Donald Trampın Kiyevlə 50 gün ərzində razılığa gəlmək üçün Moskvaya verdiyi ultimatum, deyəsən, Kremldə o qədər də təəssürat yaratmayıb. ABŞ-dan daha qətiyyətli addımlar atılmalıdır. SİA xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb.
“Tramp əmin idi ki, Rusiya rəhbərliyi bu 50 gün ərzində yeni sanksiyalar təhlükəsini ciddi qəbul edəcək və Ukraynada sülhün bərqərar olması istiqamətində real addımlar atacaq. Lakin ABŞ prezidentinin təhdidlərini səsləndirməsindən demək olar ki, bir həftə keçir və Moskva Ukrayna ilə danışıqlara maraq göstərmir. Trampın mühüm açıqlaması Moskvada təşvişlə deyil, rahatlıqla qarşılanıb. Moskva birjası 2,7%, Rusiya rublu isə Çin yuanı qarşısında 0,8% bahalaşıb. Rusiya rəsmiləri yeni genişmiqyaslı sanksiyalardan ehtiyat edirdilər və Trampın BRİKS ölkələrinə böyük ölçüdə olmayan tariflər tətbiq etməyə hazır olduğunu görməkdən məmnun idilər. Kremlin rəsmi və qeyri-rəsmi şəxsləri köhnə qarşıdurma ritorikasını işlətməyə davam edir və Rusiya ordusu yüzlərlə pilotsuz təyyarə və onlarla raketlə Ukraynaya növbəti kütləvi zərbə endirir”, – məlumatda deyilib.