Ermənistan parlamentinin keçmiş deputatı, siyasi xadim Ruben Akopyan ölkədə “hakimiyyətin devrilməsinə ictimai çağırışlar” ittihamı ilə həbs edilib.
SİA Ermənistan mediasına istinadən xəbər verir ki, müvafiq qərar iyulun 19-da Ümumi Yurisdiksiya Məhkəməsi tərəfindən qəbul edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan İstintaq Komitəsi Akopyanın həbs olunduğunu elan etmişdi. O, hökumətin devrilməsinə açıq çağırışlarda ittiham olunur. İstintaqın fikrincə, siyasətçiyə qarşı belə ittihamların irəli sürülməsinə əsas iyulun 1-də dərc olunmuş müsahibə olub.