Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd “Labubu” oyuncağı ələ keçirilib


Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd “Labubu” oyuncağı ələ keçirilib. SİA xəbər verir ki, bu oyuncaqları gömrük bəyannaməsi bəyan edilmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd olunub.

İstanbul Sabiha Gökçen Hava Limanına gələn iki sərnişin aparılan risk analizindən sonra nəzarətə götürülüb. Sərnişinlər “Gömrüyə aid heç bir əşyam yoxdur” mənasını verən yaşıl xəttdən istifadə edərək oradan çıxdıqdan sonra onların baqajından 132 ədəd sözügedən oyuncaq aşkar edilib.

Qeyd edək ki, Çinin “Pop Mart” şirkətinin “Labubu” oyuncağı son dövrlərdə sürətlə populyarlıq qazanıb. “Labubu” oyuncağının alıcılarının 40 faizi xarici ölkələrin vətəndaşlarıdırlar və “Pop Mart” şirkəti qərbli rəqiblərini bazarda sıxışdırır. “Pop Mart”ın bazar kapitallaşması, son məlumatlara görə, təxminən 41 milyard dollara yüksəlib. Bu, məşhur ABŞ oyuncaq istehsalçıları “Mattel” və “Hasbro”nun birlikdə qazandığından çoxdur.

Əlaqəli Xəbərlər