Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bazar ertəsi, iyulun 21-də Ankaraya səfəri çərçivəsində Türkiyənin qurucusu və birinci Prezidenti Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. SİA xəbər verir ki, nümayəndə heyətinin üzvləri görkəmli dövlət xadiminin məzarı önünə əklil qoyublar.
Azərbaycanın Baş prokuroru fəxri qonaqlar kitabını imzalayıb.
Nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov müşayiət edib.
Proqram çərçivəsində növbəti dəfə Azərbaycanın Baş prokuroru Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokurorluğunda olacaq, burada Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə görüşəcək.