Donald Tramp Prezident İlham Əliyevin Xankəndidəki çıxışından bir hissəni paylaşıb


ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə Şuşa Qlobal Media Forumundakı çıxışından bir hissəni paylaşıb. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev çıxışının həmin hissəsində Donald Trampın Azərbaycan xalqı ilə ortaq fundamental, o cümlədən ailə dəyərlərini paylaşdığı və buna görə də ABŞ-da onun seçilməsini istədiyini bildirib. O qeyd edib ki, Tramp yeganə ABŞ prezidentidir ki, müharibə başlatmayıb, əksinə müharibələri sonlandırmaq məqsədi güdür. Prezident İlham Əliyev daha böyük qlobal təhlükəsizlik məsələləri ilə məşğul olmasına baxmayaraq, Trampın Ermənistanla Azərbaycanın yekun saziş əldə etməsi istiqamətindəki şəxsən niyyətinə görə ona minnətdarlığını bildirib.

Əlaqəli Xəbərlər