inanırmı? – Mən o sözü işlətmək istəmirəm, bircə onu bilirəm ki, aramızda yaxşı söhbət olub, üç dəfə belə oldu, deyək. Görünürdü ki, atəşkəs və bəlkə də sülh əldə edəcəyik və siz bunu paylaşırsınız və sona çatmaq üçün nə lazımdırsa edirsiniz. Və birdən raketlər Kiyevə və başqa yerlərə doğru uçur. Mən də dedim ki, bu nə cəhənnəmdir?

Tramp belə deyib.

ABŞ prezidenti qeyd edib ki, o, artıq Putinlə danışmağa o qədər də maraqlı deyil.

…Deyir, elə gözəl söhbətlərimiz olur, belə hörmətli, xoş söhbətlərimiz olur, sonra da səhərisi gecə şəhərə raket atanda insanlar ölür. Son zamanlar, deyəsən, qocalar evinidə vurublar. Amma onlar başqa obyektlərə də dəyiblər. Nə vururlarsa, insanlar ölür. Ona görə də danışmaq istəmirəm.

Tramp deyib bunları…

Nazlı Almuradova

Əlaqəli Xəbərlər